ANS TV-nin məlumatına görə, Rusiya müsəlmanlarının açılışını səbirsizliklə gözlədiyiMoskva Mərkəzi Məscidində son tamamlama işləri aparılır. İnşaat işlərinin hələ davam etməsinə baxmayaraq artıq indidən məscid öz möhtəşəm görkəmi ilə göz qamaşdırır. 

Moskva Mərkəzi Məscidində yerli və xarici inşaat firmalarının birlikdə apardığı tamamlama işləri 24 saat fasiləsiz davam edir. 

Sifarişçi firmanın rəhbəri Raşid Feridoviç işlərin vaxtında qrafikə uyğun bir şəkildə başa çatacağını açıqladı. O bütün müsəlmanları əmin etdi ki,məscid yüksək səviyyədə onara təhvil veriləcək. 

1905-ci ildə inşa edilən və çox kiçik olduğu üçün 2011-ci ildə sökülən Moskva Mərkəzi Məscidi 4 illik fasilədən sonra yeni və daha gözəl görkəmi ilə paytaxt müsalmanlarının istifadəsinə veriləcək. Ümumilikdə 10 minə yaxın insana eyni anda ibadət edə bilmə imkanı verəcək bu məscid ən müasir standartlara uyğun hazırlanır. Altı minarəli məsciddə kişi və qadın ibadət zalları ilə yanaşı, konfrans zalı, sərgi qalereyası olacaq. Dizayn işlərini Türkiyərəssamlarının yerinə yetirdiyi məscid 19 min kvadratmetrlik sahəsəi ilə Avropanın ən böyük dini obyekti olmağa namizəddir.


Rusiya Müftisinin müavini Ruşan Abyasov Moskvada paytaxtın mərkəzində belə bir vacib məscidin açılmasını böyük tarixi əhəmiyyətə malik bir hadisə hesab edir. Bu həm də Rusiya ilə İslam Dünyası eləcə də MDB məkanındakı dostluğa büyük töhfədir. O həmçinin qeyd edib ki, bu məscidin inşaatında bir çox müsəlman ölkəsindən firmalar və Moskvada yaşayan müxtəlif xalqlara mənsub insanlar iştirak ediblər. 

Avropanın ən böyük məscidinin 23 sentyabrda baş tutacağı açılışına Azərbaycan, Türkiyə,Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkərinin prezidentləri dəvət edilib.