O bildirib ki, hazırda vətəndaşlarımızdan Azərbaycanın Batumidəki baş konsulluğuna pis hava şəraiti ilə bağlı heç bir müraciət daxil olmayıb.
Diplomat qeyd edib ki, şəhər meriyası təbii hadisənin nəticələrini aradan qaldırır.
A.Mikayılov daşqının baş konsulluğun binasına da ziyan vurduğunu bildirib.