Andranik Qriqoryan: "Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan torpağı olduğunu söyləyənləri susdurur"(MÜSAHİBƏ)

09:30 / 27.08.2015

Strategiya.az bildirir ki, Trend Ermənistan silahlı qüvvələrinin hərbçisi, hazırda Azərbaycanda saxlanılan Andranik Qriqoryandan eksklüziv müsahibə alıb.

1991-ci ildə Xocavənd (Martuni) rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçmiş hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək 22 mart 2015-ci il tarixində ağ bayraq qaldıraraq könüllü surətdəAzərbaycan tərəfinə təslim olub.

Siz ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçmisiniz. Bu barədə verdiyiniz açıqlamalarda atdığınız addımı açıqlayacaq müəyyən fikirlər söyləmisiniz. Amma istərdik ki, bu məsələlərlə bağlı bir qədər ətraflı məlumat verəsiniz. Necə oldu ki, məhz Azərbaycan tərəfinə keçmək qərarına gəldiniz?

- Mən ağ bayraq qaldırıb könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Çünki bizim hərbi hissədə mənə və başqa əsgərlərə qarşı dözülməz şərait hökm sürürdü. Bu dözülməz şəraitə etiraz edəndə mən və başqa əsgərlər çavuşlar və komandirlər tərəfindən mütəmadi olaraq döyülüb təhqir olunurduq. Əsas da bölük komandiri kapitan Suren Balayan tərəfindən döyülürdük. Bizə qarşı çox pis rəftar edirdilər. Dözülməz şərait, hərbi hissədəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclikdən bezmişdik. Orada baş verənlərin əksinə olaraq, burada mənə qarşı çox yaxşı rəftar edirlər.

Dəfələrlə erməni hərbçiləri ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçiblər. Hazırda Azərbaycanda bu hərbçilərdən var. Onlar da Ermənistan ordusunda olan özbaşınalıq, hərc-mərclik, xaos olduğunu, orduda onlara qarşı çox pis rəftar edildiyini söyləyirlər. Deyilənlərə münasibətiniz necədir?

- Bəli, bu bir həqiqətdir. İmkan olsa, mənim kimi çox əsgər Azərbaycan tərəfinə keçər. Ona görə ki, orada bizə vaxtı keçmiş, keyfiyyətsiz yeməklər verilir. Hərbi hissələrdə isə antisanitariya hökm sürür. Hərbi hissələrdə yoluxucu xəstəliklər, xüsusilə də infeksion xəstəliklər var.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən ölkədir. Torpaqlarımız Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Problem hələ də öz həllini tapmayıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması təklifləri ilə çıxış edən erməni vətəndaşları, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistan hökuməti tərəfindən daim təzyiqlərə məruz qalır, təqib olunurlar. Bu barədə fikirlərinizi bilmək istərdim.

- Əlbəttə ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənistan rəhbərliyi də bu həqiqəti bilir. Ancaq həqiqəti söyləyən vətəndaşlarımızı isə susdururlar.

Qafqazda sülhün bərqərar olunması regionda yaşayan bütün xalqlar üçün çox vacib məsələdir. Bu məsələyə münasibətinizi bilmək istərdim.

- Mən də çox istərdim ki, Qafqazda daima sülh və əmin-amanlıq olsun.

- Cəbhə xəttində atəşkəs rejimi tez-tez pozulur. Bu hadisələrdə itkilər də olur. Bir hərbçi kimi bu məsələyə münasibətinizi bilmək istərdim.

Atəşkəs əsasən təxribat məqsədilə Ermənistan tərəfindən pozulur.

- Bizim vasitəsimizlə Ermənistan rəhbərliyinə, ictimaiyyətinə söyləmək istədiyiniz fikirləriniz varmı?

- Ermənistan rəhbərliyinə sözüm odur ki, işğal etdikləri torpaqlar Azərbaycana qaytarılmalıdır və bu müharibəyə son qoyulmalıdır. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır.

Siz xeyli zamandır ki, Azərbaycandasınız. Burada Sizə olan münasibət necədir?

- Ermənistandan fərqli olaraq burada Azərbaycanda mənə münasibət çox yaxşıdır. Mənə qəti təzyiq edilmir. Çay, kofe, meyvə, meyvə şirələri, yemək və geyimlə təmin edirlər. Mütəmadi olaraq burada bağda açıq havada gəzməyə imkan verilir.

Burada sizə qarşı olan münasibətin çox yaxşı olduğunu deyirsiniz. Amma hazırda Ermənistanda əsirlikdə olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qeyri-insani münasibət göstərilir, onlara işgəncələr verilir. Bu barədə nə demək istərdiniz?

Susur...

Müsahibənin ərsəyə gəlməsində göstərdiyi köməyə görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, işgəncələr üzrə beynəlxalq ekspert, hüquq müdafiəçisi Elçin Behbudova təşəkkürümüzü bildiririk.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM