Jurnalist Alison Parkerlə operator Adam Vardun qətlə yetirilməsi son beş ildə peşə fəaliyyətinə görə həyatını itirən ABŞ jurnalistlərinin sayını səkkizə çatdırdı. 2010-cu ildən etibarən törədilən bu qətllərin (Luke Sommers, James Foley, Steven Sotloff, Marie Colvin, Chris Hondros , Rupert Hamer) müxtəlif illərdə, müxtəlif məkanlarda və müxtəlif səbəblərdən baş verdiyini önə çəkən ABŞ texnoloqları insidentlər arasında ümumi bağlılığın mövcudluğunu inkar etməyə çalışsalar da, Virciniya faciəsi onların informasiya inhisarını qıra bildi. Beynəlxalq analitik mərkəzlər mövzunu ən müxtəlif kontekslərdən araşdırırlar.
Məsələni diqqət mərkəzinə çəkən məqam təkcə faciənin böyüklüyü, iki jurnalistin həyatını itirməsi deyil. ABŞ Dövlət Departamenti və onun "peyk" QHT-lərinin qeyri-adekvat münasibəti də 26 avqust faciəsi ətrafında aparılan müzakirələrin tərkib hissəsidir. ABŞ Konqresindən maliyyələşən transmilli KİV-lər hadisəni şəxsi münasibətlər müstəvisində baş vermiş münaqişə kimi xarakterizə edirlər. "Azadlıq radiosu" jurnalist Chris Hursta istinadən bildirib ki, qatil Vester Lee Flanagan (jurnalist təxəllüsü Bryce Villiams) mərhum Parkerlə sevgi münasibətlərində olub və qətl də bu münasibətlərdə yaranmış problem səbəbindən baş verib (http://www.azadliq.org/content/article/27210267.html) .
"Amerikanın səsi" isə, ümumiyyətlə, səbəb barədə danışmaqdan yayınıb, sadəcə baş vermiş faciəni təsvir etməklə kifayətlənib. Maraqlıdır ki, həm də radio bu faciə barədə xəbəri özünün internet səhifəsindəki xəbər beşliyində sonuncu yerdə yerləşdirib. Radionun saytında operativ xəbər yerini mərhum jurnalist Rasim Əliyevlə bağlı araşdırma tutub (http://www.amerikaninsesi.org/content/media/2934378.html).
Analoji taktikanı Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) də təkrarlayıb. CPJ (www.cpj.org) Virciniya faciəsi ilə bağlı xəbəri heç ilk xəbər beşliyində də yerləşdirməyib. Bu barədə 2-ci, 3-cü dərəcəli xəbərlərin siyahısında simvolik yer ayrılıb (https://cpj.org/2015/08/two-us-journalists-killed-during-live-broadcast-in.php), hadisəyə yol açan səbəblər barədə fikir bildirilməyib. İki günə yaxın vaxt keçməsinə baxmayaraq, İFEX (www.ifex.org) hadisə ilə bağlı xəbəri hələ də baş səhifədə yerləşdirməyib. "Freedom House"nin saytında isə (www.freedomhouse.org), bu yöndə rəylə tanış olmaq üçün, xüsusi axtarış aparmaq lazım gəlir. Yəni, Virciniya faciəsi təşkilatın saytının əsas xəbərləri sırasında yerləşdirilməyib. Dünyanın istənilən nöqtəsində baş verən kiçik bir hadisə barədə saniyə fərqi ilə xəbər yayan, səhifələrlə hesabat hazırlayan ABŞ Dövlət Departamenti və onun "peyk" QHT-lərinin öz ərazilərində iki jurnalistin faciəli qətlinə saymazyana yanaşması, ABŞ Dövlət Departamentinin və ona bağlı QHT-lərin, KİV-lərin fəaliyyətini şübhəyə alır, obyektivlikdən uzaq olmaları faktını isbatlayır. Hadisəni dünya gündəminə çıxaran məqamlardan biri də məhz budur.
Dövlət Departamenti və ona bağlı KİV-lərin, QHT-lərin hadisəyə "saymazyana" münasibəti təsadüfi deyil. Əgər Parkerlə Vardunin qətl hadisəsi geniş araşdırılsa, faciəyə yol açan səbəblər ortaya çıxıb ABŞ ideoloqlarını cavabsız suallarla üz-üzə qoyar, ölkədə irqi ayrı-seçkilik və ifadə azadlığı ilə bağlı ciddi problemlərin olmasını aşkara çıxarar.
Qatil Flanaganın "intihar etməzdən" əvvəl internetə yaydığı materiallardan, həmçinin ABC News kanalına göndərdiyi 23 səhifəlik faks-məktubdan bəlli olur ki, o, keçmiş əməkdaşı olduğu WDBJ7 TV kanalında üzləşdiyi irqçılık motivli qısnamalardan ciddi stress keçirib. Ağdərililərin rəhbər olduğu müəssisələrdə fərqli irqlərə qarşı sərgilənən münasibətə dözməyən Flanagan işlədiyi müəssisəni tərk etmək, sonda terrora əl atmaq zorunda qalıb. Baş vermiş hadisə ötən bir ildə Ferqison şəhərində yaşanmış ixtişaşların davamı kimi qəbul edilə bilər. ABŞ hakimiyyətinin irqi-ayrıseçkilik yönündə problemləri aradan qaldırmaması, bu yöndə faciələrin sayının artması ilə nəticələnir.
Paralel olaraq ölkədə ifadə azadlığı məsələsi gündəmə gəlir. Əgər ölkədə hətta jurnalist özünü ifadə edib fikirlərini bölüşmək problemi yaşayırsa, fikirlərinə görə təzyiqə məruz qalıb çalışdığı KİV redaksiyasını tərk edirsə və çıxış yolunu terrora əl atmaqda görürsə, bu, ABŞ-da ifadə azadlığının Departamentin hesabatlarındakından fərqli olması fikrini doğurur. Flanagana işlədiyi redaksiyada öz fikirlərini ifadə etmək, düşündüyü problemləri təsvir edib suallarına cavab almaq şəraiti yaradılsaydı, ehtimal ki, məlum faciə də yaşanmazdı.
Müşfiq Ələsgərli,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM