ANS PRESS-in məlumatına görə, Kolumbiya prezidenti Xuan Manuel Santos Kolumbiyanın Venesuelladakı səfiri Rikardo Losanonu iki ölkə arasında olan gərginliyə görə geri çağırıb.

Ölkələr arasında münasibətlərin gərginləşməsinə səbəs Kolumbiya dövlətinin minə yaxın kolumbiyalının departasiyası zamanı Venesuella hökumətinin ölkələrarası sərhədin bağlanmasına reaksiya verməsi olub.


Xuan Manuel Santos - Kolumbiya prezidenti


"Mən icazə verə bilmirəm ki, Venesuella kolumbiyalılara və hökumətimizə qarşı belə rəftar etsin", - deyə Santos deyib. Dövlət başçısı onu da vurğulayıb ki, o, həmişə Venesuellanı danışıqlara dəvət etsə də, lakin qarşı tərəfdən dialoqa cəhd heç vaxt müşahidə olunmayıb.

Öz çıxışının gedişatında Kolumbiya prezidenti Venesuellanın Milli qvardiyasının hərəkətlərini "hiddətə gətirənlər" kimi adlandırıb. "Onların davranışı qəbuledilməzdir. Biz bu haqda artıq Venesuella hökumətinə xəbərdarlıq etmişik ", - deyə ölkə başçısı bildirib. 


Kolumbiya və Venesuella sərhədi arasında gərginlik


Prezidentin sözlərinə görə, Venesuelladan yük maşınlarını gəlməli idi ki, deportasiya edilmiş kolumbiyalıların əmlakları ölkədən çıxarılsın. "Bu haqda biz üç gün əvvəl razılaşdıq. Venesuella öz vədini yerinə yetirmədi", - deyə prezident vurğulayıb.

Məlum olub ki, Venesuella prezidenti Nikolas Maduro konsultasiyaların keçirilməsi bəhanəsi ilə Kolumbiyada olan səfir İvan Rinkonu geri çağırıb.


Nikolas Maduro - Nikolas Maduro


Kolumbiyanın xarici işlər naziri Mariya Anxel Olgin isə ABŞ-ın Xarici İşlər Nazirliyinin birinci katibinə müraciət edərək, məsələyə münasibət bildirməsini xahiş edib. Mariya deyir ki, bir qitədə yaşayan ölkələr daim bir-birilərinə dəstək olmalıdırlar, xüsusən, onlar sərhəddirlərsə. "Venesuallanın bu addımı səhvdir", - deyə o, əlavə edib.

Əslində, iki ölkə arasında münasibət keçən həftədən etibarən gərginləşib. Belə ki, sərhəddə bir dinc sakin, üç hərbi qulluqçu ağır yaralanıb.