Strategiya.az-ın aile.lent.az-a istinadən məlumatına görə, sənətçi ilk həyat yoldaşının ona xəyanət etdiyini deyib:
"Ailəmi düşünmədən dağıtdım. Əgər ailə başçısı xəyanət edibsə, düşünmədən dağıtmaq olar. Mən də eyni şərti qoyuram, əgər xəyanət etsəm, yalan danışsam, məndən ayrıla bilərsən. Sevməsəydim, övladım olmazdı. Sevgidən nifrətə bir addım var. Bu addımı da atmayasan. Sevgi öyrəşmək, hörmət, anlayışdır. Sevgi o deməkdir ki, sən və mən - biz eyni insanıq. Xəyanət edəni rədd elə getsin, yerinə ondan da yaxşısı gələcək. Gələn adam görəcək ki, birincinin xəyanəti bağışlanmayıb, ona görə də daha diqqətli olacaq və düşüncək ki, mən bu səhvi etməyim, yoxsa mən də gedərəm. İkinci həyat yoldaşımla 10 ildir evliyik. Eyni bürcdənik. Dalaşanda da eyni anda dalaşırıq, hirsimiz də eyni anda soyuyur. İkimizin də hirsi 15 dəqiqə çəkir. Bizim mübahisəmiz çox olur. Amma mən artıq yolunu bilirəm. Mübahisə edəndə onun dediyi ilə razılaşıb gedirəm. 15 dəqiqədən sonra gəlib könlünü alıram və öz dediyimi edirəm (gülür). İlk ailə həyatımı gənc yaşımda qurmuşam deyə qadın sirlərini bilməmişəm, əfəl olmuşam. Amma ikinci evliliyimdə birincidəki səhvləri etmirəm. Axı həyat yoldaşım da mənə çox anlayış göstərir. Mən də bundan bacardığım qədər istifadə edirəm (gülür)".
R.Zərgərli "Ayrılmaq qərarına gəldiyiniz zaman övladlarınızı düşündünüz" sualına belə cavab verib:
"Övladlarım körpə idi. Övladlarım uşaqdır, çox balacadırlar deyə qorxmadım. Bir saatın içində ayrılıq qərarını verdim. Bir saatın içində verdiyim qərardan atam da məni döndərə bilməz. Baxmayaraq ki, mən atamla nəfəs alıram. Mən onun xəyanətini bağışlasaydım, 6 aydan sonra bir daha təkrar olunacaqdı, yenə bağışla, üçüncü dəfə yenə. Həm də bizim aramızda xəyanətdən başqa məsələlər də vardı. O insan bir az qəddar idi. Ona dözmək olardı, amma xəyanət final oldu. Xəyanətini özüm bildim. Etiraf etsəydi, bəlkə də başqa cür addım atardım. Amma bildim ki, mənə lap yaxın bir insanla xəyanət edib. Demə, qulağımın dibində "xaruqələr" yaşanırmış. Həmin gündən mənim həyatda dostum yoxdur. Heç kim heç kimin həyatını yaşamır. Mən hər gün özüm haqqında yeni "lətifələr" eşidirəm və gülürəm. Artıq buna ailəm də öyrəşib. O vaxt klip çəkdirdim, başımı keçəl qırxdırdım, haqqımda olmazın sözlər dedilər. 5 il övladımın səhhəti ilə bağlı sənətdən getmişdim, omba sümüyü çıxıq idi. Onu xaricdə müalicə etdirirdim. Gah dedilər müflis olub, gah dedilər narkomandı. Konsertlərdə yuxusuz oluruq, gözümüz-başımız axır, deyirlər ki, narkomandır. Amma yanımda olan adamlar bilir ki, mən bütün günü işləyirəm. Bəlkə də biz şou-biznes nümayəndələri psixoloji xəstələrik. Bir il ailələrimiz bizi barışdırmaq istədilər. O da 6 il boşanma razılığı vermədi. Bir dəfə də barışmaq istədik, alınmadı. Şans verdim, amma gördüm ki, yox, o pis xatirələr gözümün qarşısından getmir, dedim səni bağışlaya bilmirəm".
Müğənni ikinci dəfə ailə qurmasından da bəhs edib:
"İkinci dəfə ailə qurmağım uzun çəkdi. Çox tərəddüd edirdim. 10 ildir evliyik, 4 il də sürünmələr olub. Ümumilikdə, 14 ildir bir-birimizi tanıyırıq. Sadəcə şərti şumda kəsdik ki, xırmanda yabalaşmayaq. Mən şərt kəsdim ki, sənətimə müdaxilə olmayacaq, hara gedirəmsə gedim, istəyirsənsə, gəl, yanımda dur. Amma bir dəfə də olsa gəlməyib, heç bir konsertimdə olmayıb, heç vaxt tamaşaçı kimi məni seyr etməyib. Deyir "sən sənətdən gedən günü gəlib tamaşaçı kimi səni seyr edəcəm". Onun şərti də odur ki, ailəmiz bir yerdə olanda sən orada olmalısan. Ona görə də öncədən elə planlaşdırıram ki, burun-buruna dəyməyək. Yaradıcılıqdan çox uzaq insandır. Təsadüfən tanış olduq. Təyyarədə yer üstündə dalaşmışdıq. Bizim tanış olmağımızdan ailə qurmağımıza qədər bir hind filmidir. Mən onun yerində oturmuşdum. Bir il sonra yenidən rastlaşdıq, bu dəfə o, mənim yerimdə oturmuşdu. Sonra təsadüfən bir ad günündə rastlaşdıq. Sonra isə münasibətlər başladı. Mən onun eşqinə mahnı yazan kimi başa düşdüm ki, onu sevirəm. "Qəlbdən sevən" mahnımı ona həsr etmişəm. 27 yaşımda mənə 27 dənə qızıl gül bağışladı. Romantik şam yeməyi, romantik etiraflar və ürəyimi ələ aldı. Sonra dedi ki, "ya mənə ərə gəlirsən, ya da çıxıb gedirəm, bəsdir daha əziyyət çəkdim". Romantik insan deyiləm. Amma demə, məni dəniz, 27 dənə qızıl gül, şam yeməyi ilə aldatmaq olurmuş (gülür)".
R.Zərgərli dəfələrlə evlilik təklifi aldığını da bildirib:
"21 yaşında boşandım, 27 yaşında ikinci dəfə ailə qurdum. Bu 6 ildə 3 dəfə nişanlı olmuşam. Üç dəfə razılıq vermişəm ki, ərə gedirəm, amma toy günü fikrimi dəyişmişəm. Anlamışam ki, alınmayacaq. Deyiblər sənətinlə məşğul ol. Amma sonra elə bir hərəkət edib ki, bilmişəm bu mənə "pişiyim-pişiyim" deyir, toydan sonra bunlar olmayacaq. İntuisiyam çox güclüdür. Bəzən özüm-özümü aldarıram, arxayınlaşdırıram ki, yaxşı olacaq. Şans verirəm. Amma görürəm ki, yox, hisslərim məni yanıltmır".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM