TANAP-ın tikintisi fasiləsiz və problemsiz gedir

11:22 / 29.08.2015

Trans-Anadolu Qaz Boru Kəməri - TANAP-ın rəsmi saytında bu günlərdə verilən məlumata görə, layihə üzrə tikinti işlərinin daha bir mərhələsi başa çatdırılıb. Bu il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qars vilayətinin Səlim rayonunda TANAP layihəsinin təməlinin qoyulması ilə başlanan tikinti işlərində irəliləyiş davam edir.

1900 kilometrə yaxın uzunluğu olan xəttin 56 düymlük boruların uzanacağı hissəsində yolaçma işləri aparılır. Saxlama sahələrinə gətirilən təxminən 10 ton ağırlığında və 12 metr uzunluğunda polad borular qaynaq edilir. Borular tikinti sahələrinə daşınır və xətt boyunca düzülür.
Təxminən 10 milyard dollar dəyərində olan TANAP-ın tikinti işləri fasiləsiz irəliləyir. Qars vilayətinin Səlim bələdiyyəsinin sədri Coşkun Altun bildirib ki, kəmərin bu bölgədəki tikinti sahələrində işlər sürətlə irəliləyir.
TANAP "Cənub" qaz dəhlizinin ən uzun hissəsidir. Hazırda əsas tikinti sahələri onun marşrutunun keçdiyi Səlim bölgəsində aparılır. Ümumiyyətlə, layihənin həyata keçirilməsi prosesi uğurla və problemsiz gedir.  
TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçəcək. O, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və digər bölgələri arxada qoyaraq Türkiyənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
TANAP Türkiyə istehlakçıları üçün nəzərdə tutulmuş qazı Əskişəhərə 56 düymlük borularla nəql edəcək. Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə qədər də həmin ölçülü borular uzanacaq. Əskişəhərdə onlara artıq diametri 48 düym olan borular calanacaq. Avropa istehlakçıları üçün isə qaz TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) Yunanıstanın giriş məntəqəsində yerləşən 48 düymlük kəmərlə nəql ediləcək.  Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar. Bu, Azərbaycanın və Türkiyənin, dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir.
Prezident İlham Əliyev layihəni belə səciyyələndirir: "Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür.  Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır".
"Cənub" qaz dəhlizinin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağıdır. Həmin dəhlizlə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qaz nəql olunacaq.
Dəhlizin əsas hissələrindən olan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Bu boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr olacaq. Nəql edilən qazın 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri isə Türkiyə üçün nəzərdə tutulur. Kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması gözlənilir. TANAP "Cənub" qaz dəhlizinin ən uzun hissəsidir.
TANAP Cənubi Qafqaz Boru Kəmərindən aldığı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP-a qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya ötürəcək. TANAP-ın səhmdarlarının bu layihədəki iştirak payları belə bölünür: "Cənub" qaz dəhlizi Qapalı Səhmdar Cəmiyyəti - 58 faiz, BOTAŞ - 30 faiz, BP - 12 faiz.
Yeri gəlmişkən qeyd edək ki, TANAP-ı dərhal dəstəkləyənlərdən biri də məhz Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən "Şahdəniz"in operatoru olan BP şirkətidir. Şirkətin yaydığı açıqlamaların birində deyilir: "TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun Şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun Qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-nin planlarını dəstəkləyirlər".
Xatırladaq ki, təməli keçən il sentyabrın 20-də Səngəçal terminalında qoyulan "Cənub" qaz dəhlizi üç əsas seqmentdən ibarətdir. Bunlar CQBK, TANAP və TAP-dır. Xəzərin Azərbaycan sektorundan qazı neçə-neçə ölkənin ərazisindən keçirərək Adriatik dənizinin altından İtaliyayadək çatdıran dəhlizin uzunluğu 3500 kilometrdir.
 
"Azərbaycan" qəzeti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM