Rusiya Krımla nəqliyyat əlaqəsi haqqında Ukraynayla imzaladığı müqaviləni pozub.

"Rusiyanın Nəqliyyat Nazirliyinin təklifini qəbul etmək, Rusiyanın Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyiylə uyğunlaşmaq, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin və Ukraynanın Nəqliyyat Nazirliyinin arasında razılaşmanın dayandırılması haqqında", - sənəd avqustun 25-də baş nazir Dmitri Medvedev tərəfindən imzalanıb.


Simferopoldakı vağzal


Sözügüdən razılaşma 2004-cü ildə Kerçdə iki ölkə arasında imzalanıb.

Rusiyanın Nəqliyyat Nazirliyi indiki sərəncama uyğun olaraq qəbul edilmiş qərar haqqında Ukrayna tərəfinə xəbərdarlıq edib.

2013-cü ildə 66% sərnişin Krıma qatarla gəlib. Keçən il isə yalnız 44% əhali bu nəqliyyat vasitəsindən istifadə edib. 2015-ci ildə isə, demək olar ki, Krımla dəmir yol əlaqəsi tamamilə dayandırılıb.

İndi Rusiyadan Krıma getmək üçün ya təyyarədən, ya Kerçen boğazı vasitəsilə gedən bərədən istifadə olunur. Bərədən istifadə uzun müddət aparır. Hətta, burada yükləməni gözləmək bəzən 40 saata kimi vaxt alır. Ona görə də, çox vaxt təyyarədən istifadə olunur.