Tarix və şəxsiyyətlər üz-üzə qoyulmaz

09:37 / 31.08.2015

“Heydər Əliyevin böyüklüyü və birinciliyi tarixdə heç kəsi balacalaşdırmır, onun milli həyatda qazandığı yeri əlindən almır” 

 

 Deputat Zahid Oruc müsavat.com-a öz yazısını göndərib. Onu təqdim edirik:
****
 
Tanınmış tarixçi alimlərlərlə polemika aparmağın özünəməxsus bir cəhəti var:onları elmi müstəvidən siyasi meydana çəkməyi qəbahət sayır,yaşının zirvəsinə və kitablarının sayına görə hər zaman millətin ziyalılarına daha çox haqq verirlər. Lakin Şirməmməd Hüseynovun “Rəsulzadə dövlət qurub,Əliyev hakimiyyət”  fikrinə kəskin etiraz onun bir vaxtlar Bakıxanovdan ixtibas etdiyi “tarix Allah yazısıdır”,   fəlsəfəsinə söykənir.Yəni, belə qüsurlu və tam əsassız bir qənaətə qarşı çıxmaq Heydər Əliyevin dövlət qurmadığını iddia edən məlum dairələrlə bizim yaşımız qədər araşdırmalardan sonra eyni hökmü çıxaran Şirməmməd Hüseynovu həmin sırada görmək istməməkdən  irəli gəlir.
 
Əslində şərq mentallığında dərin köks salmış “məcnunluq kompleksi”ni  Füzuli babamız eşq müstəvisinə gətirsə də onu həyatımızın bütün sahələrində görə bilərik. Adamlar 20 il sevgidən sonra qovuşub normal həyat yaşayanları deyil, nakamlığı, məğlubiyyəti, nisgili, uğursuzluğu mifləşdirməkdə daha çox maraqlıdırlar. Daha doğrusu, buna dərin bir amadəlik var. Məcnunçuluğun yüz illərdi yaşamasının da sirri bundadır.
 
Tarixin müxtəlif dönəmlərində dövlət qurmaq eşqini, milli arzu və istəklərini gerçəkləşdirən Heydər Əliyevə münasibət də məhz bu fenomendən qaynaqlanır. Onun  yalnız məfkurə sisteminə, ideyalara  deyil, həm də gerçək idarəetmə sisteminə dayanan bir mexanizm yaratması bizim klassik baxışlarımızla, hətta xəlqi potensialımızla bəzən izah oluna bilmir. Ona görə də keçmişin əsatirləşdirilməsi üzərində indinin və müasir siyasətin inkar edilməsi baş verir.
 
 
Heydər Əliyevin milli sevgisi bizim mürəkkəb tariximizdə müxtəlif səbəblərdən məğlub olan Azərbaycan dövlət qurucularından fərqli olaraq, ilk dəfədir uzunömürlü və dayanaqlıdır. Cümhuriyyət irsini zorən qəbul edən Mütəllibov da, Rəsulzadə və demokratik respublikanın yaranmasına tövhə verən şanlı xalq mübarizlərinin ruhunu qanında yaşadan Elçibəy də dövlət qurmağın fərqli yollarını seçsələr də onu gerçəkləşdirə bilmədilər. 
 
Əksinə, əgər 1993-cü ilin qiyamı baş verməsəydi, SSRİ totalitarizmindən qurtulmaq xaos və anarxiya gətirdiyinə görə, yalnız acı təəssüf və dərin peşmançılıq hissi doğuracaqdı. Çünki 1918-ci ildə qurulan dövlətin varisi olmağı bacarmayanlar həmin istiqlal babalarımızın da ruhunu, atributları və azadlıq məfkurəsini zərbə qarşısında qoymuşdular. Heydər Əliyevin, bu mənada təkcə müasir dövlətçiliyi deyil, həm də əski irsi, Rəsluzadənin bu milləti hürr görmək istəyini  də təhlükədən xilas etdiyi ilə barışmaq məcburiyyətindəsiniz.
 
Ermənilərin Azərbaycanın müstəqil dövlətçiliyinin tarixini 1993-cü ilə bağlayanlardan ustalıqla istifadə etməsi fikri də qətiyyən adi tənqidə belə tab gətirmir. Çünki 1918-ci ildə Şərqdə ilk respublika quruluşunu bərqərar etmək, savadsız bir xalqın mübarizəsində üstün bir səviyyəyə  qalxmaq və millət kimi var olmaq üçün nə qədər önəmliydisə də, Cümhuriyyət yolçuları bu qəhrəmanlığı deyildiyi kimi, əli yalın bir imkanla etməmişdilər, yaxud sadə xalq diliylə desək, “quru yurdda”n  gəlməmişdilər. Ona qədər min illərdi yol gələn bir xalqın tarixi salnamələri necə inkar oluna bilər? 
 
Qədimlik şan və şöhrət mənbəyi olmasa da, hər halda müxtəlif adlarla tarix səhnələrinə çıxan Azərbaycan dövlətçiliyi 20-ci əsrin reallıqları içərisində özünə bir meydan tapacaqdı. Dünyada gedən siyasi tendensiyalar, bolşevizmin Rusiya imperiyasının qəbirqazanına çevrilməsi və ənənəvi müstəmləkə siyasətlərindən fərqli bir platformanı ortaya qoymaq istəyi nəhayət, Qafqazlarda müstəqil dövlətçilik faktı ilə hesablaşmaya bilməzdi. Məgər 1918-ci ildə azadlığına qovuşan təkcə azərbaycanlılar idimi? 
 
Doğrudur, bir coğrafiyaya dövlət biçimi vermək və onu siyasi ideal səviyyəsinə qaldırmaq gerçəkdən qəhrəmanlıq idi, lakin bütün tarixçilərimizin inkar etdiyi erməni xalqının bizim ərazilərimiz hesabına özünə dövlət qurması da, gürcülərin müstəqilliyi də bir gerçəklidir. Bu heç bir halda bizim özümüzə müstəsnalıq vermək və digərlərindən artıq öyünmək haqqımızı əlimizdən almır, lakin deyəndə ki, Azərbaycan dövlətinin yaşını son 20 illə məhdudlaşdırmaq düşmənin faydasınadır, eləcə də onu Rəsulzadə zamanı ilə ayarlamaq da eyni dərəcədə səhvdir. Halbuki tarixdə şəxsiyyətləri toqquşdurmadan hər birinin haqqını və milli xidmətlərini vermək istəsək deməliyik ki, yəhudilərin min illər ərzində dövlətçiliklərini bərpa etmək istəyinin yalnız 2-ci dünya müharibəsindən sonra reallaşması təkcə Ben Qurionun adıyla bağlanmır, üstəlik, bir xalqın keçmişinin üzərindən xətt çəkmir.
 
 
Yaxud, ”dəmir kansler” adı ilə əbədiyaşarlıq qazanan Bismarkın bütün əyalətləri birləşdirməsi və Almaniya imperiyasının ilk rəhbəri olması belə alman xalqının min illərdən gələn dövlətçilik tarixinin üzərindən xətt çəkmir. Bununla bərabər, o dəmir şəxsiyyətin də, Qurionun da fitri istedadı, qabiliyyəti, əzmkarlığı və liderlik keyfiyyətləri başqa bir əsrdə təcəlla edibsə, onları heç kəs dövlət qurucuları kimi dana bilməz.
 
Heydər Əliyev yalnız hakimiyyət  qursaydı, o, uzunömürlü olmazdı. Cümhuriyyəti var edənlərin bütün istəkləri 20-ci əsrin sonlarında başqa bir liderin şəxsiyyətində mücəssimə etdi, onların  fəhm edə bilməyəcəyi  bir miqyasda  ortaya çıxdı. Sovet totalitarizmindən, çekist sistemindən, dünyaya meydan oxuyan DTK məktəbindən  və vahid ideologiya şinelindən irəli gələn heç bir məziyyətlər Heydər Əliyevə müasir dövrdə yeni bir dövlət qurmağa mane ola bilmədi. Kommunist keçmişini ona irad tutanlar özləri demokratiya qarşısında ən böyük sipərə çevrildilər: səriştəsizlikləri və xaos törədiciləri olmaları ilə. 
 
Heydər Əliyev bir millətin mənəvi dünyasında daşınan yasçılığı, şərq mərsiyəçiliyini və daimi qovğalarda basılmaq tarixçələrini bir kənara qoyub, yeni millət yaratdı - zavodu, tankı, sənayesi, beynəlxalq əlaqələri  ilə birgə. Ona görə də gələcəkdə Azərbaycanın  simvolları sadəcə üç rəngdən ibarət olmayıb artacaqsa, bunu millətin əski babalarının yolundan azması kimi deyil, irəliyə getməsi, inkişafı və əvvəlki qəlibə sığmaması kimi qəbul etmək lazımdır.
 
Hazırki dövrün heç bir çətinliyi, məmur özbaşınalığı, sosial və ictimai ədalət qanunlarının sona qədər qərarlaşa bilməməsi faktı Heydər Əliyevin dövlət qurması faktını inkar edə bilmir. Çünki bir millətin yaxın qonşulardan-şimal küləyindən və cənub istisindən qorunmasını istəyən Rəsulzadənin arzusunu məhz Ulu öndər gerçəkləşdirib, qadınlarını  çarşabda və köləlikdə görmək istəməyən istiqlalçıların istəyini böyük Heydər  reallığa çevirib. Lakin təkcə bumu?
 
Hətta sovet illərində  görülən bütün işlər-geridə qalmış qəbilə xalqlarının əşirət idarəçiliyini deyil, mədəni və sivil bir quruluşa dayanan xalqın dövləti olduğunu da məhz O, ərsəyə gətirib. Ona görə bir anlıq ruhların zaman və sərhədlər tanımadığını xəyal etsək, demokratik respublikanı var edənlərin 21-ci əsrə qayıdışını  görə bilsək, onda həmin mütəfəkkir simaların indiki Azərbaycan dövləti qarşısında baş əyəcəklərinə heç kəsin şübhəsi olmasın. Çünki onlar məhəlli davalardan və kor inkarçılıqdan uzaq idilər.
 
Ona görə Şirməmməd Hüseynovun  Məmməd Əmin sevgisində bir acıma və tarixi yanğı var: onlar Heydər Əliyevin edə bildiklərini bacarmayıblar. Halbuki tarix və şəxsiyyətlər üz-üzə qoyulmaz. Axı, şərt şəkilçisini sevməyən zamanın və keçmiş formasiyaların hər birinin ayrıca özünəməxsusuluğunun olduğunu bizə təkcə auditoriylarda müəllimlər deyil, mürəkkəb həyatın özü öyrədib.
 
Şirməmməd Hüseynovun bu ixtiyar çağında nümayiş etdirdiyi sağlıq və hüzur nə qədər qibtəyə layiqdirsə, onun Məmməd Əmin sevgisində bir antiHeydər Əliyevçiliyin gizləndiyini görmək də  bir o qədər naxoşdur. Doğrusu, azad bir cəmiyyətdə yaşayırıq və hər kəs əqidəsində, siyasi simpatiyasında sərbəstdir. Lakin yaşlı bir alimin az qala yüz illik qələmindən və adından başqa antihakimiyyətçilərin də gen-bol istifadə etməsini görəndə iddia etdiyiniz etalon müəllim obrazı əriyib gedir. Axı siz Erazmdan fərqli olaraq, daha cəsarətlisiz və deyə bilərsiz ki, ”kilsəni bəyənmirsiz”!
 
Heydər Əliyevin özü isə Rəsulzadəyə ən yüksək dəyər verənlərdən biri olub. Ona görə xəyalən qurduğunuz savaşların içərisində vuruşmaqdansa, bir kitabı da müasir Azərbaycan dövlətinin adına bağlamaq yüz illik araşdırmaların kulminasiya nöqtəsi olardı.
Almanlar hər cür müqayisənin qüsurlu olduğunu deyərkən, görünür,  məhz belə halları nəzərdə tutmuşlar. Heydər Əliyevin böyüklüyü və birinciliyi tarixdə heç kəsi balacalaşdırmır, onun milli həyatda qazandığı yeri əlindən almır. Bir də ki, Ulu öndərə münasibət  tarixi kateqoriya olmaqla subyektlərin rəyindən və mühakimələrindən çoxdan çıxıb. Bu səbəbdən, xəyali dövlətdən gerçək Azərbaycana keçmək heç vaxt gec deyil.
 
Polemikanın davam etdirilməsinə əsəbsiz və qəzəbsiz ərkanla cavab verildiyi təqdirdə, fundamental elmi araşdırmalarla bu dialoqda iştirak etməyə hazıram. Bir şərtlə - qahmar çıxanların bir alimin adının ağırlığı qayğısına qalmaq əvəzinə ondan antiiqtidar dəbilqəsi düzəltməsi cəhdlərindən savayı!

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM