Ölümcül Maydan-qanlı küçə döyüşlərinin hər saat dəyişən xronikası hələ ki,25 ukraynalının inqilab qurbanı olduğundan xəbər verir.Etirazların davam etdiyi 2 ay ərzində siyasi konsensus üçün ən əlverişli bir şərait yaranmışdı.Ali Rada prezidentin Konstitusion səlahiyyətlərinin azaldılması və yeni seçkilərin keçirilməsi ətrafında razılıq axtarırkən əsil hərbi toqquşma baş verdi.Böhrandan çıxış yolu vardımı və əsil həqiqətdə Ukraynanı idarə edən Maydan bütün dövlətçilk funksiyalarını öz üzərinə götürüb hakimiyyət çevrilişini etməyə qadir idimi?
Ekspertlər Yanukoviçin Hökumətdən imtina qərarı ilə ən azı vaxt udaraq üsyançılar əleyhinə yeni güc toplamağa çalışdığını iddia edirlər.Xüsusilə də Soçi Olimpidasında Putinlə görüş ən azı Rusiyanın hərbi vasitələrlə mitinqləri yatırtmaq ssenarisinə xeyir-dua verildiyinə şübhə yeri qoymur.Məhz ona görə də böyük maliyyə maqnatlarından sayılan Müdafiə naziri dünəndən canfəşanlıqla orduya əmr verdiyini,ən qəti tədbirlərlə ,yəni silahlı vasitələrlə iğtişaşları yatırılacağını bəyan edir.
Doğrudanmı meydanın eyforiyası altında məlum üç müxalif lider Yanukoviçin istefasına nail olacağına ümid bəsləyiblər. Həqiqətənmi onlar arasında koalision iqtidar quruculuğu tam razılaşdırılmış məsələdir?Bəs onlar hansı Ukraynaya başçılıq edəcəklər?Konfederativ,ikiyə bölünmüş ,yoxsa,tam dövlətçiliyi sarsılmış bir mirasa sahib olacaqlar-bütün bu suallar Rusiyanın alternativ variantlarından və artıq “qanlı prezident” adlandılan şəxsin yetkinlik dərəcəsindən asılı olacaqdır.Kliçkonun bəyan etməsi ki,vəziyyət tam nəzarətdən çıxıb və Ukrayna idarə olunmur,bu tamam doğru deyil.Lakin dramatizm artdıqca və bir-birinin ardınca ələ keçirilən administrasiya binaları fonunda müxalifət dövlət çevrilişinə qadir olduğuna inandıqca xaos qaçılmaz olacaq.
Xronikaya kiçik bir nəzər salaq.Barrikadanın əsas ağırlıq mərkəzi Lvov,Kiyev və Zaporejye şəhərlərində Berkutçular və xüsusi təyinatlılara qarşı mitinqçilərin odlu silahlarından atəş açılan kimi rəsmi qurumlar ilk növbədə şəhərə daxil olan əsas nəqliyyat arteriyalarını bağlayarır,mitinqçiləri ətraf aləmdən təcrid edib qüvvə tətbiq edərək onları neytrallaşdıracaqlarına ümid edirlər.Lakin bu anda baş verənlər əsil müharibəni xatırladır.Dövlət obyektlərinin və şəxsi mülklərin yandırılması,hüquq mühafizə orqanlarının linç edilməsi və ölçüyə gəlməz şiddət,dağıntı.Hər saniyə proseslərin içində olan müxalif liderlərin gecə saatlarında prezidentlə danışıqlara yollanması,Amerika səfirinin iğtişaşların məsuliyyətini Yanukoviçin üzərinə atması,Rusiyanın müxalifləri “ekstremist”lər adlandıraraq dünyanı Ukraynadakı çevrilişə biganə qalmamağa çağırması,tərəflərin uğursuz atəşkəs dialoqu və dövlət başçısının televiziya ilə xalqa müraciəti.
Qərb Poşa Xarici İşlər nazirini xüsusi missiya ilə Ukraynaya göndərir.Co Bayden hər iki tərəfi zorakılaqdan çəkinməyə çağırır.Maydan yeni qüvvə toplayır və son ölümcül raunda hazırlığını davam etdirir.Kim bilir,indi daha da zəifləmiş,dayaqları sarsıldıqdan sonra oliqarxları tam əks cinaha keçmiş Yanukoviçin fövqəladə vəziyyət rejimi elan etməkdən başqa hansı yolu qalır?Məşhur Rinat Ahmətov və digər iqtisadi ağır çəkilər qanlı ssenarilərin onların maraqlarına nə qədər zərbə vurduğundan danışırlar.Bəs indi necə olacaq?Yuşşenko zamanında bütün mühüm sahələri özəlləşməyə açılmış bir dövlətin malik olduğu iqtisadi gerilik son qanlı çərşənbədən daha nə qədər geriləcəyək?
Avropanın sanksiya hədəsi heç bir məmuru o qədər qorxutmur,nəinki onların rəqiblərinin gələcək haqq-hesab bəyanatları..Onsuz da belə intiqam və revanş cəhdlərinin Ukraynada dərin bir ənənəsi yaranıb.
Qərblə Rusiyanın maraqların növbəti Suriya səhnəsi Ukraynaya keçə bilərmi?Krımdan eşidilən səslər hələ ki,baş məşqdir.Rəsmi Kremlin siyasi texnoloqları ən mühüm anda,onların versiyası üzrə inkişaf etməyən perspektivdə,Şərqlə Qərbin ixtilafını yaratmağa,iqtisadi təzyiq alətlərini işə salmağa,Millerin Qazpromunun tətiyi ilə ukraynalılara şaxtalı qış günlərində və qaynar azadlıq arzularının üstündə əsil soyuq duş effektini səhnələşdirəcəklər.Putin belə siyasi teatrlar baş rejissuralığına dəfələrlə imza atıb axı.Suriya əla bir təcrübi meydan oldu.Pis vərdiş yoluşdurucu olur,deyirlər axı.
Əvəzində Kiyevə tələsən Avropa Birliyinin emissarları isə ölənləri yardım üçün deyil,gələcək vəziyyətin qorxulu bir axara sürüklənməsindən xilas olmaq üçün tələsirlər.Leninin kütlə inqilabının qatarı isə gözləmir və gecikənləri təkərləri altına alır.Yəni,Gürcüstan kimi Ukrayna da demokratik inqilab ideallarına uyub hakimiyyəti dəyişsə,xalqı yemləməyə BVf-nun güzəştli kreditlərindən savayı heç bir yardım vəd olunmur.Demək,inqilab üçün bonus verilməyəcək.
İndi matəm sədaları altında qədim və dəyanətli bir millət öz itkilərinə göz yaşları axıdır,yaralarını sarımağa çalışır.Çox üzücüdür.Ukraynanın taleyi tərəziyə qoyulub.Müstəqiliyyini əldə edəndən bu yana xalq belə sınağa çəkilməmişdi.Hətta narıncı dalğanın gətirdiyi beş aylıq siyasi fırtınalar zamanında da dövlət və ictimai mənafelər belə üz-üzə gəlməmişdi.
Bütün hallarda qanlı tarixi nə iləsə yumaq mümkün deyil.Onun məsuliyyətini Yanukoviçin və ya hakimiyyət ehtirası ilə bütün Ukraynanı qana bürüməyin tərəfində olan üç müşketyorun üzərinə qoyulması heç nəyi dəyişmir.Azadlıq qanı sevir axı.Liderlərin deyil,təbəələrin cəsədi siyasi olimpə gedənlərə həmişə yaxşı fürsət yaradır.Ukraynada qar üstündəki Olimpiadanın isə medalları hələ ki,ölənlərin döşlərindən asılıb.Lakin qalib yoxdur.Bağlanış səhnəsini isə qələbə məşəlini əlində tutan deyil,onlardan gələcəkdə faydalananlar edəcəklər.
Maydanı bürüyən qatı tüstü fonunda qədim Romada kütlələrin sevdiklləri məşhur Lutsiy Kassiyin tarix boyu qüvvədə olan şüarı yada düşür:”Kimə sərfəlidir”?
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM