Küveyt dövlətinin Azərbaycandakı səfiri Səud əl-Ruminin APA-ya müsahibəsi
- Azərbaycan və Küveyt arasındakı ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?
- Azərbaycan-Küveyt əlaqələri çox spesifik və daimi inkişafda olan əlaqələrdir. Bizim Azərbaycanın məsul şəxsləri ilə daimi əlaqələrimiz var. Münasibətləri daha da inkişaf etdirib yüksək səviyyəyə qaldırmaq məqsədilə onlarla görüşürük. Cənab prezident İlham Əliyev 4 il əvvəl Küveytdə olub. Bu səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə bir çox sazişlər imzalanıb. Çox uğurlu səfər idi. Müsəlman dövlətləri olduğumuz üçün Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirik. Bu yaxınlarda Küveyt hökumətinin yüksək səviyyəli məsul şəxslərindən birinin Azərbaycana səfəri gözlənilir. Bizi Azərbaycanla bağlayan adət-ənənələrimiz, tarixi, dini, mədəni əlaqələrimiz var. Həm də bizi bir-birimizə coğrafi mövqeyimiz birləşdirir. Körfəz ölkələri arasında Azərbaycana ən yaxın yerləşən Küveytdir. Əgər birbaşa hava reysi açılsa, təyyarənin uçuş vaxtı cəmi 1 saat 50 dəqiqə çəkər. Halbuki indi Dubay və Doha yolu ilə Azərbaycana gəlməli oluruq.
- Küveytin yüksək səviyyəli rəsmilərindən birinin Azərbaycana səfər edəcəyini dediniz. Həmin rəsmi şəxsin kim olduğunu məlumdurmu?
- İndiyə qədər hələ bu barədə danışıqlar gedir. Ümid edirik ki, Küveyt dövlətinin baş naziri Azərbaycana gələcək. Bunu çox istərdik.
- Siyasi, iqtisadi, müdafiə, ticarət, turizm və digər sahələrdə əməkdaşlıqda hər hansı yeniliklər gözlənilir? Ümumiyyətlə, bu sahədə hər hansı müqavilə və sənədlərin imzalanması planlaşdırılırmı?
- Bizim siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası əməkdaşlıq komissiyası fəaliyyət göstərir. Təxminən 2 il yarım bundan qabaq - 2013-cü ilin fevralında Küveyt baş nazirinin I müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub və bu komissiyanın iclası keçirilib. Azərbaycan tərəfdən eyni səviyyədə nümayəndə heyətinin də əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Küveytə səfər edəcəyi gözlənilir. Səfərin bu il baş tutacağı planlaşdırılır. İqtisadi sahədə konkret əməkdaşlığa gəlincə, deməliyəm ki, Küveytin iş adamları artıq Qəbələyə bir çox investisiya qoyub. Xüsusən, kənd təsərrüfatı, şirələrin istehsalı sahəsində və onların Küveytə ixracı sahəsində iş gedir. Küveyt iş adamları Qəbələ ilə çox maraqlanırlar. Qəbələ həm kənd təsərrüfatı, həm də turizm baxımından çox əlverişli bölgədir. Küveytlilər Azərbaycana əsasən turizm məqsədilə gəlirlər. Lakin viza problemləri olduğu üçün bu istiqamətdə bəzi problemlərlə üzləşirik. Küveytlilər turizm, ümumiyyətlə, viza sahəsində problemlər gördükdə Türkiyə və Gürcüstana üz tutmalı olurlar. Küveytlə Azərbaycan arasında həm ticarət reysləri, həm də sərnişinlərin səfərləri təşkil ediləcək. Həftədə 20 reys nəzərdə tutulub. Biz gələcəkdə Küveyt-Qəbələ reysinin açılmasını istərdik, lakin viza problemi olduğu üçün turistlərin necə gələcəyi sual yaradır. Mənim ailəm bura gəlmək üçün viza problemi ilə üzləşir. Viza məsələsi bir həftə - 7 gün vaxt alır. Lakin buradan hər hansı adam Küveytə getmək istəsə, ona 24 saat ərzində viza veriləcək. Əlbəttə, biz burada günahı nə Azərbaycanın Küveytdəki səfirliyində, nə də XİN-də görürük. Burada viza verilməsi məsələləri ilə məşğul olan immiqrasiya təşkilatları məsuliyyət daşıyır. Biz səfirlik olaraq hər bir iş adamı üçün imkan daxilində Küveytə gedib-gəlmək üçün şərait yaradırıq. Çox istərdik ki, viza problemi həll olunsun. Beləliklə, küveytli turistlərin Azərbaycana səfərləri asanlaşar.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinizi öyrənmək istərdik. Sizcə, prosesin canlanması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri nə etməlidir?
- Küveyt dövləti BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarları dəstəkləyir. Xüsusilə, son zamanlarda təmas xəttində günahsız insanların ölümləri ilə nəticələnən hadisələr bizi təəssüfləndirir. Problemin həllini hər iki tərəfin danışıqlar masası arxasında əyləşib, qarşılıqlı şəkildə məsələni həll etməsində görürük.
- Sizcə, Dağlıq Qarabağ münaqişəsi, eləcə də, dünyada uzun illərdir həllini tapmayan münaqişələrin timsalında beynəlxalq təşkilatların tənzimləyici kimi rolunun zəiflədiyini demək olar?
- BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələri var. Ermənistan bunları yerinə yetirməlidir. Bu qərarları bütün dünya dövlətləri dəstəkləyiblər və qərarlar yerinə yetirilməlidir. Dediyim kimi, ən yaxşı həll yolu hər iki tərəfin danışıqlar masası arxasında əyləşib həll yolu tapmalarıdır. Biz müharibənin əleyhinəyik. Beynəlxalq təşkilatlar da bu sahədə müəyyən işlər görürlər. Bizim belə bir misalımız var, haqq gec-tez sahibinə qayıdacaq. Siz haqlısınız. Gec-tez haqqınız bərpa olunacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM