Ramiz Mehdiyevdən tarixi status

11:52 / 20.02.2014

“Xocalı faciəsi erməni xalqının siyasi rəhbərlərinin və erməni kilsəsinin Azərbaycan xalqına qarşı təxminən iki yüz il ərzində yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli simvolu oldu”

  Alman filosofu Karl Yaspers 1949-cu ildə “Tarixin mənası və təyinatı” adlı əsərində belə bir fikir irəli sürür: “Keçmişin kabusunun unudulmasına heç bir vəchlə yol vermək olmaz. Keçmişi daim xatırlatmaq lazımdır. Keçmiş baş verib, və onun təkrarlanması ehtimalı hələ də qalmaqdadır. Yalnız biliklər bu təkrarlanmanın qarşısını ala bilər. Təhlükəli məqam isə keçmiş haqqında bilgi almaq istəməmək, onu unutmağa cəhd göstərmək və bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdır”.

Elə tarixi hadisələr var ki, onlar barədə nə qədər yazılsa da, hər dəfə oxuyanda onun acısını daha çox duyursan və təəssüf hissi ilə anırsan. Bu hisslər insan aqressiyasının doğurduğu saysız-hesabsız iztirab və ağrıları görəndə yaranır. Düşünürsən ki, müəyyən qruplaşmaların siyasi maraqları necə böyük dəhşətlərlə nəticələnir, məsələn, Srebrenitsa və Xocalıda baş vermiş faciələr kimi.

Ermənistan prezidenti Serj Sarkisyan və ətrafının Xocalıda bəşəriyyət əleyhinə cinayətləri yeganə fakt deyil. Xocalı soyqırımı kimi Azərbaycanın Xankəndi şəhərinin Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Boğanis-Ayrım və s. kəndlərinin əhalisinin xüsusi amansızlıqla yer üzündən silinməsi faktları vardır. Lakin Xocalı faciəsi erməni xalqının siyasi rəhbərlərinin və erməni kilsəsinin Azərbaycan xalqına qarşı təxminən iki yüz il ərzində yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli simvolu oldu. Məhz 1992-ci ildə Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı hazırki Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən soyuqqanlılıqla hazırlanaraq icra olunmuş, dünya ictimaiyyətinə də Sumqayıt hadisələrinin ildönümü münasibəti ilə “əvəz-əvəz aktı” kimi təqdim edilmişdi. Əslində, 1988-ci il Sumqayıt hadisələrini SSRİ DTK-nın razılığı ilə erməni xüsusi xidmət orqanları diaspor təşkilatları ilə birgə planlaşdıraraq həyata keçirmişdi.

Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər, beynəlxalq təşkilatlar Xocalı faciəsinə və orada həyata keçirilən soyqırımı aktına göz yumurlar. Onlar erməni təbliğatının təsiri altında və ya siyasi təəssübkeşlik göstərərək “ermənilərə qarşı talanlar” barədə əfsanəni müzakirə predmetinə çevirir və hətta bununla bağlı obyektivlikdən uzaq və ədalətsiz qətnamələr də qəbul edirlər.

Bütün bunlar, hətta SSRİ Baş Prokurorluğunun “isti izlərlə” apardığı araşdırmalar nəticəsində 26-sı erməni, 6-sı azərbaycanlı olmaqla 32 insanın öldüyü Sumqayıt hadisəsinin təşkilatçılarının və günahkarlarının elə ermənilər olması barədə faktları aşkarlamasına rəğmən baş verir. İstintaq materiallarına görə, Sumqayıtdakı cinayətin əsas təşkilatçısı erməni əsilli Eduard Qriqoryan və onun qardaşlarıdır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və onun qardaşı Ernest Qriqoryan müxtəlif kriminal ünsürlərdən ibarət qruplaşmaları “Qarabağ” separatçı komitəsi və “Krunk” erməni cəmiyyətinə haqq ödəməkdən imtina edən ermənilərin yaşadıqları ünvanlara göndərib.

Bununla yanaşı, “isti izlər”lə toplanmış təkzibedilməz sübutlar qarşısında, erməni tərəfi bu günə kimi öz yalanlarını həqiqət kimi qələmə verməyə cəhd göstərir, sənədləri təhrif edərək digər çirkin metodlara əl atır. Ermənistan öz günahlarını Bakının üzərinə atmaqla Sumqayıt hadisələri ilə bağlı faktları saxtalaşdırmaqda davam edir, lakin unudurlar ki, bugünkü reallıqdan qaçmaq üçün keçmişi saxtalaşdıraraq gələcəyi qurban verirlər.

Ramiz Mehdiyevin facebook səhifəsindən


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM