Ölkədə saxta və təhlükəli düyülər satılır

11:11 / 03.09.2015

Azərbaycana saxta düyülərin gətirilməsi barədə iddialar təsdiqlənir. Ekspertlər müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olmasını vurğulamaqla yanaşı, mənşəyi məlum olmayan düyülərin də gətirilmə ehtimalının yüksək olduğunu qeyd edirlər. Bildirilir ki, marketlərdə daha çox saxta düyülər satılmaqdadır. Həmin düyülərin əksəriyyəti təbii yolla yetişdirilmir.

Marketlərdə apardığımız müşahidələr zamanı məlum oldu ki, satışda daha çox yerli düyülərdir. Ancaq başqa ölkələrin məhsulları kimi göstərilən düyülərin də əksəriyyətinin üzərində Azərbaycanda qablaşdırıldığı göstərilib. Həmçinin daha çox "Azərsun"un sifarişi ilə qablaşdırılan məhsullardır.

Elə bəzi ekspertlər məhz "Azərsun" kimi monopolistlərin ölkəyə zərərli məhsullar gətirməkdə maraqlı olduğunu vurğulayırlar. İddialara görə, Çin və Tayvan istehsalı olan düyülər daha çox həmin şirkətlər vasitəsi ilə ölkə bazarına gətirilir və insanların sağlamlığı təhlükəyə atılır. Yerli düyülərlə yanaşı, Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülər də Azərbaycan bazarında satılır. Qiymətlər də müxtəlifdir. İlk baxışdan Rusiya, Hindistan istehsalı adlandırılan əksər düyülər isə yerli istehsaldır. Yəni qabın üzərində Hindistan düyüsü olduğu yazılsa da, kiçik hərflərlə Bakıda qablaşdırıldığı göstərilib. Satıcılar isə bildirirlər ki, əhali daha çox yerli düyülərə üstünlük verir: "Sadə paketlərdə olan yerli düyülər daha çox alınır".

Ancaq Hindistandan gətirilmə düyülərin də alıcıları var. "Düyülərin saxta olmağı ilə bağlı bir söz deyə bilmərəm. Hindistan düyüsü də alınır. Ən bahalı düyülər də Hindistanındır. Ən ucuz düyü yerli düyülərdir",- deyə satıcı xanım bildirir.

Ekspertlər isə məsələ ilə bağlı narahatlıqlarını bildirirlər. Yəni ölkənin ərzaq bazarının təhlükəsizliyi qorunmadığından, saxta və ən əsası, zərərli məhsulların bazara "soxulması" mütləqdir. Bu isə ciddi fəsadları olacaq problem olduğundan, rəsmi qurumlar tərəfindən ciddi yanaşılması vacibdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ölkəyə saxta düyü gətirildiyini vurğulayır. O, musavat.com-a açıqlamasında qeyd edib ki, bunun üçün xeyli münbit məqamlar var: "Ölkədə sertifikatlar gətirilən malın partiyası üçün yox, ayla, illə, yəni müddətdən asılı olaraq verilir. Məsələn, bir illik sertifikat alan şəxs bu müddətdə ən müxtəlif növ düyü gətirib ölkədə sata bilir.

Ölkədə müstəqil ekspertiza yoxdur. Bu problemlərə görə ölkəyə keyfiyyətsiz, saxta, zərərli düyünün idxal olunması istisna olunmur. Çoxsaylı ölkələrdən bizə düyü gətirilir. Hindistandan, Tayvandan, İrandan, Pakistandan düyü gətirilir. Bilmək olmur ki, Banqladeşdən gətirilən düyü harada qablaşdırılır. Ayrı-ayrı ölkələrdə qablaşdırılan düyülərin əslində hara istehsalı olması və keyfiyyəti şübhəlidir. Bu məhsullar ekoloji çirklənmiş ölkələrdən də gətirilə bilər".

Qeyd edək ki, ekspertlər saxta düyülərin digər dənli bitkilərdən üyüdülərək əldə edildiyini bildirirlər. Bildirilir ki, bu, o qədər də ziyanlı deyil. Eyyub Hüseynov isə bəzi düyülərin Genetik Modifikasiya Olunmuş (GMO) düyülər olduğunun təsdiq edilmiş bir məsələ olduğunu vurğulayır: "Sarı və qızılı düyülərin Genetik Modifikasiya Olunması birmənalı şəkildə təsdiq edilmiş bir məsələdir. Xüsusən də Pakistandan gətirilən qızılı düyülər GMO məhsuludur. Bu düyülər insan həyatı üçün təhlükəlidir və gələcəyi məlum olmayan nəticələrə gətirib çıxara bilər. Əslində, qanunla bu tip düyülər ölkəmizə buraxılmamalıdır. Dövlət orqanları bu istiqamətdə iş aparmalıdır. Ölkə bazarlarında bu cür təhlükəli mallar çoxdur".

Bəzi ekspertlər qeyd edirlər ki, düyülərin əksəriyyəti un və plastik materialdan hazırlanır. Un və plastik materialın qarışığından hazırlanan düyü xeyli möhkəm olur. Saxta düyünü isə fərqləndirmək mümkün deyil. Bir neçə il əvvəl Çin saxta düyü istehsal edərək satışa çıxarıb. Onun hazırlanmasında sintetik qətrandan da istifadə edilir. Çin bu düyüləri istehsal etməklə kifayətlənmir, bir çox xarici ölkələrə də idxal edir. ekspertlər həmçinin rəsmi qurumların hərəkətsiz olduğundan da narahatlıqlarını və narazılıqlarını bildirirlər.

"Yeni Müsavat"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM