Yol polisi: Bakıya şəxsi maşınınızla gəlməyin

12:02 / 03.09.2015

 

Artıq xəbər vermişdik ki, paytaxt sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına edilən çoxsaylı müraciətlər əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır. Plana görə, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə Bakı qeydiyyatı olmayan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, artıq həmin nəqliyyat vasitələinin paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılması, eləcə də sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyalarına çatdırılmasının təmin olunması ilə bağlı işlər tamamlanmaq üzrədir.

Lakin şöbə rəisinin fikrincə, bundansa, yaxın şəhər və qəsəbələrdən paytaxta gələn hərəkət iştirakçıları vaxta, yanacağa və pula qənaət baxımından daha əlverişli olan ictimai nəqliyyat vasitələrinə, Sumqayıt sakinləri isə həm də sentyabr ayının 15-dən onların istifadəsinə veriləcək sürətli qatarlardan istifadəyə üstünlük versələr, bu həm onlar üçün sərfəli variant olar, həm də paytaxtda nəqliyyat sıxlığı nisbətən aradan qalxar: "Buna görə, heç sentyabrın 15-ni gözləməyə ehtiyac yoxdur. Artıq bu gündən etibarən vətəndaşlar ictimai nəqliyyatdan istifadə etməklə paytaxta rahat gələ bilərlər. Vətəndaşların paytaxta daha rahat, vaxt itkisinə yol vermədən, əlavə xərclər ödəmədən ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri üçün tam şərait yaradılıb. Sentyabrın 15-dən etibarən isə yeni tədris ilinin başlanması yollarda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Bu səbəbdən yaxın şəhər və qəsəbələrdən Bakıya gələn insanların fərdi avtomobillərindən deyil, onlar üçün yaradılmış imkanlardan, müasir ictimai nəqliyyat vasitələrindən istifadə etməklə, eləcə də Sumqayıtdan dəmiryolu xətti ilə elektrik qatarından istifadə etmələrini tövsiyə edirik. Rayonlardan Bakıya fərdi avtomobillərlə gələn vətəndaşlar bilməlidirlər ki, bu hallarda paytaxt yollarında sıxlıq yaranır ki, bundan elə özləri əziyyət çəkirlər. Xüsusən də, Sumqayıt şəhərindən paytaxta gələnlərin ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur".

K.Əliyev qeyd edib ki, Sumqayıtdan Bakıya fərdi avtomobillə gəlib qayıtmaq ictimai nəqliyyatdan istifadədən daha baha başa gəlir: "Sürücünün 100 km məsafə qət etməsi üçün yanacaq işlətməsi, paytaxtda gəzməsi, şəhərdə avtomobili park etmək üçün müəyyən miqdarda məbləğ ödəməsi, avtomobilin amartizasiya xərclərini nəzərə almasaq, ona ən azı 10-12 manata başa gəlir. İctimai nəqliyyatdan istifadə edərkən isə buna görə təxminən 1,5-2 manat xərcləyir. Bundan başqa, parketməyə görə yer problemi yaşamır, buna görə əlavə pul ödəmir. Həm də şəhərdə nəqliyyat sıxlığı yaratmır, yollarda qalaraq vaxt itkisi ilə üzləşmir, mənzil başına da daha tez çatır".

Yol polisi sözçüsü əlavə edib ki, Sumqayıtdan ölkənin cənub və qərb bölgələrinə gedənlərin bəziləri isə yolları yaxşı tanımadığından şəhərin içindən keçməklə hərəkət edirlər: "Halbuki, Sumqayıt stansiyasından həm Şamaxı, həm də Qaradağ istiqamətinə yaxşı təmir edilmiş yollar var ki, onlardan istifadə edilməlidir".

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında hazırlanmış tədbirlər planına əsasən, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə paytaxt qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsi də nəzərdə tutulduğu bildirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM