“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına müsahibə verib. Müsahibədə o, komandasının ikinci dəfə Avropa Liqasında qrup mərhələsinə gözlənilən çıxışına və və digər məsələlərə toxunub. Strategiya.az müsahibəni təqdim edir.
- Əvvəlcə ondan başlayaq ki, siz “Qarabağ”ın bu mövsüm Avropa kuboklarındakı oyunlarını necə şərh edərdiniz?
- Hər üç çütlükdə keçirdiyimiz oyunların komandamıza faydası oldu. Ümumi götürəndə isə ən vacib oyun “Seltik”lə qarşılaşmamız oldu. Çempionlar Liqasında “pley-off”a vəsiqə qazana bilməsək də, futbolçularımız şotlandlarla hər iki oyunda yaxşı təsir bağışladılar. Belə bir kluba nəticəyə görə məğlub olsaq da, oyun və öz gücünə inam baxımından yenilmədik. Əsas odur ki, qarşımıza qoyduğumuz minimum vəzifənin öhdəsindən gəldik və yenidən Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq.
- Demək olarmı ki, ötən mövsümlə müqayisədə bu il Avropa Liqasının qrupuna düşmək “Qarabağ”a bir qədər asan oldu?
- Mən elə düşünmürəm. Bəlkə də kənardan elə görünür. Əksinə, bu il daha çətin oldu bizim üçün. Futbolçularımız da hər tərəfdən təzyiq altında idi. Çünki hamı “Qarabağ”dan minimum keçən ilki uğurun təkrarını gözləyirdi. Hətta bizdən Çempionlar Liqasının qrupuna düşməyi tələb edənlər də vardı. İkinci dəfə Avropa Liqasının qrupuna düşmək yaxşı nəticədir. Futbolçularımızda da özünəinam yarandı. Fərqli oyun sisteminə və fərqli futbol mədəniyyətinə sahib ölkələrin klubları ilə oynamaq onların inkişafına təkan verəcək.
- Qrupunuzda “Tottenhem”, “Monako”, “Anderlext” kimi klublarla mübarizə aparacaqsınız. Rəqiblərinizi necə dəyərləndirirsiniz?
- Rəqiblərimizdən ikisi “böyük beşlik”də olan ölkələrin klublarıdır. Belə klublara qarşı oynamaq nə qədər çətin olsa da, bir o qədər xoş olacaq. Qrup mərhələsindəki oyunlarımız həm futbolçular, həm də azarkeşlər üçün maraqlı alınacaq.
- Sizcə qrupda ən çətin rəqib hansı komandadır?
- Heç bir oyun asan olmayacaq. Hər zaman qeyd etmişəm ki, Avrokubok oyunlarında öz azarkeşlərimiz qarşısında məğlub olmaq istəmirəm. Ona görə də hər bir matça var gücümüzlə hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqiblərimizin hamısı güclüdür. Hər komandanın öz oyun stili var.
- Klublar üçün müəyyən olunmuş transfer pəncərəsinin son günündə komandanıza yeni futbolçular cəlb etdiniz.
- Bəli, yeni futbolçularla müqavilə imzaladıq. Amma hələ yeni transferlərimizi canlı görməmişəm. Düşünürəm ki, komandamıza faydalı olacaqlar. Gəlsinlər, yaxından tanıyandan sonra daha ətraflı fikir bildirərəm. Ümumiyyətlə, yeni transferlər bəzən uğurlu olur, bəzən də uğursuz. “Qarabağ” klub olaraq hələ tam böyüməyib. Addım-addım irəli getməyə çalışırıq. Böyük klublar istədiyi futbolçunu almaq imkanına sahibdir. Biz isə hər zaman axtarışda oluruq.
- Makedoniyali futbolçu Vladimir Dimitrovskinin transferini nə vaxt rəsmiləşdirəcəksiniz?
- Bu futbolçu ilə hələ rəsmi müqavilə imzalamamışıq. Əgər transfer baş tutsa Avropa Liqasınında dəqiq oynaya bilməyəcək. Çünki onun adını UEFA-nın iştirak ərizəsinə sala bilmədik. Ola bilər ki, Premyer Liqamızın oyunları üçün komandaya cəlb olunsun. Amma indidən onun barəsində “Qarabağ”ın oyunçusu kimi danışmaq hüququm yoxdur.
- Yeni hücumçunuz Ryadell Pupon etimadınızı doğrultmadığı üçün Samuel Armenterosu transfer etdiniz?
- Demək olar ki, hər mövqedə bir-birini əvəz edəcək futbolçularımız var idi. Amma hücum xəttində çox dəyişiklik edə bilmirdik. Hər zaman bir mövqedə bir neçə futbolçuya ehtiyac olur. Futbolçuların sayı nə qədər çox olsa, məşqçi futbolçu seçimində problem yaşamır. Artıq sırf iki hücumçumuz var. Reynaldonu istədiyimiz mövqedə oynada bilərik.
- Bəziləri hesab edir ki, “Qarabağ”ın yeni transferləri istinilən səviyyədə deyil. Onların fikrincə, Avropada mübarizə aparacaq bir kluba daha güclü futbolçular cəlb edilməli idi.
- Hər şeyə real baxmaq lazımdır. Biz ölkə futbolunun və klubun durumuna görə addım atırıq. Hazırda daha səviyyəli futbolçuların qiymətləri həddindən artıq bahadır. Əsasən də Türkiyə, Rusiya və digər ölkələrdə legioner limitindəki dəyişikliklər orta səviyyəli futbolçuların Azərbaycana gəlməsinin qarşısını aldı. Futbolçular belə ölkələrə daha çox üz tuturlar. Bu da bizə problem yaradan amillərdəndir. Yeni transferlərimizi də son anda komandamıza cəlb edə bildik. Daha bacarıqlı və hazır futbolçu transfer etmək asan iş deyil.
- Reynaldonun “Qarabağ”dan gedəcəyi haqqında məlumatlar yayılır. Bu futbolçunu satmaq ehtimalınız varmı?
- Ehtimallar hər zaman olur. Reynaldo ilə maraqlanan klublar var. Real təkliflər də almışıq. Biz də bu təklifləri dəyərləndirməyə çalışırıq. Amma o, hələ bizə lazımdır. Çünki Avropa Liqasının qrupunda vacib oyunlarımız var. O, bu oyunlarda özünü yaxşı tərəfdən göstərsə, daha səviyyəli klublara transfer oluna bilər. Mümkündür ki, elə bir təklif olsun ki, hansısa klubla danışığa gedək. Bu, normal haldır. Bəlkə futbolçu daha səviyyəli çempionatda iştirak etmək, öz oyunçu səviyyəsini daha da inkişaf etdirmək istəyir. Buna görə də tək Reynaldo deyil, başqa futbolçulara da yaxşı təkliflər olsa, danışığa getməyə hazırıq. Biz artıq təkcə futbolçu almağa deyil, satmağa da alışmalıyıq. Belə hallara təəccüblənməməliyik. Bir futbolçu bizdən və ya başqa klubumuzdan gedib Avropanın daha səviyyəli klublarında oynasa, ölkəmizin futboluna maraq da artacaq. Bu isə kənardan bizim futbola inam yaradacaq.
- Çumbinyonun xidmətindən nə vaxt yararlanacaqsınız?
- O artıq bizimlə məşqlərə başlayıb. Hardasa bir aya kimi onu bəzi oyunlarda görmək ehtimalımız var. Yavaş-yavaş formasını bərpa edəcək. Ola bilər ki, qrup mərhələsində də onun xidmətlərindən istifadə etdik. Amma bu, onun nə dərəcədə hazır olacağından asılıdır.
- Tofiq Bəhramov adına Respublika stadionunun öt örtüyü avrokuboklarda “Qarabağ”a hər zaman problem yaradıb. Arenanın son durumu ilə maraqlanmısınız?
- Bu günə kimi stadiona tez-tez gedib baxırdım. Meydançanın tez bir zamanda hazır olması üçün işlər gedir. Amma səlahiyyətimdə olmayan məsələ olduğundan son vəziyyətlə bağlı açıqlama verə bilməyəcəm.
- Deyə bilərikmi ki, “Qarabağ” son dövrlərdə uğurlu çıxışları ilə Azərbaycanda azarkeş mədəniyyətinin formalaşmasında böyük rol oynadı? Çünki artıq azarkeşlər son saniyəyə kimi komandalara dəstək olur. Əvvəllər isə belə deyildi.
- Düşünürəm ki, azarkeşlərin stadionu tez tərk etməsi komandaya inamsızlıqdan irəli gəlmir. Ola bilər ki, onlar məyusluqdan stadionu tərk edirlər. Axı, komandalarının məğlubiyyətini görmək istəmirlər. Azarkeşlərimizin, futbolumuz tam formalaşması üçün vaxt lazımdır. İnanıram ki, get-gedə azarkeşlərimizin sayı milli çempionatda da artacaq.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM