"Azərbaycanda psixi xəstəlik sözü müəyyən mənfi mənalara yozulur. Psixi xəstəlik çox geniş spektrə yayılmış bir məfhumu ifadə edir. Bəsit bir qorxudan tutmuş, ağır problemə, ruhi xəstəliyə qədər spektrdə yayılan problemlərin hamısı psixi xəstəlik sayılır. Duyğu, düşüncə və davranış üçbucağının hər hansı problemi psixi xəstəlik hesab oluna bilər. Bunun içində fobiyalar, depressiyalar, inkişaf problemləri, zehni, mental inkişaf qüsurları, ünsiyyət, nitq problemləri çox geniş spektri əhatə edir".
Milli.Az xəbər verir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında uşaq psixiatrı, uzman doktor, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının əməkdaşı İkram Rüstəmov deyib.
İ. Rüstəmov bildirib ki, əslində psixi xəstəlik ruhi xəstəlik mənası daşımır, psixi xəstəliyin ruhi problem olduğunu düşünmək yanlışdır:
"Təəssüf ki, hələ də psixi xəstəliyin olması ayıb kimi qarşılanır. Dünyanın hər yerində, psixi xəstəliklərin damğalanma prosesi var. Dünya təbabət qurumları buna qarşı işlər aparırlar. Həmin uşaqları damğalanmaqdan qurtarmaq üçün, cəmiyyətə adaptasiyası üçün çox ciddi elmi və praktiki proqramlar işlənilir, işlər görülür. Çox təəssüf ki, bizim ölkəmizdə bu məsələ hələ də aktual olaraq qalır. Bir evdə bir psixi xəstə uşağın olması faciə kimi qiymətləndirilir. Bu hal ətrafdan gizlədilir, həkimə müraciət olunması yubadılır. Və təbii ki, bunun da müəyyən fəsadları özünü büruzə verir".
Mütəxəssis deyib ki, uşaq və yeniyetmələrdə psixi problemlər çox geniş səpgidədir.
Onun sözlərinə görə, ilk 3 yaşa qədər olan uşaqlarda daha çox inkişaf qüsurları ilə bağlı müraciətlər olunur. Bəzən bir yaşa qədər olan uşaqlarda da psixi problemlərə rast gəlinir: "Adətən belə bir düşüncə var ki, bir yaşa qədər olan uşaqlarda nə problem ola bilər? Amma ola bilər. Məsələn, biz uşağın anasını itirməsi, anadan uzaqda qalması ilə bağlı depressiya diaqnozu ilə qarşılaşa bilərik. Bir-üç yaşda autizm başqa olmaqla inkişafda və ünsiyyətdə yaranan müəyyən problemlərlə qarşılaşmalar ola bilər".
Hazırda həm də autizmlə, digər ünsiyyət problemləri ilə daha çox üzləşildiyini deyən İ. Rüstəmov deyib ki, uşaqların ünsiyyət vərdişlərinə ciddi diqqət yetirmək lazımdır.
Mütəxəssis onu da vurğulayıb ki, autizm hələ dünyanın sonu demək deyil.
Onun sözlərinə görə, autizm 1-3 yaşlarda aşkarlanarsa, reabilitasiya intensiv gedərsə, 30 faiz hallarda problem tam aradan qalxır. 70 faiz hallarda isə bu müdaxilə olarsa, o zaman çox ciddi irəliləyişlər qeydə alınar: "Autimzli uşaqların cəmiyyətdə yer tutmaları mümkündür, yetər ki, vaxtında aşkarlansın, vaxtında tədbir görülsün. Dərman verək, autizmli uşaq sağalsın deyə yanaşma yoxdur. Bu, yanlış təsəvvürdür. Hərtərəfli, bir neçə qrup mütəxəssislərin intensiv məşğələləri ilə bu uşaqları vəziyyətdən çıxarmaq mümkündür".
Vaxtında aşkarlandıqda inkişaf problemlərinin qarşısını almağın mümkün olduğunu açıqlayan psixiatr deyib ki, ilk üç yaşa qədər problem varsa, zamanında edilən müdaxilənin 6-7 yaşdan sonra edilən müdaxilədən qat-qat çox müsbət təsiri olur: "Ona görə də problemdən şübhələndikdə həkimə müraciəti gecikdirmək olmaz.
Bizdə əhali arasında dırnaqarası möhkəmlənmiş fikirlər var. Məsələn, xalq arasında oğlan uşaqlarının gec danışması ilə bağlı çox yanlış təsəvvür mövcuddur.
Ya da ailədə kimsə gec danışıbsa, onun uşağı da gec danışanda gözləyirlər və deyirlər ki, eybi yoxdur, danışacaq. Ya da üç yaşa qədər olan uşaqlar yeməyini yemirsə, ağlayandırsa, onun başını qatmaq üçün televizor qarşısında qoyurlar, telefon, planşet verirlər. Müəyyən videolara, oyunlara baxmasına şərait yaradırlar. Bunların hamısı çox ciddi inkişaf qüsurlarına gətirib çıxara bilər.
Genetik olan qüsurları bir tərəfə qoysaq, günümüzdə digər çox yayılmış bu tip qüsurlar qarşımıza çox gəlir".
Həkim, nitqi açılana qədər uşaqları elektron əşyalardan uzaq tutmağın vacib olduğunu vurğulayıb.
İ. Rüstəmov daha sonra bildirib ki, ana ilə kontaktı çox olmayan, tez-tez dayə, dəyişdirən, elektron avadanlıqlara meylli uşaqlarda özünə qapanma və s. problemlər yaranır: "Özünə qapanma, autizmə bənzər simptomlar özünü büruzə verir. Ana-uşaq kontaktını bərpa edəndən sonra bu halların tamamilə aradan qaldırılması mümkündür"...
Psixiatr uşaqlara qarşı zor tətbiq etməyin, onları döyməyin yanlış addımlar olduğunu qeyd edərək, "uşağı döymək problemi həll etmir, əksinə ikincili problemlərə yol açır", - deyə bildirib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM