Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ üzrə vacib bəyanatları və mövqeyi Trend-in Vyanadakı diplomatik mənbələrdən regiondakı hadisələr və ATƏT sədrinin münaqişənin nizamlanması üzrə şəxsi nümayəndəsinin fəaliyyəti haqqında əldə etdiyi hesabatda ATƏT ölkələrinə ətraflı təqdim edilib.
Agentliyin əldə etdiyi ATƏT ölkələrində yayılmış hesabatda xüsusilə də Azərbaycan Prezidentinin indiki vəziyyətin qorunması halında Ermənistan kimi ölkənin gələcəkdə dünya xəritəsindən silinəcəyi barədə sözləri yer alıb. Bu baş versə, günahkar yalnız indiki kriminal diktator rejimi olacaq.
Hesabatda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi şərhlər qeyd edilib: “Beynəlxalq ictimaiyyət işğalçı ilə işğala məruz qalan arasında çox aydın fərq qoymalıdır. Münaqişənin kökləri barədə, onun nə üçün yarandığını unutmaq olmaz. Ermənistanın Dağlıq Qarabağda dəstəklədiyi erməni separatçıları Azərbaycana qarşı təcavüzə keçdilər”.
Münaqişənin ilk qurbanlarının azərbaycanlılar olduğunu deyən Prezident əlavə edib ki, işğal etnik təmizləmə siyasəti, Xocalıdakı soyqırım və Azərbaycan ərazisinin 20 faizinin işğal altına düşməsi ilə nəticələndi.
Trend-in əldə etdiyi hesabatda dövlət başçısının “Dağlıq Qarabağın işğalına heç bir bəraət qazandırmaq olmaz, çünki bu, çox aydındır və xəritəyə baxmaq kifayət edər ki, Azərbaycanın böyük bir hissəsinin Ermənistanın işğalı altında olmasını görsünlər” sözlərinə də yer verilib: “Onlar bütün azərbaycanlıları oradan qovublar, onların insan hüquqlarını pozublar, bütün tarixi və dini abidələrimizi dağıdıblar... Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Sual isə ondadır, necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir”.
Bundan başqa, hesabatda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bəyanatı qeyd edilir. Bənayatda dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur: “Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha çox tənəzzülə uğrayır”.
İlham Əliyev bildirib ki, Ermənistan dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: “Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir”.
Hesabatda, həmçinin E.Məmmədyarovun Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” və "Sarkisyan Azərbaycana qarşı" işləri haqqında qərarları ilə bağlı rəsmi şərhin yer aldığı müsahibəsi təqdim edilib.
Nazir bildirib ki, məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir: “İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğal etməsi və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu”.
Onun sözlərinə görə, BMT Baş Məclisinin 1974-cü ildə konsensusla qəbul etdiyi tərifə görə bir dövlət tərəfindən digər dövlətin ərazisinə müdaxilə və hücum və ya bu müdaxilə və hücum nəticəsində müvəqqəti olsa da hərbi işğal, eləcə də bir dövlət tərəfindən digər dövlətin ərazisinin bombalanması və ya bir dövlət tərəfindən digər dövlətin ərazisinə qarşı hər hansı silahdan istifadə edilməsi təcavüzün ən qabarıq təzahürləridir.
E.Məmmədyarov vurğulayıb ki, xüsusilə, məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərini xatırladıb: “Bu, ilk dəfə deyil ki, Ermənistan tərəfi danışıqlar prosesinin məğzini təhrif edir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Çıraqov işi ilə bağlı hökmün elanından sonra Xarici İşlər Nazirliyinin 16 iyun tarixli bəyanatında təkrarlanıb. Biz aydın şəkildə vurğuladıq ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını və məcburi köçkünlərin geri qayıtmasını “güzəşt” kimi nəzərdən keçirmir. Sizin də istinad etdiyiniz Ermənistan tərəfinin davranışı məhkəmənin müdafiə olunmasına hökm verdiyi məcburi köçkünlərin fundamental hüquqlarının reallaşdırılması üçün kimin maneələr yaratdığını aydın şəkildə göstərir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM