BDU-nun tələbələri aksiya keçirir- Fotolar

15:10 / 20.02.2014

Tələbələr arasıdna saxlanılanlar var 

 

Bakı Dövlət Universitetində aksiya keçirilib. Aksiya iştirakçılarının Qaynar.info saytına verdiklərinə görə, 500 yaxın tələbə iştirak edib.

Polis aksiyanı dağıdıb. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib.

Aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, aksiyaya səbəb kəsri olan tələbələrin kredit üçün əlavə pulun tələb olunmasıdır.

***

“Axar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq bir nəfər hüquq mühafizə orqanları tərəfindən həbs olunub. 

Həbs olunan şəxsin adının Tamerlan Baxşıyev olduğu deyilir. Artıq universitetin həyətindən qonaqlar gəlir bəhanəsiylə hər kəs uzaqlaşdırılır. Müxbirimiz mediaya qarşı xüsusiylə kobud davranıldığını və universitetin həyətindən mühafizəçilərin vasitəsiylə çıxarılmağa başlanıldığını söyləyib. 

Daha sonra media nümayəndələrinin qarşısına çıxan universitetin rektoru Abel Məhərrəmov aksiya iştirakçıları tərəfindən fitə basılıb. 

***

Hafta.az-ın əməkdaşı universitetdə aksiya öncəsi vəziyyəti, etirazların nədən ibarət olduğunu öyrənmək üçün BDU-da olub. 

Maraqlısı budur ki, universitet tələbələri heç bir aksiya gözlənilmədiyini deyirlər. Sosial elmlər və psixologiya fakültəsində oxuyanlar bu barədə ümumiyyətlə nə facebook, nə də hansısa sayt vasitəsilə xəbər tutmadıqlarını deyirlər: “Bunu sizdən eşidirik, 13:30 dərs vaxtıdır. İnanmıram nəsə aksiya ola...”

Mitinqin virtual təşkilatçısı hesab olunan fəlsəfə fakültəsinin birinci kurs tələbəsi Ofeliya Abdullayeva isə bu gün ümumiyyətlə dərsə gəlməyib. Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov isə Hafta.az-a açıqlamasında adıçəkilən tələbənin bu gün onun qəbulunda olduğunu və ondan izahat alındığını deyib. 

Amma fəlsəfə fakültəsinin tələbələri əməkdaşımızla söhbətlərində kredit qiymətlərinin artmasına görə həqiqətən narahat olduqlarını, bu qərardan narazı qaldıqlarını bildiriblər: “Narazıdır e, hamı narazıdır... Amma heç kim ayağa durub heç nə demir. Hələ ortada heç nə yoxdur, dünən artıq jurnalistika fakültəsinin tələbələrinə ilk xəbərdarlıq edilib ki, etiraz olsa qoşulmayın, valideyninizi çağıracağıq”.

Məsələ ilə bağlı jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyevlə də görüşdük. Onun sözlərinə görə, bununla bağlı fakültənin tələbələrinə dekanlıq tərəfindən heç bir təzyiq göstərilməyib:

“Ola bilər ki, hansısa müəllim öz tələbəsinə nəsə məsləhət verib, nəsə deyib. Bəzən heç bizim tələbələr söhbətin nədən getdiyini, nəyə görə etiraz edildiyini bilmirlər. Görürlər hamı yığışır, onlar da küyə düşüb gedirlər. Hə, aksiya haqqında məlumat var idi, mən də oxudum. Əslində etirazı edən başqa fakültələrdir, bizim fakültənin isə adı çıxıb...”

BDU tələbələri Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər. Onlar sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatlarda aksiyanın “Girməyin cibimizə, tamah güc gəlib sizə!”, “Kəsr üçün pul verməyək!”, "Qanunları pozmayın, saxta qanun yazmayın" şüarları ilə keçəcəyini qeyd ediblər. Çağırışçılar bu şüarlarla hətta “haş taq” da yaradıblar. 

Twitter-də yayılan məlumatlara görə isə artıq universitetin aksiya keçiriləcək korpusu mühafizə xidməti tərəfindən mühasirəyə alınıb. 



 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM