Avropa miqrant böhranı 10 ürək parçalayan fotoda

14:32 / 07.09.2015

Avropada miqrant böhranı zamanı üç yaşlı Suriyalı oğlanın cəsədinin Türkiyə çimərliyində çəkilmiş fotoları dünyaya səs saldı.

Lakin, illər boyu miqrantların köçünü əks etdirən fotolarda da Avropaya gələnə kimi miqrantların hansı əzablardan keçdiyini görə bilərik.

Image copyrightJuan Medina Reuters

1. Kanar adalarındakı yerli qəzet üçün fotoqrafçı kimi çalışan Juan Medina, 2004-cü ildə Afrikanın cənubi Sahara bölgəsindən gələn içi qaçqınla dolu olan qayığı çəkib. İspaniya Sivil Nəzarət Keşikçilərinin qayığı yaxınlaşan zaman miqrantların qayığı aşmış və 9 kişi suda boğulmuşdur. Medina 29 nəfər sağ qalanlar arasında Malidən olan İsa və İbrahimin sudan çıxarılması vaxt şəklini çəkib. Bu şəkil növbəti il World Press Photo mükafatı alıb.

Image copyrightArturo Rodriguez AP

2. Kanar adaları iki il sonra da Afrika miqrantlarının pənah tapmağa çalışdığı məkan olub. Artıq Mərakəşdən deyil və adətən Mavritaniya və Seneqaldan çıxan qayıqlar Atlantik okeanı boyu 1,000 km yol qət edirlər. Bəzi insanlar ac və susuz vəziyyətdə sahilə çatırlar. Tenerifenin La Texita çimərliyində çəkilmiş bu şəkildə turistlər gənc oğlana kömək etməyə çalışır. Bu şəkil Arturo Rodriguezə 2007-ci ildə World Press Photo mükafatı qazandırıb.

Image copyrightJose Palazon Reuters

3. İspaniyanın Mərakeşdə, Aralıq dənizi sahilində yerləşən iki kiçik anklavı olan Seuta və Melilya, Avropaya getmək istəyən miqrqantları maqnit kimi özünə çəkir. Burada miqrantlarla qitəni yalnız ülgüc kimi tikanlı hasar ayırır. Miqrantların hüquqları ilə məşğul Pro.De.In Melilla təşkilatının işçisi Jose Palazon qolfçulardan birini əlindəki çubuqla topa zərbə vurmaq istəyərkən, digər tərəfdə isə bir qrup kişinin (onlardan biri də polisdir) qolf meydançasının hasarına dırmaşmış halda fotosunu çəkmişdir. “Bu şəkildə çox simvolik bir anı tutmağa çalışmışam”, fotoqraf El Pais qəzetinə bildirib.

Image copyrightJohn Stanmeyer National Geographic

4. Ədən körfəzi vasitəsilə Cibutidən keçən miqrantlar, bəzən qonşu Somalinin qara bazarında SİM kart almaqla pula qənaət edirlər. Fotoqraf John Stanmeyer sahildə telefon dalğası tutmağa çalışan bir qrup insanla görüşüb. “Biz doğrudan bəşəriyyətin yolayrıcında dayanmışıq. Hara gedirik? İnsan olmaq nə deməkdir?”. Fotoqraf 2014-cü ildə World Press Photo mükafatını qazanıb.

Image copyrightMurad Sezer Reuters

5. Aralıq dənizinə çatana kimi miqrantlar çox yorucu səyahəti bitirmiş olur. Şəkildə gördüyünüz tənha isti və qumlu çöl Suriya-Türkiyə sərhəddində yerləşir. Reutersin işçisi Murad Sezer hər dəfə bura səfər edəndə adətən çoxsaylı uşaqlı ailələrlə rastlaşırdı, lakin bu dəfə bura bomboş idi, atılmış körpə beşiyindən savayı. “Mənim üçün bu [atılmış beşik] bir növ ümidsizliyi ifadə edirdi,” o deyir. “Əgər bunun sahibinin ümidi olsaydı, yəqin ki, bunu burada qoyub getməzdi.”

Image copyrightMassimo Sestini eyevine

6. Massimo Sestini bu şəkli 2014-cü ildə İtaliya donanmasına məxsus helikopterdən çəkib. Lakin əslində bu keçən il oxşar şəraitdə çəkilmiş şəkilin təkrarı idi. Liviya və İtaliyada çəkilmiş şəkillər arasında əslində heç bir dəyişiklik yoxdur. “Mən fikirləşdim ki, beş günü qayıqda birgə keçirmiş 500 nəfərin fotosunun obyektivini doğru götürsəm, çox güman ki, onlar başını qaldırıb mənə baxacaq və bizdən kömək istəyəcək”. Şəkil bu ilin əvvəli World Press Photo mükafatını qazanıb.

Image copyrightArgiris Mantikos AP

 

7. Bu ilin aprelində Suriyalı və Eritreyalıları daşıyan qayıq Yunanıstanın Rodos adası sahillərindəki qayalara çırpılmışdı. Yoldaşı ilə dəniz qırağında kofe içən Yunan ordusunun serjantı Antonis Deligiorgis, təkbaşına qayıqda olan 93 nəfərdən 20-ni xilas edə bilib. Fotoda görünən hamilə qadın sonradan Rodos xəstəxanasında doğuşdan sonra, oğluna onu xilas edən kişinin adını qoyub.

Image copyrightDaniel Etter NY Times Redux eyevine

8. Bu fotoda Türkiyədən Yunanıstanın Kos adasına havası getdikcə boşalmaqda olan şişirtmə qayıqla keçmiş, oğlu və qızını bağrına basmış Suriyalı kişi Laith Majid təsvir olub. “Bütün ölkənin faciəsini bir atanın simasında görmək olar,” Twitter istifadəçisi “MaryFitzger”, New York Times-də nəşr olunmuş bu şəklin altından yazır.

Image copyrightDarko Vojinovic AP

9. Keçən ay Makedonya fövqəladə vəziyyət elan etdikdən sonra, öz sərhədlərini miqrantların üzünə bağlayanda, minlərlə insan gecəni neytral zonada keçirməli olmuşdu. Növbəti günün səhəri miqrantlar polis kordonunu yarmağa çalışanda, polis onlara qarşı səs bombasından istifadə etmişdi. AP-nin fotoqrafı Darko Vojinovic çarəsiz gənc atanın şəklini çəkib.

Image copyrightTwitter

10. Bu şəkil sosial mediada keçən həftə yayılıb. Fotoda bir kişinin Livanın paytaxtı Beyrutda öz ailəsini dolandırmaq üçün qələm satdığı an həkk olunub. Suriyanın Yarmuk şəhərindən olan bu Fələstin əsilli ata üçün Indiegogo internet səhifəsində yaradılmış yardım məqsədli kampaniyada artıq 181,000 dollara yaxın pul yığılıb. Yardım barədə eşidən ata bu pulu Suriyalı uşaqların təhsilinə və tez bir zamanda Beyrutdakı evinə qayıtması üçün xərcləyəcəyini bildirib./bbc/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM