Məktəblidən qazanan monopolist… - FOTO

13:00 / 08.09.2015

Bir həftədən sonra Azərbaycanın təhsil müəssisələrində yeni tədris ili başlayacaq. Valideynlərin bəziləri məktəb bazarlığını başa vurub, bir qismi isə "bəlkə endirim olar" düşüncəsiylə son günləri gözləyir. Bəs uşaqların məktəb xərci nə qədərdir? Bazardakı qiymətlərlə alıcılıq qabiliyyəti uyğun gəlirmi?

Bu və başqa suallara cavab tapmaq üçün "Binə" Ticarət Mərkəzinə üz tutduq. Burada şahidi olduq ki, müflis olan sahibkarlar obyektlərin qapısını bağlayaraq bazarı tərk ediblər. Mağazaların bir çoxunda, əsasən, məktəbli çantaları, dəftər, qələm, başqa ləvazimatlar satılırdı. Onlar yeni tədris ilinin başlaması fürsətindən yararlanmaq istəyirlər.

Satıcılar dərslərin başlanması ərəfəsində alıcılıq qabiliyyətinin artdığını dedilər. Onların bir narazılığı var - məktəbli geyimlərinin tikişi və satışı ilə bağlı məhdudiyyətin olması.

"Bir neçə il öncəyə qədər məktəbli geyimlərinin satışına icazə vardı. Geyimlər standart olmasa da, onun məktəbli geyimi olması görünüşündən məlum idi. Sonradan geyimin istehsalını və satışını ölkədə bir trikotaj şirkəti həyata keçirməyə başladı. Bununla biz ticarətçilərin qazancı azaldı. Çünki eyni materialda, eyni dizaynda olan geyimlərin başqa şirkət tərəfindən istehsalına qadağa qoyuldu. Burada məqsəd xidmətin keyfiyyəti deyil, qazanc güdülməsidir. Məktəbli geyimlərinin istehsalını bir deyil, bir neçə şirkət həyata keçirsə, yüksək keyfiyyət, aşağı qiymət olar", - deyə satıcı Qafar bildirir.
Onun sözlərinə görə, məktəblilər üçün çanta və dəftər ləvazimatları satışı bazarda canlanma yaradıb. Qazancın əsas hissəsi çantaların satışından gəlir. Çantalar Çin, Dubay və Türkiyə istehsalıdır.  
Həmsöhbət olduğum satıcılar bildirdilər ki, alıcılar, əsasən, Azərbaycanın bölgələrindən gələn ticarətçilər və valideynlərdir. Satıcılar bəzi dəftər ləvazimatlarının ötən ildən qaldığını da etiraf etdilər. Onlar qiymətlərdə endirimin olmayacağına işarə vurdular.  

"Qiymətdə endirimin olması üçün ən azından obyektlərin icarə haqqı aşağı salınmalıdır. Ya da vergi yükü azaldılmalıdır. Bizim qazancımız, əsasən, sentyabrdan sentyabra olur. Hazırda tələbat məktəbli ləvazimatlarınadır. Biz də bunu dəyərləndiririk. Qiymətlər müxtəlifdir. Elə mal var ki, bəzilərinin qiyməti bu il aşağıdır. Elə mallar var ki, ötən ildən qalan olsa da, qiymətini endirmirik, çox keyfiyyətlidir. Bir məktəblini hazırlayıb dərsə göndərmək üçün valideyn təxmini olaraq 200-300 manat arasında vəsait xərcləməlidir", - deyə satıcı Elnur bildirdi.

Valideynlər qiymətlərdən narazıdır. Həmsöhbətlərimin əksəriyyəti aylıq büdcələrinin 350-450 manat olduğunu deyirlər, bir uşaq üçün isə 200 manatdan artıq xərcləri çıxıb.  

Təhsil eksperti Nadir İsrafilov bildirir ki, son illər təhsildən yayınma  halları çoxalıb və bunun da əsas səbəbi valideynlərin sosial vəziyyətinin aşağı olmasıdır: "Məktəblilərin sayı ilə bağlı ölkədə müxtəlif statistika var. Hər il ötdükcə şagird kontingentinin sayı azalır. 7 yaşlılar var ki, məktəbə getmirlər. Yəni bizdə təhsildən yayınma halları yüksəlir. Təhsildən yayınma, həm də təhsilə cəlb olunmamaq məsələsidir. Bu məsələnin kökündə ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması durur. Sovet dövründə sosial məsələ tam həll olunmuşdu. Məktəblinin problemi olmurdu. Hazırda məktəbli ləvazimatları biznes-kommersiya sahəsinə çevrilib. Orta məktəblilər üçün dərsliklər pulsuz olsa da, dərsliyə nə qədər əlavələr istehsal olunur. Təhsil Nazirliyi əlavələrin olmasını və onların qiymət-keyfiyyət məsələsini atır nəşriyyatların üstünə, nəşriyyat da bazarların üstünə. Odur ki, bu, fəlakət səviyyəsinə gəlib çıxan məsələ olub. Bir uşağın məktəbə göndərilməsi 200-300 manat xərc tələb edirsə, görün iki-üç məktəbli uşağı olan valideynlər nə çəkir. Sovet dövründə dəftərlərin arxasında vurma cədvəli olardı. Amma indi dəftərlərin sonunda içkilərin, mobil operatorların reklamı verilir. Deyə bilmərəm ki, Təhsil Nazirliyi bu məsələlərin qarşısında acizdir, yoxsa əlbirdir".

Ekspert  bildirir ki, məktəbli geyimlərinin istehsalı sahəsində monopoliya aradan qaldırılmalıdır: "Müvafiq şəxslər açıqlama verirlər ki, hamı formanı Bakı Tikiş Evindən (BTE) alsın. Digər formaları saxta hesab edirlər. Açıqlama verirlər ki, həmin məktəbli formaları mənşəyi bilinməyən, sertifikatı olmayan parçalardan, zirzəmidə tikilir. Bilinmir bu həqiqətdir, ya yox. Amma məktəbli geyiminin istehsalı ilə bağlı bir neçə şirkət fəaliyyət göstərməlidir ki, rəqabət nəticəsində yüksək keyfiyyət, aşağı qiymət olsun".

"Bizim Yol"

Məktəblidən qazanan monopolist… - FOTO


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM