DÜNYA TARİXÇİLƏRİNİN VIII BEYNƏLXALQ ATATÜRK KONQRESİ İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK

09:50 / 09.09.2015

 

Strategiya.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi (ATAM) və AMEA Tarix İnstitutu ilə birlikdə 13-16 oktyabr 2015-ci il tarixində ilk dəfə olaraq Azərbaycanın Gəncə şəhərində keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanının himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilmişdir.

Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi  bu nüfüzlu konqresin mövzusu Atatürk və Türk mədəniyyət coğrafiyasında Qafqaz və ətrafına həsr edilmişdir. VIII Beynəlxalq Atatürk Konqresi keçmişdən günümüzə Qafqaz və ətrafında, xüsusilə də Azərbaycanda mədəni, siyasi, iqtisadi inkişafın elmi əsaslarla araşdırılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, konqresin proqramında XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında, Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar, 1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, çar Rusiyasının Cənubi Qafqazı işğalında erməni faktoru, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı raportlar, Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət, arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı, “Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan münasibətləri, müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsələlər və s. kimi Azərbaycanla bağlı maraqlı mövzular yer almışdır.

Konqresin Rəyasət Heyəti və Təşkilat Komitəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs və b. kimi nüfüzlü alimlər təmsil olunmuşlar. Konqresin açılışında AMEA-nın prezidenti Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Azərbaycan Respublikası Prezidenti administrasiyasının rəsmi nümayəndələri,  Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və b. rəsmi şəxslərin çıxışı, iki gün ərzində isə 3 ayrı-ayrı bölmələrdə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, İtaliya, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Rusiya Federasiyasının Moskva şəhəri, Dağıstan, Adıgey ve İnquşetiya Respublikaları, Krım, Hindistan, Özbəkistan və Qazaxıstandan olan 89 alimin məruzəsi olacaqdır. Ümumilikdə konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcəkdir. Konqresin sonuncu günü qədim Şəki şəhərinə gəzinti təşkil ediləcəkdir.

Bu nüfüzlü konqresin keçirilməsinə hazırlıq məqsədi ilə sentyabrın 2-də Atatürk Araşdırma Mərkəzinin sədr müavini Nihat Büyükbaş və elmi işlər müdiri Hüseyin Tosun, mütəxəssislər Duygu Türker, Aslı Akdoğanbulut İnsan Bakıya, konqresin işinin tapşırıldığı “Procesa Mila Organizasyon” şirkətinin sədri Duygu Şahin və Muharrem Eryılmaz isə Gəncəyə gəlmişlər. Sentyabrın 3-də AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, konqresin əlaqələndiricisi, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova gələn qonaqlar ilə birlikdə Gəncə şəhərinə getmişlər. Burada Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən nümayəndə heyəti qəbul edilmişdir. Gəncə şəhərində Təşkilat Komitəsi Elmar Vəliyevin sədrliyi ilə ilk iclasını keçirdi. Yaqub Mahmudov konqresin işi və ona hazırlıq məsələləri ilə bağlı ətraflı danışdı, sonra isə Elmar Vəliyev konqresin işinə hər cür yardım edəcəyini bildirdi. İclasın sonunda qərara alındı ki, konqresin açılışı və bağlanışı Gəncə şəhər Heydər Əliyev Mərkəzində, konqresin birinci günü əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi tarixi binada (hazırda bu binada Gəncə Aqrar Universiteti yerləşir), ikinci gün isə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının binasında davam edəcək. Yaqub Mahmudov bu səmimi qarşılanma və konqresə hazırlıq mərhələsinə diqqət və qayğı ilə yanaşdığı üçün Elmar Vəliyevə öz adından və gələn qonaqlar adından təşəkkürünü bildirdi.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdən sonra Təşkilat Komitəsinin üzvləri buradakı şəraitlə tanış olmuş, qonaqların qalacağı otel, hazırlıq məsələləri, konqresin keçiriləcəyi salonlar, texniki avadanlıq və şəhərin tarixi yerləri (Cavad xan türbəsi, Şah Abbas məscidi, Nizami məqbərəsi, Nizami muzeyi, Məhsəti Gəncəvi muzeyi, Gəncə şəhər tarix muzeyi, Gəncə qapıları və Ozan məscidi)  ilə tanış olmuşlar.

Konqreslə bağlı Gəncəyə gələn nümayəndə heyəti sentyabrın 5-də Bakıya qayıdacaq və sentyabrın 9-na qədər AMEA Tarix İnstitutunda hazırlıq məsələlərini müzakirə edəcəklər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM