İŞİD-ə qarşı döyüşən xaricilər: çılğın könüllülər, yoxsa Qərbin gizli ordusu?

14:35 / 10.09.2015

İŞİD-in İraq və Suriya ərazisində zorakılıqlarını genişləndirdiyi və dünyanın müxtəlif yerlərindən tərəfdarlarının terrorçu təşkilata qoşulduğu bir vaxtda ara-sıra İŞİD və digər "cihadçı" qruplaşmalara qarşı mübarizə aparmaq üçün ABŞ-dan, Böyük Britaniyadan və digər Qərb dövlətlərindən könüllülərin bölgədəki kürdlərə və İŞİD-ə qarşı savaşan digər qüvvələrə qoşulması və savaşması, təlimlər keçməsi barədə informasiyalar yayılmaqdadır. Son zamanlar bu cür döyüşçülərin artması və sayları barədə daha ətraflı məlumatlar ortaya çıxmaqdadır.

Məlumatlara görə, təqribən 200 nəfər ABŞ vətəndaşı İŞİD-ə qoşulmaq məqsədilə İraq və Suriyaya yola düşüb, yaxud buna cəhd göstərib. Başqa bir tərəfdən isə getdikcə daha çox sayda amerikalı İŞİD-in əleyhinə mübarizə aparmaq üçün bölgəyə yollanır. Böyük Britaniyada yerləşən "Bellingcat" araşdırmaçı jurnalist təşkilatının internet saytlarında, sosial şəbəkələrdə, mediada yer alan və digər açıq mənbələrdən topladığı məlumatlar əsasında hazırladığı hesabata əsasən, ümumilikdə ən az 108 nəfər ABŞ vətəndaşı İŞİD-ə qarşı Suriya və İraqda könüllü olaraq mübarizəyə qoşulub və bu rəqəm hər həftə artmaqdadır (bax: The Other Foreign Fighters / "A bellingcat Investigation", avqust, 2015).

ABŞ-ın 31 ştatından olan könüllülərin ən çox hissəsi, yəni 16 faizi Texas ştatının payına düşür. İkinci yerdə Kaliforniya (8 faiz), daha sonra isə Ohayo ştatı (7 faiz) dayanır. Könüllülərin 68 faizi ABŞ hərbi qüvvələrində, 2 nəfəri Fransa ordusunda xidmət keçiblər və hərbi veteranlardır. Döyüşçülərin ştatlar üzrə bölgüsü nə onların əhalisinin, nə də hərbçilərinin sayı ilə düz mütənasiblik təşkil etmir. Könüllülərdən 1 nəfəri qadındır. Yaşları bəlli olan döyüşçülərin yaş həddi 23 ilə 61 arasında dəyişir, lakin onların arasında 18-19 yaşlıların olması da istisna edilmir.

İŞİD-ə qarşı döyüşən amerikalıların 44 faizi 2015-ci ilin may ayından avqustun ortalarınadək müddətdə mübarizəyə qoşulublar. Könüllülərin əksəriyyəti 1-4 ay müddətində fəaliyyət göstərir, sonra geri qayıdır. Onların əvəzində isə daha çox sayda yeni döyüşçü bölgəyə yollanır. Ümumilikdə, ABŞ vətəndaşlarının 2014-cü ilin sonlarından etibarən İŞİD-ə qarşı müharibəyə qoşulduğu göstərilir. Onlardan bir nəfərin Suriyanın Kobani şəhərində öldürülməsi faktı geniş ictimaiyyətə məlumdur.

İraq və Suriyaya döyüşməyə gələn amerikalılar, əsasən, Suriyadakı kürdlərə məxsus Demokratik Birlik Partiyasının (PYD) silahlı birləşməsi olan "Xalq qoruma birlikləri"nə (YPG), İraqın şimalındakı kürd muxtariyyətinə məxsus peşmərgələrə və bölgədəki yerli xristian hərbi birləşmələrinə qoşulurlar. Bununla belə, müxtəlif KİV-lərdə İraq və Suriya kürd hərbi hissələrinin rəhbərlərinin yayımlanan fikirlərindən görünür ki, onlar xaricdən döyüşçü yox, döyüş sursatının gətirilməsini daha vacib hesab edirlər.

Hesabat hazırlanarkən qeydə alınan bütün hallardan məlum olub ki, amerikalılar əvvəlcə YPG-yə daxil olur, daha sonra bir qismi Suriyadan İraqa keçərək peşmərgəyə və xristian assur birliklərinə üz tuturlar. Döyüşçülərin böyük əksəriyyəti isə Suriyada fəaliyyətini davam etdirir.

İki əsas assur hərbi birləşməsi məlumdur: "Dvex Navşa" və "Nineva Düzənliklərini Qoruma Birlikləri" (NPU). "Dvex Navşa" peşmərgələrlə əlbir fəaliyyət göstərir və kürdlərdən maliyyə dəstəyi alır. Hesabata əsasən, NPU müstəqil fəaliyyət göstərərək, xaricdəki assurlardan maliyyələşir.

Hesabatda əksini tapan maraqlı məqamlardan biri amerikalı hərbçi Metyu Vandaykla bağlıdır. Vandayk 2011-ci ildə Liviyada hökumətin devrilməsi iğtişaşlarına qoşulub, nəticədə, həbs olunub. Bir müddət sonra həbsxanadakı üsyan sayəsində azadlığa çıxaraq Qəddafi qüvvələrinə qarşı döyüşü davam etdirib. Hazırda Vandayk İraqda yaratdığı "Beynəlxalq Azadlıq Oğulları" təşkilatı vasitəsilə ABŞ ordusundan olan veteranlarla birgə "İŞİD-ə qarşı döyüşmək üçün xristian ordunun yaradılması və təlimi" ilə məşğuldur.

Amerikalıları İŞİD-ə qarşı döyüşməyə sövq edən səbəblərə gəlincə, əsas motivlər kimi aşağıdakılar göstərilir:

- İŞİD-in əməllərinin doğurduğu qəzəb və narahatlıq;

- Xristianlıq;

- Darıxdırıcı həyat və macəra axtarışı;

- Hərbi yoldaşlıq mühiti və döyüş üçün darıxmaq, yaxud hərbi xidmətdən sonra mülki həyata uyğunlaşa bilməmək;

- ABŞ-ın İŞİD ilə bağlı siyasətindən narazılıq.

Sözügedən hesabat İŞİD-ə qarşı döyüşən ABŞ vətəndaşlarından bəhs edir. Lakin mediada yayılan digər informasiyalardan Kanada, Böyük Britaniya, Hollandiya, Almaniya, Latın Amerikası dövlətləri, Avstraliya və digər ölkələrin vətəndaşlarının da bu mübarizəyə qoşulduğunu göstərir. Bəzi rəqəmlərə görə, Suriyada döyüşən xarici ölkə vətəndaşlarının sayı 400 nəfərdir, onların arasında xaricdə yaşayan kürdlər də var (bax: 400 foreigners fighting with Syrian Kurds against ISIS / "ANSAmed", 11 iyun 2015).

Üstəlik, həmin ölkələrin hökumətləri İŞİD-ə qarşı döyüşən vətəndaşlarına loyal münasibət sərgiləyirlər. Məsələn, Kanada hökuməti ekstremist qruplara qoşulma hallarının qarşısını almaq üçün öz vətəndaşlarına İraq və Suriyanın bəzi bölgələrinə səfərləri qadağan etmək təklifini irəli sürsə də, İŞİD-ə qarşı döyüşmək üçün yola düşənlərə bu məhdudiyyətin təsir etməyəcəyini bildirib. Niderlandın baş prokuroru isə bildirib ki, kürdlərlə birgə döyüşlərə qatılan vətəndaşlar ölkəyə qayıdandan sonra məsuliyyətə cəlb olunmayacaqlar (bax: American Civilians And Veterans Are Fighting ISIS In Syria And Iraq / "The Huffington Post", 4 sentyabr 2015).

Təbii ki, Yaxın Şərqdə döyüşən amerikan, britaniyalı və digər hərbçilərin fəaliyyətinə münasibət də fərqlidir. Qeyd olunduğu kimi, bəziləri üçün İŞİD-ə qarşı döyüşmək macəra kimi görünür, döyüşçülərin bir qismi "cihad" elan etmiş və müsəlmanlarla yanaşı, xristianları da qətlə yetirən İŞİD-ə qarşı "müqəddəs müharibə" apardığını bildirir. Qərbdə də bir çoxları bu cür döyüşçülərin əməllərini vətənpərvərlik, cəsurluq, Qərb dəyərlərinin qorunması və s. ifadələrlə alqışlayırlar. Metyu Vandayk isə ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşdüyünü və gördüyü işlərin onlar tərəfindən bəyənildiyini deyib. Hərbçinin bu fikirləri rəsmi Vaşinqtonun öz vətəndaşlarını İŞİD-ə qarşı döyüşmək üçün bölgəyə səfər etməkdən çəkinmək çağırışı ilə ziddiyyət təşkil edir (bax: This American "foreign fighter" says he's helping Iraqi Christians fight ISIS / "Public Radio International", 27 may 2015).

Prosesin Qərb hökumətləri tərəfindən bütünlüklə idarə olunduğunu söyləmək üçün kifayət qədər əsas mövcud deyil. Bununla belə, İŞİD-ə qarşı döyüşməyə gedən xarici vətəndaşların bölgəyə səfərlərinə maneənin törədilməməsi, onların qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb edilməməsi, Qərb mediasının müsbət münasibəti kimi amillər onu deməyə əsas verir ki, Suriyaya rəsmi ordu çıxara bilməyən ABŞ və müttəfiq ölkələrindən könüllülərin bölgəyə gəlişi, faktiki olaraq, Qərbin maraqlarına cavab verir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM