“Unibank” öz müştərilərini necə soyur? – Şok FAKTLAR

11:01 / 21.02.2014

  Mərkəzi Bankın kommersiya banklarına qarşı tələbləri sərtləşdirməsi  “Sovetski” adlanan küçənin sökülməsindən sonra gündəmin ikinci mövzusu olaraq qalır.  Əslində bu qərar nə dərəcədə vətəndaşların kreditlərə çıxışını çətinləşdiribsə, bir o qədər də bankların qazanclarını azaldıb. İllərdirsektorda inhisarçı mövqedə olan bankların gəlirləri  demək olar ki, yarıbayarıya düşüb. Bununla belə,  kredit ayırmaq üçün müxtəlif kampaniyalarla müştəri cəlb etməkdədirlər. Onların  borcalanlara münasibətdə  ədalətli olduğunu  söyləmək isə çətindir. Hazırda iki bank  – “Unibank” və “Bank of Baku” arasında bu istiqamətdə  gərgin rəqabət gedir. Hansının qalib çıxacağını söyləyə bilmərik, sadəcə, o bəllidir ki,  soyulan əhalinin cibidir.

 Publika.Az ayırdığı istehlak kreditlərinin həcminə görə ön sırada olan dayanan “Unibank”la bağlı araşdırmasını təqdim edir.

  

“Unibank” rəqəmlərdə

 Məlumat üçün qeyd edək ki, “Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf  Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub.

 

Ötən müddətdə bankın maliyyə göstəriciləri durmadan artıb. 2013-cü ildə nizamnamə kapitalı 70 565 232 manat təşkil edib. Malik olduğu aktivlər noyabr ayının əvvəlinə 700 mln. AZN-ni keçib. “Unibank” 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərib. Əmanətlərinin həcmi də az olmayıb.

 

Fiziki şəxslərin əmanətlərinin həcmi  ən yüksək həddə - 300 mln. manata çatıb. Ümumilikdə isə son 1 il ərzində (2013-cü il) “Unibank”a fiziki şəxslər tərəfindən qoyulan əmanətlər 54% artıb. Bankın verdiyi kreditlərə gəldikdə, konkret 2012-ci ilə dair hesabat mövcuddur. Orada da verilən istehlak kreditlərinin sayının 25 mini keçdiyi göstərilir. Borcalanların sayı  24 min nəfər təşkil edib. Bank tərəfindən hər gün istehlak krediti şəklində fiziki şəxslərə $1 milyona yaxın vəsait ayrılıb.

 

 “Albalı” çox-çox “sərfəli” kart

 Rəqəmlərdən göründüyü kimi, son 2 ildə “Unibank” qaz vurub qazan doldurub. Bu da yüksək faizlə ayrılan nağd və istehlak kreditlərinin hesabına baş verib. Qısası, “Unibank” likvidliyini  kreditlərin sayəsində artırıb.

 Başlayaq, reklam bukletlərindən.

 

Çox-çox sərfəli kart olduğu qeyd edilən, hər 4 nəfərdən birinin cibində olan  “Albalı” kartlarının bizə bəxş etdiyi “fürsətlərdən”. Əvvəla, kart illik 0 faizlə verilir, alınması zamanı xərc çəkilmir. Müddəti 26 ay, kredit xəttinin müddəti isə 36 ay təşkil edən “Albalı”ya  zamin də tələb olunmur.

 Lakin ilin əvvəlində Mərkəzi Bankın şərtləri ağırlaşdırması kartın verilmə proseduruna təsir edib. Belə ki, hazırda “Albalı” almaq istəyən hər hansı vətəndaş “Unibank”a şəxsiyyət vəsiqəsi ilə bərabər  iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməlidir.

 Bəs, fırıldaq nədədir? Bildiyimiz kimi, “Albalı”kart  bankın partnyor olduğu mağazalardan alış-veriş üçün nəzərdə tutulub. Alınan malların pulu tərəflər arasındakı razılaşmadan asılı olaraq 1,3,6,9 və ya 12 bərabər hissələrə bölünür. Kartın özü illik faizsiz olsa da,  partnyorların faizləri adı altında bankın siyasəti nitqləri qurudur.

 Ən yüksək  faizlər isə mobil telefon dillerlərindədir. Telefonların  6 aylıq taksitlə satışı üzrə faizlər  10-12 aylıq taksitlə satışı 18 faizə qədərdir. Regionlardakı telekom dükanlarının faizləri isə 20-yə yüksəlir. Mebelin, istənilən texnikanın, məişət əşyasının alınması üzrə faizlər nağd kredit faizləri ilə  ayaqlaşır.

 

Bankın, yoxsa partnyorların faizləri?

 Məsələnin ciddi  tərəfi  mağazaların alış-veriş zamanı kartdan pulu nağd çıxarılmasıdır. Belə çıxır ki, faizlər təkcə partnyor dükanların deyil, eyni zamanda bankındır. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Yəni alış-veriş zamanı aldığınız hər bir paltara, əşyaya görə həm partnyora, həm də gizli şəkildə banka faiz ödəyirsiniz.

 

“Albalı”nın çox-çox “sərfəli” kart olduğunu göstərən başqa bir məqam. Praktikada  taksit kartları nağd pul çıxarılışı üçün nəzərdə tutulmasa da, “Unibank” hərdən səxavətə gəldiyini nümayiş etdirib, yüngül şərtlərlə, kartdakı limitlə müqayisədə məhdud həcmdə (100-150 AZN arasında dəyişir) nağd pul çıxarışına icazə verir.

 

Bütün “Albalı” kart sahibləri bu zaman cəlb etdikləri vəsaitləri sonrakı 3 ay ərzində bərabər hissələrlə ödəyirlər. Nağdlaşdırma əməliyyatında  tətbiq olunan bankın vahid komissiyası 5 faizdir. Əvvəla, müqayisə üçün bildirək ki, digər bankların taksit kartlarında komissiya faizləri aşağıdır. Beləliklə, “Unibank” bayramlarda, əlamətdar günlərdə sizi deyil, öz qazancını düşünərək nağdlaşdırmaya gedir. Bu zaman  komissiya faizləri ilə barəbər gecikmədən də faiz tutur.

 

 

Gizli iqtisadiyyatın qarşısının alınmasına mane olur

 

Əslində “Unibank” bütün bunlarla təkcə müştərilərin cibinə girmir, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, gizli iqtisadiyyatın (alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir) qarşısının alınmasına  mane olur. Belə ki, kartla ödəmənin “zəncirləmə” üstünlükləri var. Plastik kartdan istifadə - nağdsız ödənişlərin artması dövlətin pul çapına xərcini azaltmasına səbəb olur. Həmçinin inflyasiyanın qarşısını alır, eləcə də ticarəti canlandırır.Xüsusilə, faiz olmadıqda qərarsız müştərilərin alış-veriş qərarını tezləşdirir. Kredit kartları ilə bonus, kredit və digər kampaniyaların tətbiqi satışların artmasına gətirib çıxarır. ”Albalı”da nə aşağı faiz, nə də bonus var.

Kredit faizləri

 

MB-nın tələbləri sərtləşdirməsindən sonra kredit faizlərində endirim etdiyini aləmə car çəkən banklardan biri də  “Unibank”dır. Bunun nə dərəcədə real olmasına diqqət edək.Bank hazırda maksimal 7500 manat (9600 dollar), minimal 300 manat  məbləğində, 12 aydan 48 aya qədər nağd kredit təklif edir. Kredit üzrə komissiya 12 ayadək olan kreditlər üzrə kredit məbləğinin - 4% həcmində, 12 aydan yuxarı olan kreditlər üzrə kredit məbləğinin - 6% həcmində, vəsaitin nağd çıxarılmasına - köçürülməsinə görə komissiya  1% həcmindədir.

 

Faiz dərəcəsi 26-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 22, 56, maksimum 43,36  faizdir.

 

“Unibank”ın mikro-kreditləri üzrə də faizlər aşağı deyil. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə ayrılır. Kreditin minimal məbləği 200 (USD və EUR ekvivalentində də verilir), maksimal məbləği 30 000 AZN-dir (USD və EUR ekvivalentində də verilir). Müddəti 12-36 aydır. Kredit prosedurlarına görə, komissiya haqqı kredit məbləğinin 1% həcmində və 1% nəğd pulun kassadan çıxarılması üçündür. Kreditin təminatı kimi daşınmaz əmlak, nəqliyyat vasitəsi, qızıl-zinət əşyaları, ev əşyaları, mal qalığı, avadanlıqlar, iri və xırda buynuzlu heyvanlar  və ya kombinasiyası ola bilər. Kredit faizi 24-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 32,38 faiz, maksimum 66,04 faizdir. Arayış üçün bildirək ki, faktiki illik faiz dərəcəsinə komisyon haqqı ilə illik faiz dərəcəsi daxil olur. Eyni zamanda, bankın rəsmi saytında komisyon haqq 4 faiz, qapısında 6-7 faiz təşkil edir. Göründüyü kimi, bank nəinki  faizləri endirib, əksinə, yüksək faiz siyasəti yeritməkdədir.

 

 

Üzvlük kartı

 

Daha bir məqam. Bankdan  minimum 500 AZN/ 625 USD  kredit əldə edən müştərilərə üzvlük kartı rəsmiləşdirilir. “Unibank”dan verilən arayışa görə, “Üzvlük kartı” əldə etməklə müştəri banka  üzv olur. Bununla da gələcəkdə  müəyyən güzəştlər, banka getmədən kredit əldə etmək imkanı qazanır. İlk baxışdan ürək açan bu vədləri təcrübə ilə müqayisə edək. Məsələn, kartdan 300 manat çıxarış olduqda ələ gələn konkret məbləğ 285 manat təşkil edir. Ən maraqlısı isə ödəniş prosesindədir. Birinci ay 15 manat ödənirsə, ikinci ay borcun 296 manat olduğu bəlli olur. Bundan əlavə, müştəriyə göndərilən xəbərdarlıq mesajında bir rəqəm (15 manat), ödəniş terminalının manitorunda başqa rəqəm (21 manat) göstərilir.

 

 

“Unibank”dan  şikayətlər

 

Böyük həcmdə  istehlak kreditləri  həm də problemli kreditin sayının çoxluğu deməkdir. Hansı ki, belə kreditlərlə bağlı “Unibank”ın fərqli yanaşması var. Məsələn, Gülşən Adıgözəlova adlı bankın keçmiş müştərisinin şikayətinə görə, 2008-ci ildə həyat yoldaşı bankdan kreditlə maşın alıb.

 

“Mersedes” markalı avtomobilin qiyməti mağazada 35 min manat imiş. Həmin maşın “Unibank”da girov qoyularaq, pulun 25 min manatını bank,  10 min manatını  isə nağd şəkildə özləri mağazaya ödəyiblər. Ayda 800 manatdan 3 il müddətində banka anutet ödəmə edib: ” Məsələ burasındadır ki, bu 25 min manatın əvəzinə banka 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı əlimizdən alacaqdılar. Şərt belə qoyulmuşdu”. Sığortadan da şikayət edən vətəndaş bildirir ki, bu şirkətin rəhbərliyinə məxsus olan sığorta şirkəti onlardan1500 manat sığorta üçün pul alıb. Lakin maşınları vurulduğu zaman öhdəlikdən qaçıb. Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: “Bankın işçiləri bizi məhkəməyə verməklə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Nəticədə “Unibank” satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu. Krediti ödəmədiyimiz halda evimizi müsadirə etdilər”.

 

Bu arada bildirək ki, ödənilməyən kreditə görə, məhkəmə vasitəsiylə müştərinin ipotek edilmiş evinin müsadirə edilməsi bankın təcrübəsində birinci deyil. Mətbuat illərdir “Unibank”ın hüquqi ünvanlarının  vaxtilə iş adamlarına məxsus olduğunu yazır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM