“Microsoft” korporasiyasından xəbər var

11:17 / 21.02.2014

Strategiya.az- verilən xəbərə görə,  “Microsoft” korporasiyası dünya üzrə yeni “OneDrive” pulsuz bulud servisini istifadəyə verib ki, bu servis istifadəçilərə vacib məlumatların saxlanılmasını təmin edir.

Bundan öncə “SkyDrive” kimi tanınan “OneDrive” sistemi istifadəçilərə vacib foto, video və digər sənədlərin istənilən qurğularda saxlanması üçün vahid məkan təqdim edir. Bu servis “Windows Phone”, “iOS”, “Android” və “Xbox” üçün yeni əlavələr və videoların paylaşması kimi təkmilləşdirilmiş xidmətlər təklif edir. “OneDrive”ın istifadəyə verilməsini qeyd edərək, “Microsoft” korporasiyası sözügedən servisin işə salınmasından sonra öz akkauntlarından istifadə edən ilk 100 000 nəfərə məlumatların 1 il saxlanılması üçün həcmi 100 Qbayt təşkil edən əlavə məkan təqdim edir. İstifadəçilər kampaniyanın nə vaxt başlayacağını https://twitter.com/OneDrive səhifəsində izləyə bilər.

Online-tədqiqata əsasən, bulud servislərindən istifadə edənlərin 77%-i şəxsi məlumatları digər qurğularla sinxronlaşdırılmamış qurğularda saxlayır və istifadəçilərin 69%-i məlumatların itgisinə bu məlumatların saxlanılan qurğunun itməsinə üstünlük verir. “OneDrive”la sözügedən seçimi etmək lazım deyil, belə ki, bu servis məlumatların saxlanılması üçün həcmi 7 Qbayt təşkil edən məkan təklif edir. Nəticədə istifadəçilər üçün öz məlumatları istənilən zaman əlçatan olur.

“Kimsə öz telefonunu, planşetini və ya digər bir qurğunu götürərkən, sevdiyi şəkillərin və sənədlərin arxasınca düşmək istəmir, əksinə, istəyir ki, bütün bunlar əlinin altında olsun. Bu, bizim “OneDrive”la birgə tutduğumuz istiqamətdir. Biz sözügedən xidməti “Microsoft”un bütün sonuncu qurğularına quraşdırmışıq – “Xbox”dan “Windows Phone”a və “Windows 8.1”dən “Office”dək – biz, həmçinin, bu xidməti şəbəkədə və “iOS” və “Android” mobil platforma istifadəçiləri üçün də əlçatan etmişik. Nəticədə siz öz şəkillərinizə, videolarınıza və digər sənədlərə istənilən vaxt çıxış imkanı əldə edirsiniz”, - deyə “Microsoft” korporasiyasının ƏS-xidmətləri üzrə vitse-prezidenti Kris Cons bildirib.

“OneDrive”ın yeni imkanları sırasına “Android” platforması üçün şəkil və videoların avtomatik ehtiyat kopiyalanması daxildir. Bu servis vasitəsilə videonu saxlamaq, baxmaq və paylaşmaq fotoşəkillərlə aparılan analoji hərəkətlərtək asandır.

Bundan başqa, “OneDrive” xidmətindən biznes dairələri də yararlana bilər. Belə ki, şirkətlərdə çalışan işçilər eyni zamanda müxtəlif qurğularda sənədləri saxlaya və sinxronizə edib, eyni vaxtda işləyə bilərlər.

Qeyd edək ki, “OneDrive” istifadəçiləri onlara pulsuz həvalə olunan 7 Qbaytdan əlavə 50, 100 vı 200 Qbayt həcmində məkan əldə edə bilərlər. “SkyDrive”ın hazırkı istifadəçiləri akkauntlarından “OneDrive”a daxil olmaq üçün istifadə edə bilərlər. Bundan başqa, hazırkı istifadəçilər dostlarını “OneDrive”a dəvət etdikdə hər bir dəvət olunmuş dosta görə 5 Mbaytadək məkan əldə edəcək (ardıcıl olaraq 500 Mbayt). İstifadəçilər, həmçinin, kameralarda fotoşəkillərin avtomatik ehtiyat kopiyalanması funksiyasından yararlanaraq əlavə 3 Qbayt məkan əldə edəcək. “OneDrive” haqqında daha ətraflı məlumatı http://www.onedrive.com saytından əldə etmək olar.

“Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM