Azərbaycanda ərzaq ucuzlaşacaq? – EKSPERTLƏR

08:16 / 12.09.2015

“İstənilən halda yerli bazarda ucuzlaşma olmalıdır”.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) ərzaqların dünya qiymətləri barəsində statistik məlumatlar yayıb. 

Məlumata görə, 2015-ci ilin avqust ayında ərzağın qiymətləri 5,2% ucuzlaşıb. Bu isə 2008-ci ildən bu yana ən kəskin ucuzlaşmadır.

Bundan başqa, FAO-nun məlumatına görə, dənlilərin qiymət indeksi 7% azalıb. Bitki yağı 8,6%, süd məhsulları 9,1% ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub – 10%.

Təşkilat ucuz qiymətləri, 2014-cü ildə əldə edilən bol məhsul ilə izah edir. 

Belə ki, dənlilər üzrə rekord əldə edilərək məhsulun həcmi 2,54 milyard tondan ibarət olub. Cari ildə məhsulun həcminin əvvəlki ildən 0,8% az olacağı gözlənilir.

2014-15 mövsümünün nəticələrinə görə, bütün növ dənli bitkilərin ehtiyatları artıb. Belə ki, onların ümumi həcmi 44 milyon ton artıb. Buğda ehtiyatı 14 milyon ton, yem taxılı 33 milyon artıb. Yalnız düyü ehtiyatları bir qədər azalıb.

Dünya üzrə ərzağın qiymətinin ucuzlaşması Azərbaycanda qiymətlərə necə təsir göstərə bilər? Yaxud ucuzlaşma FAO-nun hesabatında bildirildiyi kimi, ərzağın bolluğu ilə bağlıdır?

Oxu.Az bu suallar ətrafında yerli ekspertlərin fikirlərini öyrənib. 

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ərzağın dünya qiymətlərinin ucuzlaşmasının səbəbi neftin qiymətinin düşməsi və dolların bahalaşması ilə bağlıdır:

“Dünya üzrə ərzağın ucuzlaşması əslində son dövrlər müşahidə edilir. Bunun da əsas səbəbi neftin ucuzlaşması səbəbindən yanacağın ucuzlaşması, digər tərəfdən dolların bahalaşması ilə bağlıdır”.

Ekspertin sözlərinə görə, obyektiv və subyektiv səbəblərdən ərzağın ucuzlaşmasının Azərbaycana təsiri yoxdur:

“Azərbaycan daxili istehlakını öz istehsalı ilə təmin edir, amma hamısını yox. Məsələn, bəzi məhsullar (şəkər, çay) ilə ölkə öz tələbatlarını ödəyir. Belə ki, Azərbaycan ərzaqla təminatının 80%-ni daxili istehsal hesabına təmin edir, qalan təxminən 20% məhsul isə idxal olunur.

Ucuzlaşmaya gəldikdə isə bunun istənilən halda bizə təsiri var, amma bir sıra hallarda bu ərzaq məhsullarının ölkəyə idxalı baha başa gəlir. Hətta, neftin qiyməti ucuzlaşsa belə, biz daxildə ucuzlaşma hiss etmirik”.

Ekspertin qənaətinə görə, əgər Azərbaycanda manatın devalvasiyası baş verməsəydi bu halda ölkəyə idxal olunan məhsullar da ucuzlaşardı:

“Bir çox ölkələrdə devalvasiya prosesi baş verib, bunun səbəbindən qiymətlər 15-20% bahalaşıb. Azərbaycanda isə manatın ucuzlaşması prosesi baş verməsə idi, bu halda daxildə ərzağın ucuzlaşmasını hiss etmək olardı. Çünki bildiyiniz kimi, Rusiya, Türkiyə kimi ölkələrdə də dolların bahalaşması müşahidə edilib. Amma bizdə əksinə bahalaşma oldu.

Onun sözlərinə görə, Rusiyada rubl ucuzlaşır, ölkə isə qiymətləri aşağı salır, bu isə qiymət ucuzlaşmasına gətirib çıxarır. 

S.Əliyev onu da əlavə edib ki, ərzağın dünya üzrə qiymətinin ucuzlaşmasına səbəb FAO-nun da qeyd etdiyi kimi bolluq ola bilər:

“Bu gün ərzaq qıt olarsa, dollar nə qədər bahalaşsa da bu qiyməti heç vaxt ucuzlaşdıra bilməz. Deməli, söhbət ərzaq bolluğu olan şəraitdən gedir. Amma ucuzlaşmağa səbəb də təkcə bu deyil. Yanacağın ucuzlaşması ərzaq bolluğuna gətirən səbəblərdən biridir. Daşınma xərci aşağı düşəndə daha çox ərzağı bazara çıxartmaq mümkün olur, xərc çoxalanda isə ərzaqla təminat aşağı düşür. Bunlar bir-biri ilə əlaqəli olan məsələlərdir. Bütün alqı-satqı dollar ilə aparılır. Dolların kursunun dəyişməsi ərzağa təsir göstərir. Amma o fikri də qəbul edirəm ki, ərzağın bol olması qiyməti ucuzlaşdırır” - deyə, ekspert vurğulayıb. 

Bundan əlavə, iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə düşünür ki, idxal az olsa da belə, ucuzlaşma yerli bazarda da müşahidə olunmalıdır:

“Birincisi, bizim idxal struktrumuza baxsaq görərik ki, ölkəyə cəmi 10-12% ərzaq gətirilir. Yəni o qədər də çox yox. Hər halda qiymətin dəyişməsi yerli bazara da təsir etməlidir. Amma rəqabət mühiti az olduğundan ucuzlaşmanı hiss etmirik”.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Statistika Komitəsi qeyd etmişdi ki, Azərbaycanda ərzağın qiymətləri cüzi də olsa ucuzlaşıb. Cəmi 0,3%.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM