Bu gün valideynlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Onlar sevinc hissi ilə yanaşı, həm də narahatlıq keçirirlər. Həm yeni ailə quracaq övladlarının gələcək ehtiyaclarını təmin etmək (burada ev, cehiz nəzərdə tutulur), həm də toyu yola vermək üçün külli miqdarda maddi vəsait tələb olunur.
Əgər toy sahibləri "qonşudan qalma geri" məsəli ilə hərəkət edirlərsə, onda toy sevinci çox da uzun çəkmir. Borc, kredit hesabına yola verilən şadlıqdan sonra növbə çatır borcları qaytarmağa. Qohumdan, dostdan alınan borcu zamanla qaytarmaq olur, amma vay restorana borclu qalanların halına.
Deməli, bir neçə ay bundan əvvəl qonşumuzda yaşayan bir qadın oğluna kiçik toy mərasimi keçirdi. Bu qadın 5 uşaq anasıdır və həyat yoldaşı təxminən 1 il bundan əvvəl dünyasını dəyişib. Adını qeyd etmək istəmədiyim bu qadın tək işləyib uşaqlarını saxlayır. Bu, kiçik toy olsa da, onu böyük keçirmək istəyən qadına qonşular bu fikrindən daşınması üçün nə qədər məsləhət versələr də razılaşmayıb. Onu da deyim ki, bir çoxlarında olduğu kimi, bizim qonşu qadın da restoran sahibi ilə gəldikləri razılığa əsasən bura olan borcunu toydan sonra yığılan pulla ödəməli idi. Lakin vəziyyət heç də gözlənilən kimi olmayıb. Belə ki, qonaqların "təbrikləri" restoranın borcunu ödəməyə kifayət etməyib. Toy qurtardıqdan sonra restoran sahibi ödənilməyən borcun əvəzinə, qadını girov saxlayıb. Ancaq qonşuların israr etməsi, "buraxın, borc tapıb gətirər" təklifindən sonra restoran sahibi qadının getməsinə icazə verib.
Bu mənim şahidi olduğum vəziyyətdir, amma yaşanan ilk belə hadisə də deyil. Bir müddət bundan əvvəl də Şabran rayonunda restorana borclu qalan toy sahibinin qayınanası girov götürülmüşdü.
Burası bir həqiqətdir ki, insanlar çox zaman özlərini dəbdəbənin, "camaat nə deyər"in güdazına verir. Hamı hər şeyin ən gözəlini etmək istəyir, amma maddi vəziyyətin imkan verdiyi ölçüdə də işi həll etmək olar. Bu barədə qəzetimizə müsahibə verən Əməkdar jurnalist Qulu Məhərrəmli məsələyə el məsəli ilə aydınlıq gətirdi: "Ayağını yorğanına görə uzat" məsəli çox yerində deyilmiş bir kəlamdır. Hesab edirəm ki, hər hansı işə başlayarkən, xeyir iş planlaşdırılarkən öz maddi imkanlarımıza görə hərəkət etməliyik. İnsanlar imkanları çərçivəsində hərəkət etmədikdə həmişə problemlərlə üzləşirlər. Axı insanlar maddi baxımdan bərabər deyillər. Biri çox imkanlı, digəri orta səviyyəli ola bilər. Ona görə də ailələr maddi imkanı özündən daha yüksək olan insanlarla yarışa girdikdə çox ciddi fəsadlarla qarşılaşır. Ailədaxili münaqişələr, iqtisadi cəhətdən ailələrin çökməsi də məhz bunun nəticəsidir. Ona görə də insanlar bir məsələyə başlamazdan əvvəl "yüz ölçüb, bir biçməli"dirlər. Bu hadisənin bir başqa tərəfi. Ancaq məsələnin bir də hüquqi tərəfi var. Məsələn, restoran sahiblərinin bu və ya başqa səbəbdən, lap elə toy sahibi borclu qaldığı təqdirdə, onu girov saxlamaq səlahiyyətləri varmı? Bu addımlarına görə sahibkarları hər hansı bir cəza gözləyirmi? Və ya sahibkar ödənilməyən borcu qarşısında hansı addımı atmalıdır?
"Heç bir sahibkarın vətəndaşı girov saxlamaq səlahiyyəti yoxdur"
Məsələ ilə bağlı "Zaman-Azərbaycan" qəzetinə müsahibə verən hüquqşünas İlham Məmmədov heç kəsin hər hansı səbəbdən vətəndaşı girov saxlamaq hüququnun olmadığını bildirdi: "Heç kəsin məhkəmənin qərarı olmadan hər hansı bir vətəndaşı və ya qeyri-vətəndaşı girov saxlamaq hüququ yoxdur. Burada girov saxlayan şəxs vətəndaşı azadlıqdan məhrum etdiyi üçün birbaşa cinayət məsuliyyəti daşıyır. Belə vəziyyətlə qarşılaşan vətəndaş şikayət ərizəsilə həmin sahibkarı cinayət məsuliyyətinə cəlb edə bilər. Təbii ki, girov saxlamaqda sahibkarın məqsədi adam oğurluğu deyil, amma məqsəd nə olursa olsun, bu addım cinayət sayılır və qanun heç kəsə belə bir səlahiyyət vermir".
"Sahibkar borclu şəxslə öhdəlik müqaviləsi bağlaya bilər"
Məsələyə digər tərəfdən yanaşan hüquqşünas sahibkarın zərər çəkdiyi təqdirdə, bunu hüquqi yolla həll etməsinin vacibliyini vurğuladı: "Əgər sahibkar borclu şəxsdən pulunu ala bilmirsə, o məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarına uyğun olaraq, aidiyyəti qurum borclu şəxs haqqında çıxarılan hökmə əsasən, 48 saat və ya qərara müvafiq olaraq, 2-3 ay, ya da daha uzun müddətdə saxlanıla bilər. Lakin burada öhdəlik, sadəcə, borcu geri qaytarmaqdır. Yəni ortada cinayət tərkibi yoxdur. Mülki tərkib olduğu üçün də sahibkar onunla borcun nə vaxt qaytarılacağına dair öhdəlik müqaviləsi bağlamalıdır".
"Zaman Azərbaycan"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM