Aparıcı da elə bil ki, onun ürəyinin yarasını deşməyə fürsət gəzir, daha çox kövrəltmək, daha bərk ağlatmaq istəyir. Gözündən dodağına qədər çəkdiyi bütün rənglər ağzının kənarındakı qırışlarda bir-birinə qarışıb adını bilmədiyimiz rəng alınıb. Hiss olunur ki, daha özünü idarə eləmək də istəmir, elə əlinə fürsət düşmüşkən millətin gözü qarşısında bütün keçmişini, itirdiklərini, qaçırdığı imkanları bircə dəfəliyə ağlayıb ürəyini boşaltmaq, rahat olmaq istəyir. Daha arzusu qalmayıb, tək istədiyi, heç olmasa, Əməkdar artist adı ilə ölməkdir. Onun bu halı elə aparıcının da ürəyindəndir, niyə olmasın axı, verilişi gül kimi gedir, baxan ayrıla bilmir. Bir zamanların məşhur ünvanı indi onun qarşısında oturub, bütün dərdlərini sayıb-tökür, insanın ən yaxınına söyləməyə çəkindiklərini onunla paylaşır. Bu mənzərəyə baxa-baxa bir daha əmin oluram ki, dünyada təsəlli verməkdən asan şey yoxdur.
"Unudulacaq bütün sevdalar!" Yaşıl köynəyini sevdiyim Vaqif Bayatlı deyib bunu. Görüb-götürüb deyib! Kimlər unudulmadı ki?! Unudulmaqdan qorxanlar, unudulmamaq üçün çırpınanlar tarixin dalğaları arasında görünməz oldular. Adı unudulmuş, qarşısına ildə bir dəfə də olsun çiçək gəlməyən heykəllər sahibsiz məzar kimi qalır meydanlarda, parklarda. Bir gün də gəlib yerini boş görürsən. Boş deyəndə ki, sadəcə, yerində ləklər düzəldib çiçək əkiblər. Heykəllərlə çiçəkləri düşünürsən. Kim deyir ki, heykəllər çiçəklərdən daha uzunömürlü olur? - Mən inanmıram. Bütün heykəllər qısırdır, bütün çiçəklərsə doğub-törəyir. Bütün heykəllərə baxanda sevinmirlər, bəzən söyürlər də, amma bütün çiçəklərə baxanda adamın ürəyi açılır.
Unudulacaq bütün sevdalar. Heç bilirsinizmi, sevda sözünün öz bətnində bir qəm var, kədər var, şiddətdən, ifrat ehtirasdan əmələ gələn qaralıq var, qaranlıq var, həsrət var... Sevda dediyin ümidsiz sevgidir, ölü doğulmuş körpə kimidir.
Şöhrət sevdasına tutulmaq da ağır xəstəliklərdən sayılır. Şöhrət - altında oturduğun bulud kölgəsi, uçurum başında asılıb xilas olmaq istədiyin buz salı kimidir. Bulud keçəcək, buz əriyəcək və sən o acı həqiqətlə, göz-gözə qalacaqsan. Şöhrət - dünyanın üzünə yapışmaq cəhdidir. Bəlkə də bir müddət baş tutur da, amma bir gün bu fırlanan dünya üzünə yapışmışları kainatın hansı döngəsindəsə bir boşluğa buraxıb yoluna davam edir.
Bir vaxtlar sovet ideyası deyilən məntiqsiz bir nəzəriyyə və o nəzəriyyə üzərində qurulmuş ədalətsiz bir dünya vardı. Yıxıldı, xaraba qaldı, dünya hər yıxılanda da neçə-neçə məşhurları altında əzib yoxa çıxarır. Dünya tez-bazar yır-yığış elədikcə bəzən heç yaxşını pisdən ayırmadan böyük bir tarix dilimini məzara gömürlər.
Bir vaxtlar ədəbiyyatımızda məlum bir siyahı vardı, politbüro üzvlərinin siyahısı kimi bu siyahı da hələm-hələm dəyişməzdi. İndi o siyahıda yer alanların çoxu çoxdan unudulub. Özü də o siyahı o qədər möhkəm, o qədər pozulmaz hesab olunurdu ki, sözün hər mənasında şair olan Musa Yaqub "Həmişə adıma növbə çatanda bir söz eşitmişəm: və başqaları" deyib gileylənməkdən başqa çarə tapmamışdı. Dünya dəyişdi, hər şey ələndi, yeni siyahılar meydana çıxdı. Bu dəfə də Musa müəllimin adını siyahının başına yazmaq istədilər, amma şair ürəyinə boylanıb gördü ki, daha heç bir siyahıya adının yazılmasını ürəyi istəmir.
Unudulacaq bütün sevdalar. Unudulacaq tarixin yaddaşına yük olan ünvanlar, unudulacaq gördüyünüz nə varsa...
Unudulacaq, hər şey unudulacaq.
Kimlər unudulmadı ki...
"Zaman Azərbaycan"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM