Strategiya.az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Yaşar Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, Yaşar Əzimov bu il yanvarın 7-də yaşadığı Zabrat qəsəbəsi, Həzi Aslanov küçəsindəki ünvanda bacısı İzzətxanım Novruzova ilə mübahisə edib. Bacı ilə qardaş arasında yaranan mübahisəyə səbəb isə onların uşaqlarının dava etməsi olub.
Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən qardaş bacısı oğlu Rəşad Novruzovun gözləri qarşısında ona bıçaqla zərbə endirib. Həmçinin qonşu otaqdan səs-küyə gələn bacısının həyat yoldaşı Yaşar Novruzova və onun övladı Faiqə də bıçaq zərbəsi endirib.
Törətdiyi cinayət əməlinə görə Yaşar Əzimova Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham elan olunub. Barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Yaşar Əzimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısı İzzətxanımın bir ilə yaxındır ki, ailəsi ilə birgə onların evində yaşadığını göstərib: "Bacımın həyat yoldaşı həbsdə idi, hadisə baş verməmişdən bir həftə əvvəl həbsdən çıxmışdı. Müəyyən səbəblərdən bacım evsiz qaldığından mənim evimdə məskunlaşmışdı. İki ailənin bir yerdə yaşaması narahatçılıq yaradırdı. Bu üzdən də yeznəmlə aram dəymişdi. Əvvəllər də Yaşara demişdim ki, yaşamağa ayrı ev tap. Amma Yaşar imkansız olduğunu deyərək köçmək istəmirdi".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən gün bacısı oğlu Rəşadın onun övladı Şahüseynlə şit zarafatlar etdiyini eşidib və onu danlayıb. Qardaşının övladını tənbeh etməsi isə İzzətxanım Novruzovanın xətrinə dəyib: "Həmin gün yemək zamanı spirtli içki içmişdim. Bacımla oğlu mənim sərxoş olmağımdan istifadə edib söyüb təhqir etməyə başladılar. Mən də bacımgildən evdən çıxmalarını tələb etdim, həyətin işıqlarını kəsdim və uşaqlarıma dedim ki, hazırlaşın, Buzovnaya gedirik.
Amma İzzətxanım əl çəkmir, mübahisə edirdi. Bərk əsəbiləşdim, stolun üstündən götürdüyüm bıçaqla onu vurdum. 14 yaşlı oğlu Rəşad araya keçəndə onu da vurdum. Rəşad da anasının yanına yıxıldı. Səsə yeznəm Yaşar və onun digər oğlu Faiq gəldi. Bıçaqla onları da vurdum. Evdəkilər yaralılara ilkin yardım göstərdilər, təcili yardıma zəng vurdular. Təcili yardım gec gəldiyinə görə yaralıları xəstəxanaya evdəkilər apardılar.
Bir müddət sonra evə polis əməkdaşları gəldilər. Bacımı və onun ailə üzvlərini öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam".
Zərərçəkmiş şəxs qismində dindirilən Yaşar Novruzov ifadəsində göstərib ki, şəxsi evi olmadığından 9 aydır həyat yoldaşı və oğlanları ilə qaynı Yaşarın evinə köçərək müvəqqəti olaraq orada yaşayıblar: "Ötən ilin dekabrın 29-da cəzaçəkmə müəssisəsindən azadlığa çıxaraq ailəmin yanına, Yaşargilin evinə gəldim. Hadisə baş verən gün qaynımla arvadımın mübahisə etdiklərini eşitdim, qarışmadım. Bir anda evin işıqları söndü və İzzətxanımın qışqırığını eşitdim.
Otaqdan çıxanda oğlumla arvadımı yerdə uzanıqlı vəziyyətdə görüb qaynımdan nə baş verdiyini soruşdum. O isə qəfildən məni bıçaqla vurdu. Yıxılsam da huşumu itirmədim. Sonra bizi xəstəxanaya apardılar. Yaşara qarşı heç bir şikayətim yoxdur".
Zərərçəkmiş İzzətxanım Novruzova ifadəsində hadisə baş verən gün qardaşı oğlu Şahüseynin masanın üstünə şəkər tozu səpdiyini, Rəşadın isə onu danladığını göstərib: "Qardaşım bunu görən kimi Rəşadın üstünə hücum çəkdi, söydü, həyətə çıxıb işıqları söndürdü. Ona iradımı bildirəndə məni bıçaqla vurdu. Sonra oğlanlarımı, həyat yoldaşımı da vurdu. Bütün bu baş verənlərə baxmayaraq qardaşımdan heç bir şikayətim yoxdur".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM