Evdən qaçan qadın: "Ərim məni lüt soyundurub ..." - FOTO

01:32 / 14.09.2015

"Ərim məni əvvəlcə möhkəm döydü, sonra lüt soyundurub küçəyə çıxmağa məcbur elədi. Çölə çıxıb divarın dibində dayandım.

Bu vəziyyətdə məni kimsə görsəydi, özümü öldürəcəkdim. Ərim dedi ki, səni sınayırdım, görüm mən məcbur eləsəm, fahişəlik edəcəksənmi. Daha dözə bilmirdim, bir-iki paltar götürüb evdən çıxdım..."

Bunu hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan 37 yaşlı Pərvanə Məmmədova (qadının təhlükəsizliyi üçün adı dəyişdirilib-red.) deyir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyində hazırda evdən qaçan 5 qadın məskunlaşıb. Pərvanə Məmmədova isə üçüncü dəfədir ki, təşkilatın sığınacağında gizlənir.

P.Məmmədova ötən həftə həkimə getmək üçün sığınacaqdan çıxıb. Lakin geri qayıtmayıb. Buna görə də təşkilat onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Təşkilatın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, bir uşaq anası olan Pərvanə Məmmədova həyat yoldaşı tərəfindən də axtarılıb. Lakin təşkilat polisə müraciət edəndən sonra bəlli olub ki, qadın elə öz həyat yoldaşı tərəfindən qaçırılıb: "Həyat yoldaşı Pərvanənin yaxınlarına onu axtardığını, harada olduğunu bilmədiyini söyləyirmişdi. Sonradan öyrəndik ki, həyat yoldaşı onu zorla aparıb, döyüb və gizlədib. O, Pərvanəni qısqanclıq üstündə döydüyünü etiraf etdi. Hazırda polis araşdırma aparır".

Amma Pərvanə Məmmədova yenidən qaçmağı bacarıb.

Strategiya.az bildirir ki, virtualaz.org saytının müxbiri bir neçə dəfə evdən qaçan P.Məmmədova ilə görüşüb.

Onunla söhbəti təqdim edirik:

- Bəs sonuncu dəfə necə qaça bildin?

- Sığınacaqda qalarkən ailəmlə əlaqə saxlamırdım. Yəni yerimi heç kim bilmirdi. Amma ərim burada qaldığımı haradansa öyrənibmiş. Sığınacaqdan çıxarkən izləyib. Xəstəxananın qarşısında məni tutdu, döyə-döyə maşına mindirdi. Evdə isə iki gün dayanmadan döydü, üzümdə, bədənimdə salamat yer yox idi. Sonra aptekdən ağrıkəsicilər alıb vururdu, huşumu itirəndə dərman verirdi. Səhər işə gedəndə qapını bağlayırdı, qohumlarıma isə evdən qaçdığımı, məni tapa bilmədiyini söyləyirdi.

Beləcə, bir neçə gün keçdi. Oğluma görə özümü öldürə bilmirdim. Fikirləşdim ki, ya məni ərim öldürməlidir, ya da evdən qaçmalıyam. Bütün gecəni yatmadım. Səhər saat 6-da bıçağı götürüb qoynumda gizlətdim. Fikirləşdim ki, məni yaxalayarsa, özümü öldürəcəm. Qorxa-qorxa cibindən 2 manat götürdüm, qapını açıb qaçdım. Hətta ayaqqabılarımı da götürmədim ki, qaçdığımı bilməsin.

- Bəs uşağı özünüzlə götürmədiniz? Hara getdiniz?

- Uşağı özümlə götürsəydim, qaça bilməzdim. Uşaq yatmışdı. Neçə kilometri qaça-qaça getmişəm. Maşınlar gələndə gizlənirdim. Polis bölməsinə getdim, iş vaxtının başlamasını gözlədim. Sonra polisə vəziyyəti danışdım. Evə birlikdə gedib uşağı götürdük. Onun barəsində isə araşdırmalara başlandı.

- Mübahisələriniz nəyin üstündədir?

- Mən onun ikinci həyat yoldaşıyam. Birinci ailəsi dağılıb, iki uşağı var. Bir-birimizi görüb bəyənmişik. Mebel ustasıdır, azdan-çoxdan qazancı var. Evə bazarlıq edir, dolanışıq cəhətdən problemimiz yoxdur. Amma evdən çölə çıxmağa icazə vermir. Telefonla danışmaq, qohumlarla əlaqə saxlamaq qadağandır. Qohumlarımdan heç kim bizə gələ bilməz. Pəncərədən həyətə baxa bilmirəm. Biz həyət evində kirayədə qalırıq, ev yiyələri yaşlı adamlardır. Amma pəncərədən baxdığımı görərsə, həmin gün döyər.

Sonra isə televizora baxmağı qadağan etdi. Evdə nəfəs ala bilmirik, qapı-pəncərə bağlı qalır. Deyir ki, televizora kimə görə baxırsan, pəncərədən kimə görə boylanırsan... Uşağı heç yerə apara bilmirəm, hətta həyətdə oynamağa da qoymur. Hər gün söyür, hər gün döyür. "Evə pul gətirirəmsə, qarşımda qulluqçu olmalısan" deyir.

- Deyirsiniz sizi küçədə lüt saxlayıb. Qısqanc adam bunu edərmi?

- Hamilə idim. Məni lüt soyunub qapıdan çıxmağa məcbur etdi. Divara qısılıb dayandım. Darvazanı açıb küçəyə çıxmağa məcbur elədi. Yalvarırdım, amma qulaq asmırdı. Sonra dedi ki, səni sınamaq istəyirdim, görüm küçəyə atsam, fahişəlik edəcəksənmi. Səhəri gün evdən getdim. Amma dalımca gəldi, and içdi, uşaq olandan sonra dəyişəcəyini söylədi. Təkrar evə qayıtdım. Uşaq olandan sonra isə daha da pisləşib. Adamın qardaşına, anasına nə qədər söyərlər? Hər dəfə döyəndə üzümə vurur ki, utandığından çölə çıxa bilməyib...

- Qaçmazdan əvvəl niyə polisə şikayət etmirdin?

- Yox, əvvəl də şikayət etmişəm. Polis onu cərimələmişdi. Bir də məni döyməyəcəyi ilə bağlı izahat yazmışdı. Sonra evə gəlib məni səhərə kimi döydü. Dedi ki, verdiyim cərimənin əvəzini səndən çıxacağam. Elə çıxdı da. Hər gün döyülməkdən ayaqlarımda problem yaranıb, bədənim keyiyib. Deyir yataq xəstəsi olmadan səndən əl çəkməyəcəm. Problemi ailəsi də bilir, deyirlər ki, əsəbidir, psixi problemləri var. İndi yenidən sığınacağa qayıtmışam.

- Sığınacaqdan çıxandan sonra nə edəcəksən? Sənə təkrar zərər verə bilər...

- Uşaq böyüyüb, amma hələ sənədi yoxdur. Mənim sənədlərim də ondadır. Sənədləri düzəldirlər, təşkilat mənə yardım edir. Sənədlərim hazır olandan sonra işləyəcəyəm. Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim. Kurs bitirmişəm, gözəllik salonlarının birində işləyə bilərəm. Yeganə istəyim ondan ayrılıb özümə, övladıma sakit həyat qurmaqdır. Yəqin ki, haqqında bir neçə dəfə şikayət olduğundan bu dəfə cavab verəcək. Hələlik müalicə alıram ki, üzümdəki, gözümün altındakı yumruq izləri getsin.

* * *

..."Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə əlavə edir ki, evdən qaçan qadınları mühakimə edirlər: "Hərə bir söz yazır. Amma nəzərə almırlar ki, heç kim xoşbəxt ailəsindən, ona hörmət edən həyat yoldaşından ayrılmaq istəməz. Pərvanənin həyat yoldaşı deyir ki, mən onu döymürəm, döyülməyə özü səbəb verir... Təəssüf ki, hər gün belə qadınlarla üzləşirik".

Sığınacaqda məskunlaşmış evdən qaçan 5 qadının taleyi o qədər oxşardır ki...

Evdən qaçan qadın: "Ərim məni lüt soyundurub..." - FOTO


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM