Yeni Dünya nizamı: Milli dövlətçiliyimizin dərin təməlləri və Böyük Azərbaycan - ANALİZ

09:22 / 14.09.2015

Avropa Parlamenti Azərbaycanla növbəti qətnamə qəbul etdi. Qətnamədə, Azərbaycanda "söz və vicdan azadlığının pozulduğu, siyasi məhbusların olduğu" haqda absurd iddialar yer alıb.
 
Xatırladırıq ki, Azərbaycanının bu quruma üzv olduğu dövrdən bu yana, dəfələrlə ölkəmizə qarşı bu tip qərəzlə dolu bir neçə qətnamə qəbul olunub. Mahiyyətinə diqqət yetirildikdə isə qətnamənin sırf ölkəmizin dünyada artan nüfuzuna və möhkəmlənən mövqeyinə zərbə vurmaq məqsədi güddüyü aydın görünür. Bütün demokratik dəyərlərin, söz azadlığının, siyasi partiya və ictimai hərəkatların, qeyri-hökumət təşkilatlarının və müstəqil media qurumlarının fəaliyyəti üçün ən münbit şəraitin yaradıldığı ölkəmizdə siyasi durumun tam əksini göstərən qətnamə, Azərbaycanın həm siyasi dairələrini, həm vətəndaş cəmiyyətinin nümayəndələrini və ictimai fəalları hiddətləndirdi.
 
Azərbaycanın, dünyanın ən narahat bölgəsində bir təhlükəsizlik adası kimi qalması, iri regional layihələrin əsas təşəbbüskarı və aparıcı ölkəsi olması, beynəlxalq terrorizmlə mübarizədə BMT çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməsi və müstəqil xarici siyasət yürütməsi bəzi qlobal güc mərkəzlərinin regionumuzda apardığı dağıdıcılıq və xaos yaymaq siyasətini pozduğundan, ölkəmizə qarşı çirkin siyasi kampaniyaya start verilib. Azərbaycanda xalqın və vətəndaş cəmiyyətinin böyük dəstəyi ilə ölkəni idarə edən siyasi hakimiyyətin heç bir hegemonluq iddiasında olan böyük dövlətin diktəsini qəbul etməyərək, sırf milli maraqlara uyğun siyasət yürütməsi bu çirkin kampaniyanın əsas səbəbidir. "Parçala, dağıt, hökm sür!" siyasəti ilə öz iqtisadi və hərbi gücündən beynəlxalq hüququ kobudcasına pozaraq istifadə edən Qərb dövlətləri, bütün dünya miqyasında öz xalqlarının formalaşdırdığı hakimiyyətləri yıxaraq planetimizi xaosa sürükləmək kimi çirkin bir oyuna girişiblər.
 
ABŞ-ın xaos planı və Avropaya axın edən qaçqınlar
 
"Ərəb baharı" və "Böyük Yaxın Şərq" planı əsasında Avrasiya materikinin böyük bir hissəsini müharibələr ocağına çevirən Qərbin iri kapitalist dövlətrləri artıq öz çirkin niyyətlərini regionun digər nöqtələrində də həyata keçirmək üçün hərəkətə keçiblər. Viran qoyduqları ölkələrdə yüz minlərlə insanın ölümünə, milyonlarla insanın isə evsiz-eşiksiz qalaraq qaçqın vəziyyətinə düşməsinə səbəb olan Qərbin "basdırdığı minalar" öz ayaqları altında partlamağa başlayıb. Dəstəklədikləri radikal silahlı qruplar artıq Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının nəzarətindən çıxmaqdadır. Müharibədən bezmiş, hər şeyini itirmiş ərəb ölkələrinin və Afrika dövlətlərinin sakinləri canlarını götürüb, xoşbəxtliklərini onların bədbəxtlikləri üzərində qurmuş Avropaya axın etməyə başlayıblar. Artıq Avropa ölkələri  "Böyük köç"ü xatırladan miqrant axınının qarşısını almaqda çətinlik çəkirlər. Yunanıstana, oradan da Avropanın digər inkişaf etmiş ölkələrinə axın edən qaçqınlar "demokratiyanın beşiyində" heyvani münasibətlə qarşılaşıblar. Bütün dünyanın gözü qarşısında Avropa polisinin və nasistinin vəhşiliyi ilə üzləşən qaçqınlar çarəsiz vəziyyətdə vağzallarda, limanlarda və avtomobil yollarının kənarlarında ac-yalavac, bir tikə çörəyə möhtac yaşamaq uğurunda mübarizə aparmaqdadırlar. Özünün yürütdüyü siyasətin öz maskasını çırdığı Avropa isə yenə öz ampluasındadır; torpaqlarının 20%-i işğal olunmuş, 1 milyon qaçqınını 20 ildir öz gücünə dolandıran Azərbaycana və digər dünya dövlətlərinə "demokratiya dərsi" verir, lakin düz göbəyində baş verən insanlıq faciəsinin heç fərqində belə deyil...
 
..və ya "hər cür ünsürün düşə biləcəyi" Avropa Parlamentinin qətnaməsinin bir misqallıq çəkisi
 
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə dövlətin zirvəsindən reaksiya gecikmədi. Dövlət siyasətinin propaqandasından cavabdeh instansiyalar milli media vasitəsi ilə Avropaya növbəti səhvi buraxdığı haqda xəbərdarlıq etdi.Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu qətnaməni mətbuata verdiyi geniş açıqlamasında detalları ilə şərh edərək, əslində onun arxasında hansı məqsədin güdüldüyünü və hansı qüvvələrin marağına uyğun olduğunu ictimaiyyətə çatdırdı.
 
"Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir", deyə vurğulayan Əli Həsənov, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması prinsipinin dövlətimizin tutduğu yolda baş tezis olduğunu bir daha dünyaya bəyan etdi. Cənab Həsənovun dövlət adından verdiyi bu bəyanatda səslənın fikir isə ondan ibarət idi ki, "Bir yox, hətta yüz belə qətnamə də qəbul olunsa, Azərbaycan hakimiyyəti xalqın iradəsinin və milli maraqlarının ziddinə heç bir xarici qüvvə ilə heç bir siyasi bazarlığa girmədən öz müstəqil siyasətini sona qədər davam etdirəcək". 
 
Yeni Dünya nizamı və Milli Dövlətçiliyimizin dərin təməlləri
 
Yeni dünya nizamına ayaq uyuşdurmağa çalışan Azərbaycan dövləti bütün dünyaya dərin köklər üzərində dayandığını yürütdüyü bütün siyasəti, daxili, xarici, milli və dini siyasəti ilə, tutduğu qətiyyətli mövqeyi ilə göstərməkdədir. Regionun ən strateji və partlayışahəssas nöqtəsinə hakim olan, dərin dövlətçilik tarixinə malik Azərbaycan, yürütdüyü milli maraqlarına uyğun müstəqil siyasəti ilə "gənc Avropa"ya və "vəhşi Qərbə" hər məqamda bu coğrafiyanın əsl sahibinin tarixən kim olduğunu, hansı qədim mədəniyyətin və qəhrəman ulusun davamçısı olduğunu, millətimizlə "ərəblərlə danışılan dildə" danışılmasının böyük və tarixi səhv olduğunu anlatmaqdadır. Xarici siyasətində qardaş Türkiyə ilə strateji siyasi, iqtisadi, hərbi tərəfdaşlığın prioritet təşkil etdiyi milli hökumətimiz açıqdan-açığa xarici düşmənlərimizə onların çirkin niyyətlərinin bizim regionumuzda heç vaxt həyata keçməyəcəyi mesajini verməkdədir. Qərbin "köhnə dünyası" "gənc Avropa"nın müxtəlif siyasi həmlələrinə dövlətin zirvəsindən verilən sərt cavab, daxili işlərimizə "burun soxanların" kimliyindən asılı olmayaraq "burunlarının qırılacağı" bəyanatıdır.
 
P.S. Bu, birmənalıdır. Bunu hər bir beynəlxalq güc yaxşı dərk etməli və Azərbaycanla danışarkən ritorikasına və bəyanatının tonuna yaxşı diqqət yetirməlidir. Son 20 ilin Azərbaycan siyasəti onu sübut edir ki, dövlətçiliyimizin təməlləri möhkəm bünövrə üzərində qurulub və dövlət idarəçiliyinin sükanı etibarlı əllərdədir. Azərbaycan dövlətçiliyinin kökləri isə 5 minillik milli tariximizin sağlam kökləri üzərində uğurla boy atmaqda, daha da şaxələnərək ulu əcdadlarımızın hökm etdiyi bütün "Böyük Azərbaycan Coğrafiyası"na siyasi və iqtisadi cəhətdən yayılmaqdadır.
 
Alparslan
Bakuinfo.Az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM