Musiqi üstündə düşən mübahisədə kişi üç qardaşını, daha sonra isə özünü öldürüb.

ANS PRESS-in məlumatına görə, hadisə ABŞ-ın Luiziana ştatında baş verib.

Dörd qardaş, gecə futbola baxmaq və musiqi dinləmək üçün bir evdə görüşüblər. Lakin çox keçməyib ki, qardaşlar arasında musiqi janrı üsündə mübahisə düşüb. Əlbəyaxa olan qardaşlardan biri əlini silaha atıb. Əvvəlcə qardaşlarını güllələyən 60 yaşlı Çemin Allen, daha sonra sonda özünü də öldürüb.

Qonşuların sözlərinə görə, evdən əvvəlcə qışqırıq, on dəqiqə sonra isə atəş səsləri eşidilib.

Həlak olanların qohumları bu dörd qardaşın heç vaxt aralarında mübahisə olmadığını, hər həftə bir evə yığışaraq, mehriban şəkildə həftəsonu keçirdiklərini deyirlər. Ölənlər 57 yaşlı Cozef Allen, 53 yaşlı Perri Allen və 51 yaşlı Mark Allendır.

Hadisə ilə bağlı polis araşdırma aparır.


Hadisənin baş verdiyi ev