Bundan başqa, Bakı şəhərinin şimal və cənub girəcəklərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb. Rayon qeydiyyatında olan avtomobillər pulsuz olaraq həmin dayanacaqlarda dura biləcəklər. Dayanacaqlardan ən yaxın metro stansiyalarına gələn avtobuslar fəaliyyət göstərəcək. İctimai nəqliyyat vasitələri sərnişindaşımasını həyata keçirəcək.
Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə 00:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirmişdi. Belə ki, rayon qeydiyyatında olan avtomobillər yalnız gecə saat 00:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.
Ötən saylarımızdan birində dünya miqyasında bu problemin həll yolları barədə yazmışdıq. Dünyanın heç bir ölkəsində paytaxta qeyri-paytaxt maşınlarının buraxılmaması barədə qadağanın olmadığı ümumi araşdırmalar zamanı üzə çıxdı. Tıxaca qarşı həll yolları arasında heç vaxt bu üsul tətbiq olunmayıb. Əhalinin narazılığı ilə yanaşı, bu məsələyə millət vəkilləri səviyyəsində də narazılıq var.
Lənkərandan seçilən millət vəkili Hadı Rəcəbli azvision.az-a açıqlamasında bildirib ki, rayon maşınlarının Bakıya buraxılmaması müəyyən problemlərə gətirib çıxara bilər: "Bununla bağlı dünya təcrübələri mövcuddur. Rayon maşınlarının şəhərə buraxılmaması düzgün yanaşma deyil. Digər formalar tapmaq lazımdır. Məsələn, yük maşınlarının şəhərdə hərəkəti üçün lazımi vaxt və xətlər müəyyən edilməlidir. Biz özümüzdən Amerika kəşf etməməliyik. Belə etsək, çox ciddi bir problem yaratmış olarıq.
Düşünürəm ki, rayon maşınlarının şəhərə girişinə indi qadağa qoymaq lazım deyil. Bunun üçün müəyyən zaman lazımdır. İşlər hissə-hissə görülməlidir. Belə bir qadağa qərarı qəbul edilsə, sonradan öz müsbət nəticəsini verməyəcək. Yenə də gərginliklər yaranacaq. Rayonda yaşayan əhalinin böyük əksəriyyətinin övladları Bakıda təhsil alır və işləyirlər. Bunun üçün belə qadağanın qoyulması məqbul sayıla bilməz".
Amma problem varsa, ondan çıxış yolu da var. Belə ki, rayon qeydiyyatı olan maşınları Bakı qeydiyyatına salmaq da çıxış yollarından biridir. Avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər.
Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
"Yol hərəkəti haqqında" Qanunun 29-ci maddəsinin III bəndində deyilir: "Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır.
Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir.
Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə digər dövlət qeydiyyat nişanı verilir".
Maşının qeydiyyatını dəyişmək cəmi 59 manatdır
Bir yerdə qeydiyyatda olan maşının başqa yerdə qeydiyyatda olan şəxsin adına keçirilməsi məsələsi heç bir əlavə prosedur olmadan həll oluna bilər. Buna elə həmin qanunun 29-cu maddənin 3-cü hissəsi imkan verir. Lakin bəzən yol polisində müxtəlif bəhanələr gətirilərək bu məsələ ilə bağlı süründürməçiliyə yol verilir.
Qanunun 32-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini özgəninkiləşdirmək istəyən şəxs nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlidir. Burada DYP əməkdaşları nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır. Daha sonra yoxlamanın nəticəsi barədə müvafiq arayış tərtib edirlər və bundan sonra alqı-satqı proseduru həyata keçirilir.
"Yeni Müsavat"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM