Fransalı senator: Təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsində Azərbaycan ərazisinin işğalı barədə heç nə deyilmir

11:14 / 15.09.2015

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 14-də Fransa Respublikası Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ə.Həsənov nümayəndə heyətinə Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Ə.Həsənov deyib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar:

“XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib”.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, 1milyon 200 min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb. Bu, ölkəmizin bir nömrəli problemidir. Digər problemlər həllini tapıb.

Ə.Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib:

“Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Bu qrup elə yaradılıb ki, mövcud problem həll edilməsin”.

Ə.Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə toxunan Baş nazirin müavini deyib: “Sizin burada səfərdə olduğunuz vaxt Avropa Parlamenti Azərbaycana qarşı əsassız bir qətnamə qəbul edib. Biz o qərəzli qətnaməni Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş müzakirə etdik. Tədbirdə Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin adından iki müraciət qəbul olundu - biri Azərbaycan Prezidenti İlham Əliyevə, digəri isə Avropa Parlamentinə. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından zorla qovulmuş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün müraciətində Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul edilmiş qətnamə birmənalı olaraq pislənilir. Niyə də pislənilməsin? Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etmək səlahiyyətləri yoxdur. Onun bu qərəzli addımı ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilədir”.

Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünü məskunlaşdırıb, onların məşğulluq problemini həll edib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.

Senatın Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard deyib ki, ölkəmizə səfərin məqsədi Azərbaycan ilə Fransa arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat və turizm sahələrində əlaqələri daha da möhkəmləndirməkdir.

A.Rişard xatırladıb ki, senator olduğu müddətdə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə üç dəfə görüşüb və yenidən görüşəcəklərini diqqətə çatdırıb.

Dostluq qrupunun sədri təəssüflə bildirib ki, Azərbaycan ərazisinin 20 faizi uzun illərdir işğal altındadır: “İnsan haqlarından danışmazdan əvvəl bu problem həll olunmalıdır. Təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu barədə heç nə deyilmir. Bu qətnamə əsas problemin həllini kölgədə qoymamalıdır. Biz Avropa ölkələri olaraq iki istiqamətdə iş aparmalıyıq. Əvvəlcə işğal altındakı torpaqlar azad olunmalı, sonra isə insan haqlarından danışmalıyıq. BMT Təhlükəsizlik Şurasının Qağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməlidir”.

Dostluq qrupunun sədr müavini xanım Natali Qule deyib ki, biz bir çox halda siyasətdən danışırıq, amma bu münaqişədən əziyyət çəkən insanların ağrı-acılarını unuduruq. Sizin də qeyd etdiyiniz kimi, bu gün doğrudan da Avropa 100-200 min qaçqının qarşısında aciz vəziyyətdə qalıb. Azərbaycanda isə bu sahənin idarə olunması ilə bağlı vəziyyət çox yaxşıdır. Sizin təcrübəniz imkan verir ki, bununla əlaqədar öz təkliflərinizi verəsiniz.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM