Xəbər verdiyimiz kimi, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifovun qərarına əsasən, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq.
Həmin avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Bu məqsədlə şəhərin cənub girişində - Bakı-Ələt yolunda və şimal girişində - Bakı-Quba yolunda avtomobillər üçün dayanacaqlar tikilib.
Virtualaz.org saytının əməkdaşları Bakı-Ələt yolunun 14-cü kilometrliyində yerləşən dayanacaqda olub və maşınların şəhərə buraxılmaması prosesi ilə maraqlanıblar.
İlk təəssüratımız ümumi şəkildə budur: rayondan gələn sürücülərin əksəriyyəti bu qərardan xəbərdar və narazıdır.
Bakıya rayondan müştəri gətirdiyini deyən taksi sürücüsü Mehdi Abdullayev bildirir ki, 20 ilə yaxındır bu işlə məşğuldur, indi isə çörəkpulu əlindən çıxır: "Əvvəldən məlumatım var idi, amma taksi sürücüsüyəm də, nə edə bilərəm... Müştərilər də qalıb burada. Heç olmasa, taksi sürücülərini nəzərə alsınlar. Məcburam ki, maşının qeydiyyatını dəyişim, başqa yolum yoxdur".
Biləsuvar rayonundan "Sədərək" ticarət mərkəzinə alış-veriş üçün gəldiyini deyən Adəm Bayramzadə də yeni qaydadan narazıdır.
A.Bayramzadə deyir ki, hamı Azərbaycan vətəndaşıdır və onların şəhərə girməyinə maneə olmamalıdır: "Camaatın xəstəsi var, öləni var, itəni var, çörək qazananı var. Belə olmaz axı. Yeni qərardan məlumatımız var idi. Amma bu nə deməkdir? Biz Azərbaycan vətəndaşı deyilik? Mən 4 il Qarabağda can qoymuşam. İndi Azərbaycanıma, onun paytaxtına, öz torpağıma girə bilmərəm? Bu qadağanın heç bir məntiqi izahı yoxdur. Ümumiyyətlə, burada məntiq yoxdur. Bu, vətəndaşlar arasında ayrı-seçkilikdir".
Şəhərə buraxılmayan, buna görə də geri qayıtmaq istəyən maşınların sahibləri burada daha bir problemlə qarşılaşır - onlara maşını dayanacaqda saxlamağa icazə verilmir. Belə ki, rayona geri qayıtmaq istəyən sürücülər üçün dayanacağın yaxınlığında heç bir döngə yoxdur. Bunun üçün sürücülər təxminən 1 kilometr aralıda yerləşən yerüstü keçiddən dönməlidir. Bəs onlar həmin keçidə necə buraxılırlar?
Adının açıqlanmasını istəməyən polis əməkdaşı bunu virtualaz.org saytına belə izah etdi ki, maşını dayanacaqda saxlamayıb geri qayıtmaq istəyən sürücülərin sənədləri alınır, onlar həmin yerüstü keçiddən dönüb qayıdır və buradan sənədlərini alıb gedirlər.
Polis əməkdaşı yaxınlıqda döngənin niyə yaradılmamasına isə belə aydınlıq gətirdi: "Çünki yolun digər hissəsindən maşınlar yüksək sürətlə hərəkət edir. Əgər burada döngə qoyulsa, qəza şəraiti yarana bilər".
Halbuki, yolun digər tərəfində maşından düşüb sənədi almaq üçün polis məmurunun yanına gələn sürücülərin də həyatı üçün təhlükə var. Belə ki, onlar sənədlərini almaq üçün hərəkətin intensiv olduğu yolun o tayına keçməyə məcburdurlar.
Başqa bir polis əməkdaşının sürücü ilə mübahisəsini eşidirik.
Avtomobilini dayanacaqda saxlayıb taksi ilə şəhərə yola düşməyə hazırlaşan sürücü avtomobilindən nigaran qalır: "Siz mənə heç bir kağız, sənəd vermədiniz ki, maşınım buradadır. Birdən oğurlandı. Onda necə olacaq?"
Bu suala sıravi polis əməkdaşından tutarlı biz də cavab ala bilmədik.
Amma alay komandiri, polis polkovniki Balakişi Əhmədov izah etdi ki, dayanacaqda xüsusi işçilər və təhlükəsizlik kameraları var: "Bütün ərazi kameralarla müşahidə olunur. Həmçinin burada nəzarət edən işçilər də var. Heç bir problem yoxdur".
Dayanacağın yaxınlığında şəhərə gedən avtobuslarla yanaşı yolda qalanları şəhərə aparmağı təklif edən taksilər də var. Adıçəkilən yerə ən yaxın metro stansiyası "İçərişəhər"dir. Şəhər taksiləri rayonluları metroya qədər 10 manata apara biləcəklərini deyir. Amma təbii ki, məsafəyə görə qiymət də dəyişir.
Və əsas məsələ - dayanacaq...
Dayanacağın ərazisində xeyli sayda sərnişin və yük maşını var. Maşınlar xüsusi nəzarətçilərin köməyi ilə dayanacaqlarda yerləşdirilir. Qarşı tərəfdə isə gözləmə zalı, "Ana və uşaq otağı", kafe, tualet var. Və ən maraqlısı da budur ki, onların heç birinin tikintisi tam başa çatmayıb, hazırda tamamlanma işləri gedir. Yəni istifadəyə yaramırlar.
Burada bir detal da diqqəti çəkir. Dayanacaqda saxlanmış maşınların, deməli, həm də onların sürücü və sərnişinlərinin sayını təsəvvür edəndə gözləmə zalı da, kafe də çox kiçikdir. Başqa sözlə, qışın soyuğunda, yayın qızmarında burada sürücü və sərnişinlərin uzağı 10-20 faizi daldalana bilər. Bəs qalanları necə olacaq? Bu sual da, hələ ki, açıq qalır.
Bu obyektlərin yaxınlığında isə 3 təcili yardım maşını var. Onlar növbə çəkir ki, halı pisləşən, vəziyyəti ağır olan xəstələrə əlavə problem yaranmasın.
Təcili yardımın əməkdaşlarına yaxınlaşıb ümumi vəziyyətlə maraqlanır, indiyə qədər kiminsə onlara müraciət edib-etmədiyini soruşuruq. Maraqlıdır ki, təcili yardım əməkdaşlarından biri ilk olaraq bir neçə nəfərin müraciət etdiyini desə də, 19 saylı təcili yardım stansiyasının həkimiKamil Həsənov sonradan onun dediyini inkar etdi, bildirdi ki, hələ sakitlikdir...
Polislərin maşınları saxlayıb yoxladığı yerdə, dayanacaqda xeyli sayda adam əllərində yük, qucağında uşaq o baş-bu başa gedirdi. Bir qismi isə dayanacağın yanında dayanıb gözləyirdi.
...Bu qadağanın tətbiqində məqsədin şəhərdəki sıxlığı aradan qaldırmaq olduğu bildirilsə də, sürücülər bir sualı dönə-dönə verir: "Rayonda yaşayan Azərbaycan vətəndaşı öz ölkəsinin paytaxtına niyə öz maşını ilə buraxılmamalıdır?"
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM