Dövlət başçısı qeyd edib: “Fikrimcə, giriş nitqimdə bu haqda artıq danışdım. Söhbət dəmir yolu xətlərinin çəkilməsi, vaqon və lokomotivlərin təchizatı, enerji sahəsində əməkdaşlıqdan gedir. Bu cür işbirliyi nəinki Azərbaycan, o cümlədən Gürcüstan ərazisində aparıla bilər”.
Onun sözlərinə görə, onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı sahəsində əməkdaşlıq qurula bilər: “Nəqliyyat sahəsinə gəldikdə, aşağı gərginlik tramvayları ilə bağlı layihəni artıq qeyd etdim. Əlbəttə, artıq dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex avtomobilləri təşviq olunsun. İstəsəniz, burada 30-a yaxın digər layihə siyahısını təqdim edə bilərəm. Lakin istərdim ki, bu haqda biznes forumda danışaq”.