Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust ayında Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Toğrul Hüseynovun, sentyabrın 13-də Ü.Hacıbəyov küçəsində 2003-cü il təvəllüdlü Səbuhi Həsənovun və Masallı rayon sakini 2000-ci il təvəllüdlü İmaməddin İsmayılovun etibarlarından sui-istifadə eərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Tural Abbasov tutulub.
T.Abbasovun digər oxşar cinayətlərdə əlinin olub-olmaması araşdırılır.