Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 13 sentyabr 2015-ci il tarixində belə adlanan “yerli özünüidarə orqanlarına seçkilərin” keçirildiyi bildirilib, bu kontekstdə Çexiya XİN tərəfindən baş tutmuş bu “seçkilərin” konstitusiya və hüquqi çərçivəsinin tanınmadığı bəyan edilib.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu və qrupun həmsədrlərinin istifadə etdiyi beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinin Çexiya Respublikası tərəfindən dəstəkləndiyi bildirilib.