Qoca qitə əlinə götürüb əsasını, yenə də yapışıb dünyanın xirtdəyindən. Xatirələr toplusu yığmaq adət halını alıb artıq onun üçün. Əməlli-başlı kitab da yaza bilər, öz işləri barəsində. Gözümüzü açdıq ki, İraq bir yanda dağılır, Əfqanıstan o biri tərəfdə. Kim dağıdır? Niyə dağıdır?
Bunları dünyada bilən tək biz deyilik. Sadəcə kimsə kreditlərinə boğulur səsi çıxmır, kimsə yataq otağının ələ keçirilmiş kinosu müqabilində “hamilə” qalır.
Amma biz daha yaxşı bilirik, kim kimdir.
Bir neçə gün əvvəl AP Azərbaycana qarşı qətnamə qəbul etdi.
Özü də bilirsiniz necə?
Sanki valideyndir. Uşağını sərt şəkildə cəzalandırır.
Azərbaycan Avropanın nəzərdə tutduğu uşaq olmasa da, Avropa bizim nəzərdə tutduğumuz tərbiyəsiz, örnək olmayacaq “holland” valideyndir.
Və bunlar Azərbaycanı qarşılarına alaraq, yeni bir ssenari işə saldılar.
Azərbaycanın milli təhlükəsizliyinin sabitliyini hamı yaxşı bilir, onu da bilirlər ki, ənənəvi spekulyativ nəzəriyyələr həmişə bu coğrafiyada tənəzzül edir.
Elə isə bu kağız parçasından qətiyyən narahat olmağa dəyməz.
Amma Avropa cənablarına babat arqumentlərlə cavab göndərmək olar.
Yazının adı isə elə Avropanın davranışının adı kimidir.
Xaotik...
Başından işə yanaşanda nələr görmədik ki, bir əsrdə üç türk sülaləsinin dünyanın dörd böyük ölkəsində iflası, özü də ingilis zəhəri ilə...
Hindistan, Osmanlı, Çin və İran fenomeni və hələ də bitməyən savaşlar.
Adama elə gəlir yox, əslində tarix elə necə var sübut edir ki, Avropadan kənarda davam edən bütün münaqişlər teatr, Avropa isə Roma sütunlarında əbədi həkk olunmuş tamaşaçı freskalarıdır.
Getdik...
İndi isə başlayaq, bayaq dediyimiz “tamaşaçıların” da iştirak etdiyi filmin ssenarisindən.
Hər şey Buş adlı ssenaristin Bin Laden kimi aktyorlardan istifadə edərək 11 sentyabr filmini çəkəndən sonra başladı. Dəhşətli terror hadisəsində 3 min günahsız insan öldü. Əlbəttə, sadəcə bu hadisə amerikalıda müsəlmana nifrət yaratmağa bəs eləmişdi. Əslində Buş bu ssenarini yazmaqla özü də bilmədən sonunu gətirmişdi. Onsuz da hakimiyyətə seçki hiyləsi ilə gəlmiş prezident Buş həm də anti-islamçı kimi də məşhurlaşmışdı. Statistik rəqəmlərə görə, 2000-ci ildə Amerikada 28 anti-islam hadisəsi baş verib. Sonrakı illərdə bu rəqəm dəhşətli nəticələr verərək, qalxdıqca qalxır. 11 sentyabr hadisələrindən 2 il sonra isə Amerikada baş verən anti-islam hadisələrinin sayı 149-a çatdı. Əslində 11 sentyabr ilə Buş öz məqsədinə çatmışdı, hardasa.
Bir gün bir gölün sahilində dayanarsanız, bu hamımızda olur, kiçik bir daş parçasını gölün sahilinə atarıq. Əvvəl böyük ləpələr, o isə bütün gölün səthi boyunca kiçik dalğalar yaradar.
Buşun ABŞ adına atdığı İslam daşı bütün Avropa və dünyada ortadoksal xrsitianlığı Xaç hücumlarına hazırladı.
Bax belə bir effektlə dünyada İslam fundamentalizmini, müsəlmanların isə saqqallı, kalaşnikovla obrazını çəkdi.
İraq silah gördü, anında kor oldu
Yadınızda, 2003-cü ildə başlayan dəhşətli televiziya görüntüləri? Onlar film deyildi. O, Amerika kimi dəhşətli materikin qanlı suyunu içən ssenaristlərin Bağdada hücumu idi. Üstəgəl bu, ABŞ-ın İraqa qarşı başlatdığı ikinci müharibəsi idi. Birincisi, 1991-ci ildə baş vermişdi, Körfəz Müharibəsi idi adı. Lakin ikincilər varsa, deməli, birincilər olmayıb. 2003-cü il mart ayında ABŞ İraqa soxulanda məqsədi, daha doğrusu bəhanəsi kütləvi qırğın silahı idi. Əlbəttə, burada rejimi dəyişmək də istisna edilmirdi. Səddam Hüseyn iqtidarının sonu da bəlli idi.
Amerika İraqa daxil olanda “biz müharibəyə başlayıb günahsızları qıracağıq” demirdi. Niyyətlərinin əsli elə bu idi. İctimai arenaya isə Amerikanın İraqa girməsi Vaşinqtonun Bağdada demokratiya aparması kimi göstərildi. Düşünən insanlar üçün ABŞ-ın İraq məqsədi yəqin ki, aydın oldu.
“İraq tərəfdən neft qoxusu gəlir”
Bir az keçdi, başa düşdük ki, Buş o boyda Amerikadan İraqa neft iyinə gedib. Hə, gəldi neftə baxdı, gördü yox e, bu neft təkcə onun boğazından keçəcək qədər balaca deyil. Və bir daşla iki dovşanı vurmaq üçün 49 ölkədən ibarət koalisiya yaradır. Həm də dünyanın artıq dünyaya qarşı tək savaşmayacağını bilirdi. Lakin dünya da Buşdan ağılsız deyildi. Hamısı arı bala qonan kimi cumdu gəldi İraqa qara neftin iyinə.
Və böyük gün çatdı. Amerika başda olmaqla anti-İraq koalisiyasının silahlı birləşmələri İraq ərazisinə girdi. Bununla da regionun rahatlığının pozulması və darmadağın edilməsi dövrü başladı. İraq ordusu koalisiya qüvvələrinin qarşısında 20 gün belə dözə bilmədi. Səddam rejimi devrildi və rejimin rəhbəri asıldı.
4 il sonra...
ABŞ tarixinin ən səviyyəsiz prezidentlərindən hesab olunan Corc Buş bütün Amerikanın nüfuzunu aşağı salmışdı. Səhvlərinin olduğunu qəbul edən Buş bilirsiz harada yıxıldı? Sadə iraq jurnalisti Zeydinin ona ayaqqabı atasından sonra.
Sonrakı addım əsrin əvvəllərində Əfqanıstana qarşı atıldı. Avropa özündə olan demokratiya silahlarını gətirdi tökdü ölkəyə. Oyunlar, hiylələr burada da müsəlmanların başında partladı.
Siz birdən elə bilərsiniz biz mövzudan uşaqlaşdıq və Avropanı Amerikanın gözünə qatdıq.
Elə düz anladınız. Buşun hegemoniyasının bütöv bir hissəsini Avropa təşkil edirdi.
Bu, bir növ bütöv bədənin ürək-ciyər funksiyası kimi bir şeydir.
İnsan haqlarını lokomotiv ideya kimi qəbul edən Avropa ABŞ-ın qan təknələrində bərabər çimdi.
“Ərəb Baharı”nın solmuş gülləri
Misir, Tunis, Liviya, Yəmən... “Ərəb baharı” adı altında bitdilər, yandılar, kül oldular. Suriya isə solmağa davam edir. Rəngi bozarıb, ruhu ölüb. Gedəni qaçıb, qaçanı ölüb. Ərəb dünyasına demokratiya gətirəcəkdi hə, “Ərəb baharı”? Suriya ən çətin dönəmini yaşayır. Hər gün oradan qaçan miqrantların gəmilərdə, qayıqlarda batması xəbərini yazmaq dəhşətli hissdir. Digər ərəb dövlətlərindən fərqli olaraq, Suriyanın dini, etnik və məzhəb tərkibi nəzərə alsaq, bu ölkədə vətəndaş müharibəsi ilə yanaşı, məzhəb problemi də var.
Yazıqlar, Suriya, İraq, Misir ABŞ-dan aldığı demokratiya balonu ilə elə ləzzətlə hava alırlar ki, yüz illər keçsə unutmayacaqlar.
Digər ərəb ölkələri isə varlı qul missiyasından başqa heç nəyə yaramır.
Və...
Qayıdıram Qərb-ərəb-miqrant məsələsinə. Qərbin dayanmadan Ərəb ölkələrinə tətbiq etdiyi sanskiyalar ölkələrin bomboş, sahibsiz qalmasına gətirib çıxarır. Nəticədə miqrant axını başlayır, özü də yenidən Qərbə. Sözarası bəzən hegemon Avropa ölkələri onsuz da əldən düşən miqrantlara vəd edirlər ki, “filan çayı keçin sizi qəbul edirik”. Amma nə fayda... Miqrantlar “rezin” qayıqlardaca suların əsirinə çevrilirlər. Bəzilərinin bəxti gətirir, su onları sahilə atır, torpağı qucaqlayıb köçürlər dünyamızdan. 2011-ci ildən bəri düz 300 000 suriyalı öldürülüb. Yarım milyon insan sadəcə müsəlman olduğu üçün məhv edilib, bəli.
Bu dəfə nə silah, nə qırıcı, nə də Buş
Avropa kürənin cənubunda, Şərqində oynatdığı atlardan enmir. Xatirələrinin məzmununu, müxtəlifliyini artırmaq üçün bu dəfə də Azərbaycan çevirib üzünü. Sadəcə bir qətnamə və Avropanın hər zaman təlqin etdiyi insan haqqları məsələsi. Bu dəfə Avropa bunu Azərbaycana diqtə edir. Üstəgəl biz ikitərəfli hücuma hazır olmalıyıq. Nəzərə alsaq ki, ölkədə hakimiyyətdən narazıların sayı həddən artıq çoxdur və istənilən anda həmin qruplar narazı təbəqənin lokomotivinə çevrilə bilər. Yaxın Şərqdə olduğu kimi Azərbaycanda da siyasi münasibətlər o müstəviyə qədəm basa bilər ki, liderlik narazı “xalq”ın əlində olsun.
Ada ölkəsi İngiltərə və faşizm Almaniyasının daha müasir versiyasını qaytaran Almaniya ilə Fransa, qəbul etdiyiniz qətnamələr Azərbaycana yox, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal edən Ermənistana tətbiq olunmalıdır. Siz kor deyilsiniz. Siz sadəcə 5-ci kalon siyasəti vasitəsilə özünüzü okeanın dibində güclə tapılan “mirvari” kimi göstərirsiniz. Və Azərbaycan dünya tarixində əzəldən bəri xatirə olmayıb. Avropanın xatirə dəftərinin səhifələri müsəlman qanı ilə bitməyəcək.
Bax belə, sizin demokratiya anlayışınız hava “quşları”nın qanadlarında Şərq ölkələrinə “həyat” gətirməkdir.
Sizin qətnamələr milyonlarla evsiz-eşiksiz müsəlmanın ölüm kağızından daha “qiymətlidir”.
Sizin təfəkkürünüz isə “İlahi Komediya”nın oynandığı son pərdənin akkordlarıdır.
Amma Dəclə və Fəratda su yerinə yenə də qan axır.
Kür və Araz isə hər gün bir az daha yaşamağa səsləyir. /atv.az/
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM