"Türkiyə uzun illərdir, terrorizmə qarşı mübarizə aparır. Terroristlərin iqtisadi layihələri hədəfə alması hər zaman müzakirə mövzusu olub və bunun üçün tədbirlər görülür". Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu mətbuat konfransında deyib.
Ferudin Sinirlioğlu deyib ki, təhlükəsizlik, terrora qarşı mübarizə üçün lazımi tədbirlər görülür: "Bakı-Tbilisi-Ceyhan, TANAP layihəinin təhükəsizliyi bizim üçün vacibdir və ona görə bütün tədbirlər görülür".