Onun sözlərinə görə, bu barədə artıq qərar verilib. Qərara əsasən hələlik HD formatında yayım Abşeron və Bakını əhatə edəcək: “Gələcəkdə sözügedən yayım bütün bölgələrdə olacaq. Qeyd edim ki, hələlik HD yayıma AZTV, "İdman Azərbaycan" və CBC Sport kanalı keçəcək. Artıq HD yayıma keçidlə bağlı vericilər Azərbaycana gətirilib və quraşdırılıb. Amma buna baxmayaraq, biz adını çəkdiyimiz kanalları bu yayıma keçid üçün tələsdirmirik”.
İ.Məmmədov digər kanalların bu yayıma nə vaxt keçəcəyinə də aydınlıq gətirib: “Teleradio Şurası hər bir telekanala HD formatına keçidi tələb kimi qoyub. Amma buna baxmayaraq, onların maddi durumu da nəzərə alınır. Hazırda onların xərcləri çoxdur. Amma yaxın gələcəkdə digər 6 telekanal da maddi vəziyyətini düzəldib bu yayıma keçəcək. Çünki bu onların da marağındadır”.
Qeyd edək ki, HD yayımda sürət artırılır və texniki problem yaranmır, donmalar olmur, görüntü isə daha aydın və keyfiyyətli olur.