Şirkətin Azərbaycanın mobil operatordakı payını satması ilə bağlı məsələni şərh edən Ü.Həsənzadə qeyd edib ki, "TeliaSonera" regionda fəaliyyətini getdikcə başqa tərəfə yönləndirməyə başlayır və bu mövzuda spekulyasiya etmək hazırda çətindir.
Lakin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının (Kamuoyunu Aydınlatma Platformu - KAP) məlumatına əsasən, Türkiyənin "Turkcell" mobil rabitə operatoru "TeliaSonera"nın "Fintur Holdings B.V."-də 58,55 faizlik payının əldə edilməsi üzrə işə başlayıb ki, bu da "Turkcell"in regionda biznesinin genişləndirilməsi ilə izah edilir.
Onun sözlərinə görə, "TeliaSonera"nın Azərbaycandan getməsi "Azercell Telecom" MMC-nin fəaliyyətinə təsir etməyəcək.
"Fintur Holdings B.V."-nin "Azercell Telecom" şirkətində iştirak payı var. Hazırda "Azercell"in 100 faizlik səhmdarı Türkiyənin "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş." şirkətidir. Şirkət "Fintur Holdings B.V."-in tərkibinə daxildir.
Ü.Həsənzadə əlavə edib ki, "Azercell" Azərbaycan bazarında aktiv fəaliyyətini davam etdirmək niyyətindədir.