Hökumət nümayəndələrinin, QHT-lərin təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən R.Sekuta bu görüşün Azərbaycanın insan alverinə qarşı mübarizədə qazandığı nailiyyətlərə və ABŞ-ın bu uğurları necə təqdir etməsinə, tanımasına həsr edildiyini deyib.
“Bu günün gerçəkliklərindən biri insanların hələ də köləliyə məruz qalması, alınıb-satılması və dünyanın müxtəlif yerlərinə ötürülməsi və daşınmasıdır. ABŞ Dövlət Departamenti bu müasir köləlik forması ilə bağlı müxtəlif ölkələrin həyata keçirdiyi fəaliyyətlər barədə hər il hesabatlar dərc edir. Bugünkü tədbir Dövlət Departamenti tərəfindən cari il iyulun 27-də təqdim olunan, Azərbaycanın insan alverinə qarşı mübarizədə əldə etdiyi uğurların əks olunduğu hesabata həsr edilib. Bu, dünyanın hər yerində bütün ölkələrin üzləşdiyi ciddi bir problemdir və elə bir problemdir ki, həmin sahədə görüləcək işlər hər zaman var” – deyə R.Sekuta qeyd edib.
İyirmi il əvvəl Balkanlarda və dünyanın müxtəlif ölkələrində bu sahə üzrə işlədiyini deyən ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətinin bu sahəni daim diqqətdə saxladığını və bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində atdığı addımları daha da artırmaqda qərarlıdır. ABŞ Dövlət Departamenti isə Azərbaycanın bu səylərini müsbət qiymətləndirir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov deyib ki, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası və onu tamamlayan məlum Palermo Protokolu 2003-cü il mayın 13-də ölkəmizdə ratifikasiya edilməklə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyətinin əsası qoyulub. 2004-cü il mayın 6-da Prezident İlham Əliyev tərəfindən insan alverinə qarşı mübarizə üzrə 2004-2008-ci illəri əhatə edən ilk Milli Fəaliyyət Planı təsdiq edilib, insan alverinə qarşı mübarizə üzrə məhsul şəxs – Milli Koordinator təyin olunub. 2005-ci il iyunun 28-də “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2006-ci il avqustun 1-dən Daxili İşlər Nazirliyinin strukturunda insan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış müstəqil xüsusi polis qurumu yaradılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrin prinsiplərindən, qüvvədə olan qanunvericilikdən irəli gələn hüquq və vəzifələrin səmərəli həyata keçirilməsi məqsədilə 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı qəbul edilib, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla 2014-2018-ci illər üçün üçüncü Milli Fəaliyyət Planı da təsdiq edilərək icrasına 27 dövlət qurumu ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq təşkilatlar cəlb olunub. “Hazırda anti-trafikinq fəaliyyəti beynəlxalq müqavilələrə, eləcə də yerli qanunvericiliyə əsasən digər dövlətlərə, onların hüquq mühafizə orqanları ilə yanaşı, insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir”, – deyə S.Zeynalov qeyd edib.
Bildirilib ki, 2006-cı ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin kadrlarla komplektləşdirilməsi zamanı ABŞ-ın Azərbaycandakı səfirliyi müsabiqələrin gedişatında iştirak edib. Azərbaycanın Daxili İşlər Nazirliyinin ABŞ Dövlət Departamenti və onun ölkəmizdəki səfirliyi ilə, eləcə də Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu – GRETA və digər beynəlxalq tərəfdaşlarla işgüzar fəaliyyəti nəticəsində qarşılıqlı əməkdaşlıq şəklində peşə təlimlərinin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi və digər işlər yüksələn xətlə inkişaf edən əməkdaşlığın nümunəsidir.
“ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair ötən illər yayımladığı, eləcə də bu il iyulun 27-də təqdim olunan növbəti illik hesabatında Azərbaycana verdiyi tövsiyələr diqqətdə saxlanılmaqla onun icrası istiqamətində tədbirlər həyata keçirilir. Son illərdə bu istiqamətdə əldə edilmiş nailiyyətlərə və qarşılıqlı əməkdaşlığın nəticələrinə əsasən Dövlət Departamentinin 2015-ci ilki hesabatında Azərbaycanda həyata keçirilən bir çox işlər müsbət qiymətləndirilib. ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair son hesabatları üzrə verilmiş tövsiyələr “Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb”, – deyə S.Zeynalov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə 10 ildən artıq fəaliyyət müddətində insan alverinin qarşısının alınması, onun cinayət təqibi, qurbanların müdafiə edilməsi, eləcə də yerli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri prioritet istiqamət olub. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və yerli qanunvericiliyin icrası üzrə insan alverinə qarşı mübarizə fəaliyyəti davam etdirilir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM