Formal xarakter daşıyan müstəqilliyi dövründə Ermənistan iqtisadiyyatında, demək olar ki, heç bir inkişaf qeydə alınmayıb. Əksinə, həyata keçirilən işğalçılıq, yarıtmaz olan siyasət nəticəsində ölkə hazırda özünün ən böyük iqtisadi tənəzzül mərhələsini yaşayır. Xaricdən edilən yardımların kəsiləcəyi təqdirdə isə Ermənistanın qısa zaman ərzində çöküşü qaçılmaz sayılır.
Xaricdən yardım alınması isə getdikcə müşkül məsələyə çevrilir. Bunun əsas səbəbi ölkənin xarici borcunun kifayət qədər böyük həcmdə olması və Ermənistanın həmin borcu qaytara bilməsinin böyük sual altında olmasıdır. Artıq ölkənin xarici dövlət borcu 4 milyard ABŞ dollarını keçib. Ermənistan mətbuatının yazdığına görə, dövlətin beynəlxalq maliyyə qurumları və kreditorları qarşısındakı borcu ilin əvvəlindən sentyabrın 1-dək 283 milyon dollar artaraq 4,068 milyard dollara çatıb. Başqa sözlə, Ermənistanın xarici borcu bu il 14 faiz artıb. Bundan başqa, ölkə rəhbərliyi tərəfindən də bir neçə yüz milyon dollarlıq yeni kredit müqavilələri imzalanıb. Bunlardan biri ölkənin müdafiə qüdrətini artırmaq üçün Rusiyadan alınan 200 milyon dollarlıq yeni kredit müqaviləsidir. Rusiyadan Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün iki ölkə arasında 270 milyon dollar məbləğində daha bir kredit müqaviləsi də imzalanıb.
Ekspertlərin fikrincə, Ermənistanın xarici dövlət borcunun belə bir yüksək səviyyədə artması ölkəni xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından və kreditorlardan asılı vəziyyətə salıb. Belə olan halda isə Ermənistanın inkişafı mümkünsüz sayılır. Xatırladaq ki, hökumətin bu borcları əhalidən yığılan kommunal xidmət haqları və vergilər hesabına bağlamaq istəyi isə etirazlara səbəb oldu. Xüsusən də elektrik enerjisinin tariflərinin qaldırılması üçün atılan addımlarla bağlı hələ də etiraz aksiyaları davam edir. Həmin aksiyaları zorakılıqla yatıran Ermənistan iqtidarı indi əsas diqqətini yeni konstitusiya layihəsinə yönəldib. Bu layihədə Serj Sarkisyan rejiminin təklifləri qəbul olunsa, Ermənistan parlamentli respublikaya çevriləcək. Əsas qanuna ediləcək dəyişikliklərin parlamentdəki deputatların üçdə iki səs çoxluğu ilə qəbul olunması nəzərdə tutulur.
Bununla hökumət yeni konstitusiya layihəsini vətəndaşların mövqeyini nəzərə almadan həyata keçirmək istəyir. Çünki əhali yeni layihəyə qarşıdır. Burada əsas məqsəd Serj Sarkisyan iqtidarının ömrünün uzadılmasına hesablanıb. Yeni konstitusiya layihəsinə görə, Ermənistan prezidenti 7 il müddətinə bir dəfə seçiləcək. Amma indiki halda 5 illik iki müddətə seçilmək mümkündür. Qüvvədə olan sistemdən fərqli olaraq, yeni konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd vermək üçün ümumi deputat seçicilərinin minimum beşdə bir hissəsinin səsi lazımdır. Ümumi seçici səslərinin minimum beşdə üçünü yığmış namizəd prezident seçilir. Yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Hərbi vəziyyətlər zamanı baş nazir ali baş komandan olur. İndiki halda silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Yeni konstitusiyaya görə, prezident öz təşəbbüsü ilə baş nazir postuna namizədi irəli sürə bilər. Lakin parlamentin razılığını ala bilməyən prezident parlamenti buraxmaq hüququna malikdir.
Erməni mediası yazır ki, bütün bunlar Serj Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir kimi ölkəni idarə etməsinə hesablanıb. Prezident postuna isə o, indiki müdafiə naziri Seyran Ohanyanı gətirmək istəyir. Əhali isə indiki hakimiyyətin siyasətindən narazı olduğu üçün yeni konstitusiya layihəsinə qarşı çıxır. Hakimiyyət isə əhalinin rəyini nəzərə almaq istəmir.
Bu vəziyyətdə Ermənistanı yeni etiraz dalğasının bürüməsi gözlənilir. Beləliklə də, iqtisadi vəziyyəti ağır olan işğalçı ölkəni siyasi müstəvidə də böhranlı günlər gözləyir.
"Azərbaycan" qəzeti
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM