Yeni söküntü başlanacaq: 881 ev plana düşüb

11:26 / 18.09.2015

Xırdalan şəhərindəki Mexkalon adlandırılan ərazidə, dəmir yolunun kənarında bir çox evlər tikilib. Evlərin əksəriyyəti dəmir yolu xəttinə çox yaxındır. Bu ərazidən yeni istifadəyə verilmiş Bakı-Xırdalan-Sumqayıt qatarları keçəcək.

Hökumət bəyan edib ki, qatar xətti boyunca ərazidə xeyli sayda qanunsuz tikililər mövcuddur və onların "təmizlənməsi" lazımdır.

Lakin Mexkolon ərazisində yaşayan sakinlər bu planlardan xəbərsizdirlər. Onlar bildirirlər ki, ərazidəki evlərin əksəriyyətinin sənədi yoxdur.

2004-cü ildən burada yaşayan Amil Hüseynov evini özü tikdiyini deyir. O məcburi köçkündür. Həyətdə yerləşən digər evləri göstərərək: "Bu qardaşımın, bu bir əmioğlunun, o da o biri əmioğlunundur, heç birinin də sənədi yoxdur", - deyir.

Onun sözlərinə görə, evini sənədləşdirməyi çoxdandır arzulayır, amma məcburi köçkün olduğu üçün bu problemlidir.

Evlərin sökülməsini istəməyən müsahibimiz şəraitindən razıdır, amma qərar tətbiq ediləcəyi halda etiraz da etməyəcəyini deyir.

Uzun müddətdir burada yaşayan Ruslan Lətifli ərazidəki evlərin çoxunun sənədsiz olduğunu, bəzilərinin isə bağ sənədi adı ilə alındığını deyir. O həm də hərəkət edən qatarların sakinlər üçün təhlükəli olduğunu bildirir.

"Hər gün benzin dolu vaqonlar keçir, biri aşsa, buradakı hamıya ziyan dəyəcək", - o deyir.

"Getmək istəmərəm"

12 ildir burada yaşayan Səkinə Əliyeva isə təxminən bir il öncə burada siyahıyaalınmanın baş tutduğunu bildirir. Onun sözlərinə görə, bir neçə şəxs ərazidəki bəzi evlərin "plana düşdüyünü" deyiblər. Amma o vaxtdan bəri yenidən yoxlanış keçirilməyib.

Səkinə xanım evinin sökülməsini istəmir. Deyir ki, kirayədə yaşamaqdan yorulduğu üçün illər öncə aldığı torpaq sahəsində əkdiyi ağaclar artıq böyüyüb. Həyətində saxladığı toyuqların isə həm ətini, həm də yumurtalarını sataraq ailə büdcəsinə yardım edir.

"O vaxt buranı əlacsızlıqdan aldım, pulum az idi. Amma indi buradan məni aparsalar da, şəhərə getmək istəmirəm", - o bildirir.

Sakin Mahmud Mütəllimov evlərin sökülməsinə razıdır, bir şərtlə ki, kompensasiya ödənilsin. O, 20 ildir burada yaşayır və buranın şəraitindən şikayətçidir. Deyir ki, evinə su və qazı öz şəxsi hesabına çəkdirib. İşıq isə problemdir. Sayğac qoyulsa da, elektrik enerjisi fasilələrlə verilir.

Bundan başqa, müsahibimiz evin yaxınlığında yerləşən magistral yola görə uşaqlarını rahat məktəbə göndərə bilmədiyini də əlavə edir.

"O yolda dəfələrlə qəza olub. Piyada keçidi də qoymurlar", - o deyir.

Söküləcək 881 ev

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun BBC Azərbaycanca-ya dediyinə görə, Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır və bu ərazidə tikinti aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi olmalıdır.

Rəsmi məlumata görə, hazırda ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var. Bunun 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsidir.

"Biz bu haqda sənədləri hazırlamışıq və Nəqliyyat Nazirliyinə təqdim etmişik. Nazirliyin tərkibində yaranan komitə 881 tikili haqqında sökülmə qərarı verib. Hazırda sənədlər Nazirlər Kabinetindədir və biz onlardan cavab gözləyirik", - cənab Əzməmmədov bildirir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM