"Kişilər mənə baxmayanda kədərlənirdim" - FOTO

15:30 / 18.09.2015

Strategiya.az qaynar.info-ya istinadən dünya şöhrətli aktrisa, Avropa kinosunun seks-simvolu Monika Belluççinin "Psychologies" jurnalına verdiyi müsahibəni təqdim edir:

- Bir çox ulduzlar kimi, siz də sənətinizin ictimailiyindən bezirsiniz?

- Buna fikir verməməyə çalışıram... Üzrlü sayın, amma mən insanları öz şəxsi dünyama buraxmaq istəmirəm. Vensanla ailə həyatı qurmağımdan danışmıram, mən ailəmi qorumaq istəyirəm. Amma düzünü desəm, şəxsi həyatımın ictimailəşməsi məni bir o qədər maraqlandırmır. Mənim doğulub boya-başa çatdığım yerdə heç nəyi gizlətmək mümkün deyildi. Hamı-hamını tanıyırdı, kimin nəyi vardısa, göz qabağında olurdu, mənim məktəbdə aldığım ikilər isə evə məndən də tez çatırdı. Mən evə gəldikdə isə anam mənim hərəkətimi qiymətləndirməyə tam hazır olurdu. Adətlər də dəyişmirdi: kişilər arxamca fit çalırdı, qadınlar isə qeybət edirdi.

- Sizin aktrisa həmkarlarınızdan biri etiraf edib ki, o, yeniyetmə olarkən yetkin kişilərin ona baxmasından xəcalət çəkirdi. Sizdə buna bənzər duyğular olubmu?

- Məndə əksinə idi, kişilər mənə baxmayanda kədərlənirdim! (Gülür.) Mənə belə gəlir ki, gözəllik haqqında hansısa bir yük kimi danışmaq düzgün olmaz. Bu, ədalətli deyil. Gözəllik - böyük şansdır, buna görə yalnız təşəkkür etmək qalır. Bir də axı bu gözəllik zamanla gedər, sadəcə gözləmək lazımdır. Ağıllı adamlardan birinin sözü olmasın, kişilərin hərəkəti üç dəqiqə çəkir. Bundan sonra onların baxışlarını tutub saxlamaq qadınların öz əlindədir. Bir dəfə belə bir fikrə qapıldım: "Gözəl qadınlar təxəyyüldən məhrum kişilər üçün yaradılmışlar". Mən zahirən o qədər gözəl insan tanıyıram ki, onların həyatı büsbütün dəhşətdir. Onların gözəllikdən savayı heç nələri yoxdur, onlar özlərindən usanırlar, çünki yalnız başqalarının gözlərində əks olunmaqla mövcud olurlar.

- İnsanları cəlb edən daha çox sizin gözəlliyinizdir, nəinki şəxsi həyatınız. Bu, sizin xətrinizə dəymir?

- Bunun mənə elə bir dəxli yoxdur. Belə bir anlayış var: əgər qadın çox gözəldirsə, demək, hökmən axmaqdır. Bu fikir çox köhnəlib. Şəxsən mən gözəl bir qadın görərkən ilk olaraq onun axmaqlığını yox, sadəcə gözəl olmasını düşünürəm.

- Ancaq sizin gözəlliyiniz sizi tez bir zamanda doğma evinizi tərk etməyə və model olmağa vadar etdi...

- Mən gözəl olduğuma görə evi tərk etmədim, sadəcə, dünyanı tanımaq istəyirdim. Mənim valideynlərim mənə o qədər inam aşılamışdılar, o qədər sevgi bəxş etmişdilər ki, bu inam, bu sevgi məni büsbütün bürüdü, iradəli qadın etdi. Mən əvvəl Peruci Universitetinə qəbul oldum, təhsilimə görə ödənişlər etməli idim, bu səbəbdən manekençi kimi pul qazanmağa başladım... Ümid edirəm ki, valideynlərim məni sevdikləri kimi, mən də qızımı elə sevəcəm və onu müstəqil ruhda tərbiyə edəcəm.

- Siz nə zamansa məşhurluq dadmayan, ulduz olmayan insan kimi yaşamaq istəmisinizmi?

- Londonda olmaq mənim xoşuma gəlir, orda məni daha az tanıyırlar, nəinki Parisdə. Şəxsən mənə belə gəlir ki, biz tamaşaçılarla özümüz arasında məsafə saxlamaqla, onlarda aqressiya yaratmış oluruq. Mənsə normal həyat sürürəm: küçələrdə gəzirəm, restoranlarda qidalanıram, mağazalara gedirəm... hərdən. (Gülür.) Mən heç zaman bəyan etmərəm ki: "Gözəllik və məşhurluq mənim problemimdir". Belə deməyə hüququm yoxdur. Problem bunda deyil. Əsl problem odur ki, xəstələnirsən və övladlarını yedizdirə bilmirsən...

- Siz bir dəfə demişdiniz ki: "Əgər mən aktrisa olmasaydım, yerli oğlanlardan birinə ərə gedərdim, ona üç uşaq doğardım və ömrümü intiharla başa vurardım". Siz indi də belə düşünürsünüz?

- Aman tanrım, deyəsən, mən doğrudan belə deyibmişəm! Hə, mən belə düşünürəm. (Gülür.) Elə rəfiqələrim var ki, onlar ərə getmək, ana olmaq üçün yaranıblar. Çox gözəl rəfiqələrim var! Mən onlara qonaq getməkdən həzz alıram, onlar ilahələr kimi yemək hazırlayırlar, onların evində özümü anamın evindəki kimi hiss edirəm: elə xeyirxahdırlar, həmişə mənə kömək əllərini uzatmağa hazırdırlar. Mən onlara qonaq gedərkən həmişə bilirəm ki, onlar evdə olacaqlar. Bu, çox gözəldir, onlar mənim etibarlı rəfiqələrimdi! Mən özüm də çox istərdim ki, belə sakit, mülayim, ahəngli ömür sürüm, amma xasiyyətim başqadır. Bu səbəbdən, əgər mənim də həyatım rəfiqələrimin həyatına bənzəsəydi, onda özümü tələyə düşmüş kimi hiss edərdim.

- Öz bədəninizə necə münasibət bəsləyirsiniz? Qıraqdan baxanda elə təsir bağışlayır ki, söz öz bədəninizdən tam razısınız. Bu həqiqətdir, yoxsa filmlərdən gələn təəssüratlardır?

- Aktrisanın siması nələrisə ifadə edərək danışdığı kimi, bədəni də danışır. Mənim bədənim - mənim iş alətimdir, mən öz rolumun öhdəsindən daha yaxşı gəlməkçün bu alətdən yararlana bilərəm. Məsələn, "Dönməzlik" filmində mən öz bədənimdən iş aləti kimi istifadə etmişəm.

- "Dönməzlik" filmində siz çox sərt zorlama səhnəsini oynadınız, bu səhnə doqquz dəqiqə davam edir və deyilənə görə bir dubla çəkilib. Bu rol sizi dəyişdirdimi, yoxsa heç zaman bunun yalnız kino olduğunu unutmadınız?

- Kann festivalında əvvəlcədən öyrədilmiş tamaşaçılar bu səhnə başlayarkən zalı tərk etdilər! Yaxşı, bəs siz necə düşünürsünüz, həmin insanlar kinozalın qapısını bağlayıb hara çıxırlar? Bəli, real dünyaya... Real dünya isə kinodan daha sərtdir. Əlbəttə, kinoda müəyyən rolu oynayırsan, amma hətta oynayanda belə sənin həyatına şüurdankənar amillər təsir göstərir və bunları da hesaba almağa məcbursan. Şüursuzluq sahəsinə daxil olarkən hansı dərinliklərə enə biləcəyini heç zaman bilmirsən. "Dönməzlik" filmində oynadığım rol mənə düşündüyümdən də çox təsir etdi. Qəhrəmanımın donu mənim çox xoşuma gəlirdi, əvvəl həmin donu özümdə saxlamaq istəyirdim, çünki zorlama səhnəsində bu donun cırılacağını bilirdim, bu səbəbdən mənimçün başqa don saxladılar. Ancaq çəkilişlərdən sonra özümçün saxladığım donu geyinməyi heç ağlımdan keçirmədim. Heç o dona baxa da bilmirdim! Həyatda olduğu kimi, kinoda da müəyyən rolu oynayarkən texniki məqamları həll etmək mümkündür, amma şüursuz məqamların öhdəsindən gəlmək qəliz məsələdir.

- "Dönməzlik" filmində siz zorakılığa məruz qalmış qadın rolunu, Bertran Blienin "Sən məni nə qədər sevirsən?" filmində isə fahişə rolunu oynadınız... Sizi qadınların vəziyyəti və ya qadın hüquqları maraqlandırır?

- Hə. Mən çox gənc yaşlarımdan müstəqil həyata qədəm qoydum və "kişidən nəsə ummaq" deyilən şey nədir bilmirəm. Mən yalnız özümə güvənirəm, bu, mənimçün çox vacib xüsusiyyətdir. "Məşuqə" italyanca mantenuta deməkdir, hərfi mənası "əldə saxlanan qadın"dır. Mənsə istəmirəm bir kişi məni saxlasın. Bax, qadının azadlığı da elə bundan başlayır. Aktrisa kimi bəxtim gətirdi: qızımın doğulmasından cəmi üç ay sonra çəkilişlərə qayıtdım və qızımı da özümlə çəkilişlərə apardım. Ancaq qadınların çoxusu üç aylıq övladını bağçaya qoyurlar, axşam götürürlər və bütün gün ərzində övladlarının valideynsiz nələri etdiyindən bixəbər olurlar. Bu, dözülməzdir, ədalətsizdir. Qadınları düşünən kişilər elə qərara gəldilər ki, qadın öz övladını doğduqdan üç ay sonra bağçaya qoya bilər. Axı bu, axmaqlıqdır! Onların uşaqlardan heç bir anlayışları yoxdur! Dəhşət burasındadır ki, biz bu cür ədalətsizliklərə çox öyrəncəliyik, bu səbəbdən, belə halları normal qəbul edirik! Kişilər tərəfindən "dürtülmüş" qanunların köməyi ilə qadınlar üzərində zorakılıq edirlər! Və ya italyan höküməti belə qərara gəlib ki, mayalandırma və donor spermasından yalnız rəsmi nikaha girmiş şəxslər yararlana bilərlər. Bu o deməkdir ki, əgər siz rəsmi nikaha girmək üçün imza qoymamısınızsa, bütün bu rəsmi möhürlər-filanlar yoxdursa, onda elm sizə kömək edə bilməz! Dini doqmalar və məişət xurafatları yenə insanların talelərini idarə edir. Müsəlman dünyası qadına başıaçıq gəzməyi qadağan edir. Bizdə isə elmdən kömək gözləməyi qadağan edirlər və bu səbəbdən qadın bütün bu formallıqları yerinə yetirməsə, ana ola bilməyəcək, bu isə elə başıbağlı gəzmək kimi bir şeydir. Özü də müasir Avropa ölkəsində!.. Bu qanun qəbul edilərkən mən hamilə idim. Xoşbəxt idim və başqalarına edilən haqsızlıqdan qəzəblənirdim! Bu qanunun qurbanları kimlər oldu? Bir daha qadınlar, əsas da kasıb qadınlar... Mən nümayişkaranə şəkildə bu cür qanunun qəbul olmasını biabırçılıq adlandırdım, ancaq hələ bu da az idi. Mən aktrisa və model kimi etiraz etdim: "Vanity Fair" jurnalının üz qabığı üçün lümlüt soyundum. Siz bunu bilirsiniz... Hamiləliyimin yeddinci ayında...

- Deyəsən, siz İtaliyanın, Fransanın və ABŞ-ın aeroportları arasında yaşayırsınız. Övladınız dünyaya gəldikdən sonra işə ara vermək könlünüzə düşmədi?

- Əlbəttə, elə buna görə də doqquz ay işləmədim. Hamilə olduğum müddətdə hər şeydən imtina etdim, yalnız mədəmin qulluğunda dayandım və heç bir işlə məşğul olmadım.

- İndi necə, hər şey öz axarında davam edir? Heç bir vacib dəyişiklik olmadı?

- Əkinsə, oldu. Mənim üçün nəyin vacib olub-olmadığını müəyyənləşdirdim və indi yalnız bununla məşğulam. Mənim həyatımda belə vacib işlər xeyli çoxdur. Özüm-özümə deyirəm ki, həyatım həmişə belə axarda davam edə bilməz. Məncə hələ nələrisə özümə sübut etməliyəm, özüm üçün nələrisə kəşf etməli və nələrisə öyrənməliyəm. Ancaq, yəqin, elə bir zaman yetişəcək, mən təkmilləşməyəcəm, sadəcə belə istəklərim tükənəcək.

- Sizin fikrinizcə, sevə-sevə azad olmaq mümkündürmü?

- Mənim üçün sevməyin yeganə üsulu azad olmaqdır. Sevgi o zaman yaşayır ki, aralıqda hörmət və azadlıq var. Başqasını yalnız bir əşya kimi istifadə etmək cəfəngiyyatdır. Heç kim bizə məxsus deyil - nə bizim ərlərimiz, nə də uşaqlarımız. Biz sadəcə sevdiklərimizlə nələrisə bölüşə bilərik və bununla belə sevdiklərimizi dəyişməyə çalışmaq lazım da deyil! Əgər kimisə "dəyişməyə" nail olsanız, ona bəslədiyiniz sevgi tükənəcək.

- Qızınız doğulmazdan bir az əvvəl demişdiniz: "Bütün həyat boyu film yaratmaq mümkündür, amma uşaq doğmaq mümkün deyil". İndi sizin həm övladınız, həm karyeranız, həm də yaradıcılığınız var... Nəyiniz çatmır?

- Yox, məncə hər şeyim kifayət qədərdi! Hətta mənə elə gəlir ki, xeyli çoxdur. İndi hər şey gözəldir, həyatım ahənglidir, amma bütün ömrüm boyu belə olmayacağını bilirəm. Zaman ötüb-keçir, insanlar da zamanla gedir... Mən cavanlaşmıram, bu səbəbdən həyatımın hər anını daha parlaq yaşamağa çalışıram.

- Siz nə zamansa psixoterapiyaya müraciət etmisiniz?

- Buna vaxtım yoxdur. Ancaq əminəm ki, insanın öz-özünü öyrənməsi maraqlıdır. Yəqin qocalanda buna da vaxt taparam. Mən qocalığım üçün o qədər maraqlı məşğuliyyətlər düşünmüşəm ki! Qocalıq dövrü çox maraqlı olacaq! Səbirsizliklə qocalmağımı gözləyirəm! (Gülür) 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM