Məlumatda deyilir ki, nümayəndə heyətinin üzvləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişini qiymətləndirəcəklər.
Nümayəndə heyəti parlamentin spikeri, Azərbaycanın siyasi partiyalarının, eləcə də parlamentdə təmsil olunmamış müxalif partiyaların liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.
AŞ PA nümayəndə heyəti səfərin yekunu üzrə bəyanat verəcək. Nümayəndə heyətinin tərkibinə, həmçinin Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Bağış (Türkiyə) və AŞ PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Aqustin Konde daxil olacaq.