Bakıda qanlı gecə: Oğul toyuna hazırlaşan ata öldürüldü - FOTO -YENİLƏNİB

09:03 / 19.09.2015

 Bakıda törədilmiş qətlin təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Hadisə zamanı Ələddin Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq, döyüblər. Daha sonra Niyaməddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal verilən axtarışla avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Elməddin Ağayev isə "Lion" kafesinin sahibinin "BMW X5" markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində "Təhlükəsiz Şəhər" kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, qətlə yetirilən Ələddin Ağayev yaralanan Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunmuşdu.

 

 

***
 Paytaxtın Nobel prospektində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

APA-nın əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

 

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

 

***

 Bakıda qətl hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Nobel prospekti, 110 ünvanında qeydə alınıb.

 

Belə ki, Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddin idarə etdikləri “BMW” və “KİA” markalı avtomobillərlə Nobel prospekti ilə hərəkətdə olduqları zaman hələlik nəmalum  avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb.

 

Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb. Hər iki qardaş hadisəni görən motosikl sürücüsünü izləyib və onu beysbol ağacları ilə döyüblər. Hər iki şəxs hadisə yerindən qaçıb.

 

Dövlət Yol polisinin əməkdaşları Niyaməddin Ağayevi idarə etdiyi “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə birlikdə saxlayıblar. Elməddin Ağayevin  tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

APA-nın əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

 

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM