""Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil"

11:38 / 19.09.2015

Məşhur "For For Two" jurnalı "Qarabağ"la bağlı maraqlı yazı dərc edib.

Strategiya.az"FutbolPress"ə istinadən həmin yazını təqdim edir:

"Tottenhem"in qrup mərhələsindəki rəqibinin çətin və iztirablarla dolu keçmişi onlara meydanda güc və motivasiya verir...

Onlar kimdir?

Qarabağdan danışarkən onların özünəməxsus və kədərli keçmişlərini qeyd etməmək mümkün deyil. "Qarabağ"ın əsası Qarabağda, zəngin  tarixə malik Ağdam şəhərində qoyulub. Sovet dönəmində Azərbaycan çempionatında oynayırdı. İmperiyanın dağılmasından sonra onlar 1993-cü ildə Azərbaycan çempionu oldular, ancaq eyni zamanda bölgədə dəhşətli etnik münaqişə də baş verdi.

Erməni qoşunları Ağdamı işğal edir, stadion da daxil olmaqla bütün şəhəri dağıdır, müharibə cinayətləri törədir. Yerli azərbaycanlı əhali məcburiyyət qarşısında qalaraq ölkənin digər bölgələrinə köç etməli olur. Ağdam hazırda dünyanın ən böyük xarabalığı və kabus şəhəridir və hələ də orada heç kim yaşamır. Komanda Bakıda oynadığı müddətdə də öz adını saxlayır, onlar hələ də Qarabağ bölgəsini təmsil edirlər və 20 ildən sonra belə bir gün geriyə qayıdacaqlarının şövqü ilə yaşayırlar.  Meydandakı uğurları, xüsusilə 2014 və 2015-də Azərbaycan çempionu olmaları və Avropada fenomenal uğurlar qazanmaları onlar üçün böyük qürur mənbəyidir. Oyunçular və tərəfdarlar Avropa klubları ilə qarşılaşarkən bir savaş abu-havasına köklənirlər, sanki onlar öz vətənləri uğrunda döyüşürlər.  Bu, xüsusilə yarımmüdafiəçi Qara Qarayev üçün keçərlidir. O, 1992-ci ildə Füzuli şəhərində doğulub və onun ailəsi də müharibə səbəbindən öz yurdlarını tərk etmək məcburiyyətində qalıb.

"Qarabağ"ın uğurları, millinin keçmiş hücumçusu Qurban Qurbanovun məşqçi postuna keçməsindən sonra başlayıb. O,  millidə 67 oyun keçirib və Azərbaycanda taktiki dahi olaraq qəbul olunur. Onun sadəcə 43 yaşı var, ancaq 2008-ci ildən bəri "Qarabağ"ın baş məşqçisidir. 2009-da "Rusenburq" və 2010-da "Visla" Krakovu məğlub etdikdən sonra onlar, "Tvente"ni rəqib meydanında vurduqları bir qolla məğlub edərək, nəhayət ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bildilər. "Sent Etyen"lə iki dəfə heç-heçə etməklə, "Dnepr"i Ukraynada məğlub etməklə mətbuatın diqqətini öz üzərinə çəkməyi bacardılar. Son oyunda onlar İtaliya "İnter"i ilə qarşılaşdılar. Matçdan öncə bilirdilər ki, qalib gəlməklə 1/16 finala çıxaracaqlar. Ancaq tamamilə haqlı olan qol sayılmadı və sirli şəkildə qrup mərhələsində qaldılar. 0-0 hesabı "Dnepr"ə növbəti mərhələyə keçməyə imkan verdi və onları "azərilər"in yerini tutdular. Daha sonra ukraynalılar finala qədər irəlilədi. Bu mövsüm Qurbanovun ordusu ÇL-ə çıxmaq xəyalları qururdu, ancaq onlar "Seltik"ə cəmi bir topla məğlub oldular, daha sonra "Yanq Boyz"u iki oyunda 4-0 məğlub edərək sübut etdilər. Bununla da "Qarabağ" keçən mövsümdəki uğurlarının heç də təsadüfi olmadığını sübuta yetirdi. "Qarabağ" Avropa standartlarına uyğun komandadır və onlar misilsiz təcrübə sahibdir.  Bu mövsüm püşkün nəticələri onlarçün heç də uğurlu olmadı -  "Monako", "Anderlext" və "Tottenhem"lə eyni qrupa düşüblər və bu qrup onlar üçün çox çətindir. Ancaq "Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil, onlar istənilən rəqibə çox ciddi başağrısı ola biləcək bir komandadır.

Güclü tərəflər

Siyasi keçmiş "Qarabağ"a xüsusi motivasiya verir, onlar keçmişdə baş verən səbəblərdən ötrü döyüşürlər və bütün Qarabağ bölgəsinin gücünü öz arxalarında hiss edirlər. Hətta legioner oyunçular belə anlayır ki, Avropadakı hər oyunun xüsusi əhəmiyyəti var. Azərbaycan çempionunun etibarlı müdafiə xətti var. 33 yaşlı kapitan Rəşad Sadıqov müdafiə xəttinin lideridir, o, indiyə qədər yüzlərlə oyunda forma geyinib,  çox böyük təcrübəyə malikdi. O, həmin mövqedə gənc, sürətli Bədavi Hüseynova da kömək edir.  "Qarabağ" Avropa Liqasının 6 oyununda cəmi 5 qol buraxıb, daha önəmlisi isə odur ki, onlar bu yay  "Rudar", "Seltik" və "Yanq Boyz"la keçirdikləri 6 oyunda cəmi bir qol buraxıblar.

Zəif tərəflər

Qol vəziyyətlərindən yararlanma  komandanın ən zəyif cəhətidir. Statistika fərqli ola bilər, ancaq "Qarabağ", əsasən hücum futbolu oynamağa çalışır - hətta güclü rəqiblərlə qarşılaşmalarda belə.  "İnter"ə qarşı oyunda onlar çoxlu qol vəziyyətləri yaratsalar da,  heç birini reallaşdıra bilmədilər. Başqa bir problem isə komandanın sürətinin aşağı olmasıdır, xüsusilə mərkəz xəttində. Onların bu zəyifliyi Son Hyunq Min üçün üstünlük ola bilər.

Taktika

Qurbanov Pep Quardiolanın çoxdankı azarkeşidir və 2012-ci ildə o, "Barselona"ya səyahət edərək öz idealından öyrənmək şansı qazanıb.  "Qarabağ" bəzən "Qafqazın Barselona"sı olaraq da tanınır. Onların oyun tərzi çox cəlbedicidir. Qısa ötürmələrlər, səbirli oyun, topla ağıllı rəftar.. Və nə vaxt ki, sürətli oyun lazım olur, onda "Qarabağ"ın qanad oyunçuları -  Reynaldo və Əfran İsmayılov işə düşür. Yarımmüdafiəçiləri mərkəz müdafiəyəyə yaxın oynamaqla Qarabağ 4-5-1 düzülüşündə keçir və oyunun gedişində düzülüş 4-3-3 olaraq də dəyişə bilir.

Əsas oyunçular  

Bəzi fanatlar tərəfindən "Azəri Ronaldo" ləqəbi verilmiş Reynaldo həm qanad oyunçusu, həm də hücumçu olaraq oynaya bilir və komandanın ən texnikalı üzvüdür. O, 18 yaşında "Anderlext"lə müqavilə imzalayıb, "Cercle Brügge" və "Vesterlo"da icarədə oynayıb. Ancaq Belçikada öz potensialını göstərə bilməyib. Braziliyalı 2013-cü ildən "Qarabağ"a qoşulduqdan bəri Qurbanov onun potensialından tamamilə yararlana bilir. 26 yaşlı futbolçu çıxdığı 97 oyunda 49 qol vurmağı bacarıb. O, yaradıcı, sürətli və böyük driblinq bacarığı olan futbolçudur.

Populyar tərəfləri

"Qarabağ" avrokuboklardakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir. Tofiq Bəhrəmov yan xətt hakimi olub və Azərbaycan futbol simaları arasında ən məşhurudur. O, 1966-cı ildə DÇ-də Cof Hörstün mübahisəli qolunu qeydə almışdı. Referi 1993-cü ildə dünyasını dəyişsə də, onun adı hələ də yaşayır.

Klub əfsanələri

Bir çox fanat Sadıqovu klubun canlı əfsanəsi olaraq qəbul edir , ancaq çox güman ki, bu, mübaliğədir. Bu şərəf Allahverdi Bağırova aid olmalıdır. Dağlıq Qarabağ münaqişəsi başlamadan öncə o klubun baş məşqçisi idi. Müharibə vaxtı Bağırov öz batalyonunu yaradır və onlarla insanın həyatını xilas edir. Bağırov maşını ilə 1992-ci ildə tank əleyhinə minaya düşərək vəfat edir və ölümündən sonra Azərbaycanın milli qəhramanı adını alır. Əgər nə vaxtsa "Qarabağ" öz doğma şəhərinə qayıtsa, çox güman ki, orada tikiləcək yeni stadion Allahverdi Bağırovun adını daşıyacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM