Ötən həftə yazımın altında yazılan şərhləri oxuyub xeyli fərəhlənmişəm. Yazının özünün müzakirəsindən başqa hər şeydən danışmısınız. Hətta aldığım məlumata görə, şərhlərdə köhnə məhəllədəki qonşusunu, sinif yoldaşını, əsgərlikdəki çarpayı yoldaşını, ötən ilin bu vədələrində "Elmlər akademiyası" metrosundan çıxıb eyni dayanacaqda 39 nömrəli avtobusu gözlədiyi uzaq tanışını tapanlar da olub. Milli.Az saytının rəhbərliyindən xahiş edirəm "Həftəbecər"in altındakı şərhlərdə "axtaran tapar" adlı bölmə yaradılsın. Çünki mən də haqqında yazdığım sənət adamlarının haqqımda yazdırdıqlarının müəlliflərini axtarıram. Tapsam...
İndi də keçək həftənin becərdiklərinə. Nadir Qafarzadənin efirə ilk çıxdığı vaxtlar yadımdadır. Utancaq, saf, az qala söz deyəndə qızaran biri idi. İnanmıram ki, indi efirə çıxanda utansın, amma hələ də yetərincə səmimidir. Yadınızdadırsa, bir müddət öncə Qafarzadənin Qobudakı mədəniyyət evinə direktor təyin olunması barədə xəbərlər yayıldı. Sonra Abşeronun mədəniyyət idarəsinin müdiri dedi ki, yalan söhbətdir. Bu günlərdə məsələnin əsl mahiyyəti üzə çıxıb və özüylə bərabər bir neçə acı gerçəyi də ortaya çıxarıb. Sitat:
"Yalan danışanları sevmirəm. Olmayan nəyisə piar xatirinə etmərəm. İş üçün özüm müraciət etmişdim. Dedim, Mədəniyyət Sarayında adi işçi kimi adım getsin, gələcəkdə pensiya üçün lazım olacaq. Dedilər ki, direktor vəzifəsi boşdur, ora gəlin. Əvvəlcə imtina etdim ki, məsuliyyətlidir, hər gün gedib-gələ bilmərəm. İsrar etdilər, razılaşdım. Sənədlərimi verdim, maaş kartını isə götürmədim. Dedim ki, "Qoyun yığılsın, sonda Qobuda yaşayan aztəminatlı bir ailəyə kömək edəcəm". Onu da mənə çox gördülər. Mən direktor olmasam da, olar. Əsas odur ki, xalqım məni sevir. Direktordan da böyük vəzifəni icra edirəm - xalqın sevimlisi".
Yəqin ki, diqqətlə oxudunuz. Deyir adi işçi kimi adım getsin ki, gələcəkdə pensiya üçün lazım olacaq. Bu gün ölkədə minlərlə bu kimi işlərdə adlar gedir, maaş kartları da kimlərinsə cibində. Belə şeylər xüsusən rayonlarda adi hal kimi qəbul olunur. Teatr direktoru var ki, evində 40 işçinin maaş kartı var, oğlunun, qızının, gəlininin, həyat yoldaşının, körpüdən keçəndə bel-belə dəydiyi uzaq qohumlarının adını yazdırıb, məvaciblərini özü alır.
Müğənni Xatun isə oxumaqdan savayı nə desən edir. Müğənniləri parodiya etməyi bacarır, yaxşı oynamağı var və sair. Bu günlərdə isə yeni layihəyə imza atıb. Sənətçi özünü verib Şamaxıda samanlığa, deyib ki, saman da mənim, samanlıq da, kimin nə ixtiyarı var söz deyə? Samanlıqda çəkilən fotolara baxdım. Belə bir təəssürat yarandı ki, fotoqraf uzun müddət Cennifer Lopezlə işləyib. Çünki şəkillərin əksəriyyəti arxadan çəkilib. Kim istəsə google-da "Xatun samanlıq" yazıb baxa bilər.
Aşıq Samirə plastik əməliyyat etdirib. Amma sazını yox, özünü. Ardınca da bir müsahibə verib və deyib ki, üçüncü dəfə ərə getməyə qorxuram, risk etmək istəmirəm. Toba o ikinci dəfə ərə getməmişdən əvvəl də belə bir söz işlətmişdi. Deyəsən, torbada pələng var. Bu yerdə Allah Seda Sayana heç kömək olmasın, tez-tez ərə getməyi dəb saldı. Elə kim bir az bekar olur, deyir qoy ərə gedim. Ancaq inanmıram ki, aşıq Samirə üçüncü dəfə bu riskə gedəcək.
Müğənni Elton Hüseynəliyevin haqqında yazacağım sözlər isə tərif kimi görünsə də, yetərincə əsaslıdır. Sənətçinin ailəsindən ayrıldığını, yəqin ki, bilirdiniz. Sentyabrın 15-də Eltonun qızları Məryəm və Nurayı keçmiş həyat yoldaşı ilə birgə məktəbə aparıb. Hər halda nişanlanıb ayrılandan sonra nəsil-nəcabət davası aparanlar üçün nümunəvi hərəkətdir. Yəni insanlar ayrılsalar da, övladları naminə bir araya gəlməyi bacarırlar. Əhsən!
Müğənni Sevinc Musayevanın açıqlamasını isə qəsdən özüm axıra saxladım. Çünki Musayeva futbol dili ilə desək, "doqquzluq"a zərbə endirib. Mən deyəndə ki, şou-biznes adamlarının doxsan faizi "o məsələ", heç kim inanmırdı, məni qınayırdılar. Bunu isə şou-biznesin içində olan biri deyir:
"1000 AZN-lik verilişə çıxmaq üçün hoteldə pullu oğlanlarla, yad insanlarla, evli, yaşlı kişilərlə vaxt keçirirlər. Sənət adamları məşhur olmaq üçün üzdəniraq prodüserlərə yaltaqlanıb, onların yanında fırlanırlar. Qondarma iş adamları ilə, restoran müdirləri ilə, ofisi olan vəzifəli şəxslərlə min hoqqadan çıxırsınız. Nəyə görə? Bircə məşhur olmağa görə. Allah sizə gözəllik verib ki, o gözəlliyinizi naməhrəm, haram əllərdə istifadə edəsiniz? Doğrudan da, bədbəxt və aciz adamlarsınız. Özünüzə hörmət edin. Məşhur olmaq, gündəmə gəlmək, bahalı maşın idarə etmək toy qiymətlərini qaldırmaq üçün bu qədər günah işləməyə dəyməz. Nə qədər gözünüz çirkinlik görəcək, bir o qədər də yaşınızdan böyük görünəcəksiniz. Özünüzə yazığınız gəlsin".
Fikrimcə, Sevincin bu fikirlərini şərh etmək yersizdir. Ancaq faktdır ki, oteldəki bir gecə o qədər müğənnicikləri "məşhur sənətçi" edib ki...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM