“Rossiya 1” telekanalında efirə gedən həftəlik “Vesti nedeli” (Həftənin xəbərləri) verilişində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinə dair reportaj yayımlanıb.
Oxu.Az xəbər verir ki, reportajda Azərbaycanın ali qanunverici orqanı Milli Məclisin Avropa Parlamenti ilə münasibətlərin kəsilməsi ilə bağlı qərarından danışılır:
“Bu, Avropa Parlamentinin Azərbaycanın “ölkədə daima insan haqlarının pozulması” və “vətəndaş cəmiyyətinə qarşı daimi represiyyalar”da ittiham edildiyi qətnaməsinə cavabdır”.
Baş verənləri şərh edən Azərbaycan Prezidenti İlham Əliyev öz parlamentarilərini dəstəkləyib, Avropa qətnaməsini isə “tamamilə əsassız, yalan, böhtan və qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat adlandırıb”.
“Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün bütün dünyanın gözü qarşısında Yaxın Şərqdən Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır, bu insanlar xarici müdaxilənin qurbanlarıdır, bu insanların ölkələri dağıdılıb, yerlə yeksan edilib.
Bunu kim edib? Xarici qüvvələr bu ölkələri dağıdıb, ölkələrin ərazi bütövlüyünü pozub, yüz minlərlə insanı məhv edib, milyonlarla insan öz yaxınlarını itirib və ondan sonra bu dözülməz şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Və görün bunları Avropada nələr gözləyir? İslamofobiya, irqçilik, ksenofobiya. Budurmu Avropa dəyərləri? Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”, - Əliyev bəyan edib.
Avropa Parlamentində sənədi tərtib edərkən nə boş ittihamlardan, nə də yalançı dəlillərdən kənar qalıblar. Azərbaycanı jurnalist Rasim Əliyevin qətlində ittiham ediblər. Guya ki, o, cari hakimiyyəti tənqid edirdi. Amma bu aşkar yalandır.
Azərbaycan və Kipr arasında keçirilən futbol matçı zamanı futbolçulardan biri qol vurduqdan sonra azarkeşlərə nalayiq jest etmişdi, Rasim öz Facebook səhifəsində belə bir idmançının ölkəni təmsil etməli olmadığını yazmışdı.
“Onu dövrəyə alıb döyüblər. Rasimi saytda yazdığına görə cəzalandırmaq istəyirdilər. Rasim ümumiyyətlə, siyasət ilə məşğul olmurdu”, - Rasimin anasıTeyfurə Əliyeva bildirib.
“Qətnamədə məişət cinayətini süni şəkildə siyasiləşdiriblər. Bu metodika çoxdan istifadə edilir. Bu, ölkə üçün mənfi imicin yaradılması və ona təzyiq etmək üçündür. Onlar evdə kimin böyük olduğunu göstərmək istəyirlər”, - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr Komitəsinin sədri, Azərbaycanın ATƏT-dəki heyətinin rəhbəri Səməd Seyidov əminliklə bildirib.
Avropa Parlamentinin daha bir tələbi Azərbaycan ərazisində qeyri-hökumət təşkilatlarının təcili bərpasıdır. Bu artıq təcrübədən keçirilib. Bu QHT-lərin nəyə lazım olduğunu və xarici agentlərin ölkənin daxili siyasətinə qarışmasının nə ilə nəticələndiyini 2013-cü ildə prezident seçkilərindən öncə Azərbaycan gördü. Qərb pulunun hesabına müntəzəm olaraq kütləvi iğtişaşlar yaradırdılar.
İnsanları orduda baş verən özbaşınalığa qarşı yürüş adı ilə yığdılar, amma bir saat keçməmiş şüarlar “Azad Azərbaycan!” və “Hakimiyyət – istefa!” şüarları ilə əvəz edildi. Hər sırada 10 nəfər, sağ yumruq havada, çox asta hərəkət edirdilər ki, kamera və fotoaparatı olan insanlar irəliləməyi çatdıra bilsinlər. Hamı tünd rəngli gödəkçələrdədir.
Koordinatorlar ağ geyimli insanlar idi. Öndə pencəkli insan sağ cinahın geri qalmamasına nəzarət edirdi.
Ağ köynəkli adam – Ruslan Əsədovdur, qərargahı – Vaşinqtonda olan Amerikanın “Milli demokratiya institutu”nun – NDİ-nin ştatda olan işçisi.
Təşkilatın nümayəndələri daha sonra etiraf ediblər: mitinqi öncədən hazırlayıblar. Sosial şəbəkələr vasitəsilə fəallar iki yüz min ismarıc yollayıblar. Perspektivli namizədlər ilə şəxsən görüşüblər.
“Bu gün Azərbaycan sabitliyin qorunub-saxlandığı yeganə müsəlman ölkəsidir. Rusiya ilə artan mal dövriyyəsi Moskvaya qarşı sanksiyalar tətbiq edən Qərbin narazılığına səbəb olmaya bilməz”, - deyə, Trend News Agentliyinin Rusiya xidmətinin rəhbəri Elmira Tarıverdiyeva qeyd edib.
“Bizim Rusiya ilə münasibətlərimiz açıq-aşkar kimisə qıcıqlandırır. Suriyadakı miqrantlarla bağlı məsələdə bizim mövqelərimiz praktiki olaraq, üst-üstə düşür. Yaxın Şərqi qarışqa yuvası kimi qarışdıran elə Qərb oldu. Hər şey Tunisdən başladı, daha sonra Liviya, İraqa keçdi”, - deyə, politoloq, Qərb universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Fikrət Sadıqov bildirib.
Avropa Parlamentinin qətnaməsi – ekspertlər davam edirlər – Azərbaycanın son illərdə NATO ilə yaxınlaşmaqdan imtina etməsinə reaksiyadan başqa bir şey deyil. Təkliflər müntəzəm daxil olur. Maksimum nail olduqları isə budur ki, Bakı Şimali Atlantika İttifaqına nəqliyyat təyyarələrini öz bazalarına endirməyə icazə verdi. Silahdan başqa hər şey daşımaq olar şərti NATO-nu açıq-aşkar qane etmir.
Azərbaycanın şərqindəki qəsəbələrdən birində yerləşən hərbi aerodromda NATO təyyarələri müntəzəm eniş edirlər. Bundan sonra yüklər Xəzər dənizi üzərindən Əfqanıstana yola salınır. NATO rəhbərliyi Ukraynadakı müharibənin qızğın vaxtında Azərbaycan ərazisindəki hərbi texnikasının sayını artırmaq məqsədilə məxfi sənəd imzalayıb. Əsas fikir Azərbaycanla əməkdaşlığın təcili genişləndirilməsi, əsas məqsəd isə Rusiyaya aşkar siqnal verməkdir.
Bakı buna cavab olaraq, öz snayper silahlarının istehsalına başladı, NATO-ya daxil olmaq məsələsini isə heç qaldırmayıb belə. Bu arada Rusiya ilə münasibətlər ildən ilə möhkəmlənir. 2015-ci ilin əvvəlindən ölkələr arasında qarşılıqlı mal dövriyyəsi 6% artıb və bu hələ son deyil, ekspertlər əmindirlər.
Rusiyada mağazaların piştaxtalarında Azərbaycan tərəvəzləri və meyvələri günbəgün artır, indi bu məhsulları gömrükdəki “yaşıl dəhliz”lə ixrac etmək mümkündür. Rusiyadan Azərbaycana isə milyardlarla kubmetr qaz – “Qazprom” Bakının neft şirkəti ilə danışıqlar aparır – artıq bu ilin sonunda nəql oluna bilər”, - deyə, “Rossiya 1”in reportajında qeyd olunur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM